İllik hesabat - 2025
İnstitutda 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib
8 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (Mərkəz) və Hüquq və İnsan Haqları İnstitutunun (İnstitut) birgə təşkilatçılığı ilə 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir son bir ildə ölkəmizdə insan hüquqları ilə bağlı qəbul edilmiş hüquqi aktları və görülmüş işləri, Mərkəzin və İnstitutun insan hüquqlarının müdafiəsi sahəsində rolunu və müxtəlif tərəfdaşların bu sahədə təcrübəsini müzakirə etmək məqsədilə təşkil olunmuşdur.












