Son xəbərlər

İnstitutda Ali Məhkəmənin sabiq hakimi Vəfaddin İbayevlə görüş keçirilmişdir

3 noyabr tarixində Hüquq və  İnsan Haqları İnstitutunda Ali Məhkəmənin sabiq hakimi Vəfaddin İbayevlə gorüş keçirilmişdir. Görüşdə  İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında  konvensiya, Konvensiyanın 5-ci maddəsi ilə bağlı pozuntular  və  Avropa Məhkəməsinin  bu maddə ilə baxılan işlərdə  Azərbaycana qarşı qərarlarının təhlili, şəxs toxunulmazlığı hüququ sahəsində (Nağıyev, Qarayev, Şəntürk və.b) konkret təhlillər və müzakirələr aparılmışdır.

Mətnlər üzərində birgə işləmək mövzusunda təlim keçirilmişdir

Noyabrın 3-də Hüquq və İnsan Haqları İnstitutunda əməkdaşımız Anar Mustafayev tərəfindən "Word tətbiqində  mətnlər üzərində birgə işin aparılması və resenziya alətləri" mövzusunda təlim keçirilmişdir. İnstitutun əməkdaşları üçün təşkil olunan təlimdə sənədlərin tələblərə uyğun formatlandırılması, sənədlər üzərində birgə işləmək üçün xüsusi vasitələrdən istifadə barədə məlumat verilmişdir.

Əməkdaşlarımız FAO tədbirində iştirak edib

31 oktyabr tarixində Zoom platforması üzərindən Dünya ərzaq gününə həsr olunmuş “2022 FAO hüquq mühazirəsinin açılış mərasimi: Heç kim arxada qalmasın. Daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı mühit və daha yaxşı həyat” mövzusunda vebinar keçirilmişdir. FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) aclığa qalib gəlmək üçün beynəlxalq səylərə rəhbərlik edən  ixtisaslaşmış bir qurumdur.

HUDOC məlumat bazası haqqında təlim keçirilmişdir

1 noyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunda əməkdaşımız Fərid Ələkbərov tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna aid HUDOC məlumat bazası haqqında təlim keçirilmişdir. Təlim iştirakçılarına HUDOC məlumat bazasının funksional axtarış bölmələri ilə işləmək üçün zəruri məlumatlar verilmiş, daha sonra onlara məlumat bazasında əyani şəkildə praktiki axtarış imkanları göstərilmişdir.

Əməkdaşımız “Cinayət prosesində prosessual təminatlar” mövzusunda keçirilmiş onlayn müzakirədə iştirak edib

1 noyabr tarixində İnstitutumuzun əməkdaşı İlham Əliyev Beynəlxalq Sülh və Qanunun Aliliyi üzrə Maks Plank Fondunun (MPFPR),  Azərbaycan Hüquq Cəmiyyətinin (ALS) birgə təşkilatçılığı və Almaniya Federal Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə “Məhkəmə islahatları prosesində qeyri-hökumət təşkilatlarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Cinayət prosesində prosessual təminatlar” mövzusunda keçirilmiş onlayn müzakirədə iştirak etmişdir.

Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri QHT-lərlə görüş keçirib

31 oktyabr tarixində Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və İnstitutun əməkdaşları Azərbaycan Respublikasında hüquq və insan haqları sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə onlayn görüş keçirib. Görüşdə M.Quluzadə QHT nümayəndələrini institutun nizamnaməsində qeyd olunan istiqamətlərlə yaxından tanış etmiş, gələcək planlara aydınlıq gətirmiş, institutun QHT-lərlə hansı istiqamətlərdə əməkdaşlıq edə biləcəyini diqqətə çatdırmışdır.

İnstitut rəhbəri Avropa Şurasının tədbirində iştirak edib

27 oktyabr 2022-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Avropa Şurasının Bakı ofisi tərəfindən təşkil edilmiş “Qeyri-kommersiya sektorunda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi riskləri” mövzusunda keçirilmiş seminarda iştirak etmişdir. Seminarda Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirlyi, Maliyyə Monitorinq Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Mərkəz və İnstitut rəhbərləri Vəkillər Kollegiyasının tədbirində iştirak ediblər

28 oktyabr 2022-ci il tarixdə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin və Hüquq və İnsan Haqları İnstitutunun rəhbərləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkil etdiyi tədbirdə iştirak ediblər. Tədbirdə Beynəlxalq Kommersiya Arbitraj Şurasının 1958-ci il Nyu-York Konvensiyasının şərhinə dair Azərbaycan dilində təlimat - “Hakimlər üçün əl kitabı” təqdim edilmişdir. Tədbirdə Vəkillər Kollegiyasının üzvləri, Milli Məclisin deputatı, Ədliyyə Nazirliyinin və müxtəlif dövlət qurumlarının əməkdaşları, xarici ekspertlər, eləcə də hüquqşünaslar və mətbuat nümayəndələri iştirak etmişlər.

ELAN - “Hüquq və İnsan Haqları İnstitutu”nun elan etdiyi loqo müsabiqəsinin müddəti 10.11.2022-ci il tarixinədək uzadıldı

“Hüquq və İnsan Haqları İnstitutu”nun elan etdiyi loqo müsabiqəsinin müddəti 10.11.2022-ci il tarixinədək uzadıldı. Müsabiqədə iştirak etmək istəyənlər öz loqo təkliflərini 10.11.2022-ci il tarixinədək info@huquq.org.az e-mail ünvanına göndərə bilərlər. Müsabiqə nəticəsində qalib seçilmiş loqoya mülkiyyət hüququ İnstituta məxsus olacaq (orijinal fayl, rəng kodları və fontlar təqdim edilməklə). Qalib gəlmiş şəxsə 200 manat məbləğində mükafat ödəniləcək. Eyni təşkilat və ya fiziki şəxs tərəfindən maksimum 5 loqonun təqdim edilməsi mümkündür. Institut haqqında ətraflı məlumat - http://huquq.org.az/az/ Bütün iştirakçılara uğurlar arzulayırıq! Diqqət! İnstitut əməkdaşları bu müsabiqədə iştirak edə bilməz.

ELAN - Hüquq və İnsan Haqları İnstitutu QHT-lərlə görüş keçirəcək

Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə 31 oktyabr 2022-ci il saat 15:00-dan 16:30-a qədər “Zoom” platforması üzərindən Azərbaycan Respublikasında hüquq və insan haqları sahəsində fəaliyyət göstərən yerli QHT-lərlə onlayn formatda görüş keçirəcək. Görüşdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyiniz xahiş olunur. Bu görüşdə yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcək. Qeydiyyat üçün son tarix 28.10.2022-ci il, saat 12:00.