İllik hesabat - 2025
Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistlə görüş keçirilib
İyulun 24-də Milli Mətbuat Günü münasibətilə Hüquq və İnsan Haqları İnstitutunda bir qrup media nümayəndələri ilə görüş keçirilib.
Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
İyulun 24-də Milli Mətbuat Günü münasibətilə Hüquq və İnsan Haqları İnstitutunda bir qrup media nümayəndələri ilə görüş keçirilib.
“2023-cü ildən bu günə kimi İnstitut tərəfindən polis əməkdaşları üçün 12 rayon və şəhərdə olmaqla, 248 nəfərə “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda maarifləndirici təlimlər keçirilib” - bu fikirləri Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsində təşkil olunan təlimdə çıxışı zamanı səsləndirib.
“İnsanları, eləcə də onların əmlaklarını qanunazid əməllərdən qorumaq, belə əməllərin qarşısını almaq, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, bu hüquqların pozulmasına yol verməmək Azərbaycan polisinin ən ümdə vəzifəsidir” – bu fikirlər iyulun 4-də Hüquq və İnsan Haqları İnstitutunun Daxili İşlər Nazirliyi (DİN) ilə birgə Xəzər Rayon Polis İdarəsində təşkil etdiyi təlimdə səsləndirilib.
Hüquq və İnsan Haqları İnstitutu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (UN OHCHR) ilə birlikdə 24-29 iyun tarixlərində Təlimçilər üçün Təlim (ToT) layihəsi çərçivəsində 20 nəfər hüquqşünasa İnsan hüquqları mövzusunda 5 günlük təlimlər keçirib.
İyunun 21-də Hüquq və İnsan Haqları İnstitutunun təlimçiləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin müstəntiq və təhqiqatçıları üçün Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusunda təlim keçirilib.
2024-cü ilin iyun ayında Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə Salyan rayonunun 5 saylı Cəzaçəkmə Müəssisəsində, Gəncə şəhərinin 2 saylı İstintaq Təcridxanasında və Şəki Penitensiar Müəssisəsində təlimlər təşkil edib.
Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı Özbəkistanın Səmərqənd şəhərində “Ekoloji çağırışlar: dəyişən dünyada insan hüquqlarının gələcəyi, davamlı həll yollarının tapılması” mövzusunda təşkil olunan İnsan Hüquqları Forumunda iştirak edib.
İyunun 12-də “İnsan hüquqları aylığı” çərçivəsində media subyektlərinin nümayəndələri Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi insan hüquq və azadlıqlarının qorunması mövzusunda keçirilən təlimlərə qatılıb.
5 iyun 2024-cü il tarixində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxs yerli hüquqşünas alimlərin vahid elektron məlumat bazasının yaradılmasına başlayıb. Bu məqsədlə ölkədə fəaliyyət göstərən ali məktəblərin hüquq fakültələrinə müraciət olunub.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə əməkdaşlığı çərçivəsində mayın 24-də 6 saylı, 30-da isə 10 saylı cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün təlimlər keçirilib.