Son xəbərlər

Hüquq və İnsan Haqları İnstitutunda insan alveri və məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş yeni metodik vəsaitlərin təqdimatı keçirilib  

Fevralın 17-də Hüquq və İnsan Haqları İnstitutunda keçirilən tədbirdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın uzun illərə söykənən təcrübəsi əsasında hazırladığı “Kölgədə qalan qadınlar”, “Zorakılığın kodları”, “İnsan alverinə qarşı mübarizədə rəqəmsal monitorinq üçün təlimat” və “İnsan alverinə qarşı mübarizə üzrə Milli Təlim Modulu” adlı vəsaitlər ictimaiyyətə təqdim olunub.

Hüquq və İnsan Haqları İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş görüş keçirilib

Yanvarın 21-də Hüquq və İnsan Haqları İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş görüş keçirilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış edərək hesabat dövrü ərzində həyata keçirilən tədbirlər, görülən işlər, əldə olunan nəticələr, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan əsas hədəf və prioritetlər barədə məlumat verib.

Binəqədi Rayon İcra Hakimiyyətində dövlət qulluqçuları üçün təlim keçirilib

Hüquq və İnsan Haqları İnstitutu dekabrın 22-də Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Dövlət qulluqçularının etik davranış qaydaları və onların fəaliyyətində insan hüquqları aspekti” mövzusunda təlim keçirib. Dövlət qulluqçularının peşə etikası, hüquqi məsuliyyəti və insan hüquqlarına əsaslanan idarəetmə prinsiplərinin artırılmasına yönəlmiş təlimdə RİH əməkdaşları və digər mərkəzi icra hakimiyyətlərinin yerli qurumlarının nümayəndələri olmaqla, 60 nəfər iştirak edib.

İnstitutun İdarə Heyətinin sədri elmi-praktik konfransda məruzə ilə çıxış edib  

Ölkəmizdə rəqəmsallaşma sahəsində əldə olunmuş mühüm nailiyyətlərin – ASAN xidmət, DOST xidməti və digər vətəndaşyönümlü təşəbbüslərin məntiqi davamı kimi “Rəqəmsal xidmətlərə çıxış hüququ”nun ayrıca insan hüququ kimi tanınması xüsusi əhəmiyyət kəsb edir. Bu fikri dekabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 77-ci ildönümü münasibətilə keçirilmiş elmi-praktik konfransda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə səsləndirib.

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Konstitusiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 10-da “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” (HEQT Mərkəzi) publik hüquqi şəxs “Hüquq və İnsan Haqları İnstitutu” (İnstitut) publik hüquqi şəxs ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Konstitusiya və insan hüquqları” mövzusunda dəyirmi masa təşkil edib.