Son xəbərlər

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair elmi-praktiki kommentariyanın təqdimatı

İyulun 8-də “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs (İnstitut) “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatını keçirib.

DİN-in Polis Akademiyasında insan hüquqlarına dair mühazirə təşkil olunub

4 iyun 2025-ci il tarixində Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis fəaliyyəti və insan hüquqlarının təminatı” mövzusunda maarifləndirici mühazirə keçirilib. 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunmuş mühazirədə Polis Akademiyasının 60 kursantı iştirak edib.

Peşə Təhsil Mərkəzinin tələbələri üçün məlumat sessiyası keçirilib  

Mayın 30-da Hüquq və İnsan Haqları İnstitutu İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələr üçün “Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası təşkil edib. 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirdə peşə məktəbinin 54 tələbəsi iştirak edib.