İllik hesabat - 2025
Beynəlxalq Sülh Günü münasibətilə keçirilən müsabiqənin iştirakçıları mükafatlandırılıb
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Beynəlxalq Sülh Günü münasibətilə tələbələr arasında məqalə müsabiqəsi keçirilib.
Son zamanlar Hüquq və İnsan Haqları İnstitutu hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə tədbirlərinin aparılması, həmçinin məlumatların rahat və əlçatan şəkildə ictimaiyyətə çatdırılması məqsədilə bir sıra rəqəmsal baza sistemləri və platformalar yaradıb.
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu hüquq elmi sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıların yazdıqları əsərlər, tədris etdikləri fənlər, h-indeksləri və digər məlumatları əks etdirən vahid elektron məlumat bazasını istifadəyə verib.
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Beynəlxalq Sülh Günü münasibətilə tələbələr arasında məqalə müsabiqəsi keçirilib.
Hüquq və İnsan Haqları İnstitutu tərəfindən icra hakimiyyəti orqanlarının əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda keçirilən silsilə təlimlər davam edir. Təlimlərin keçirilməsində əsas məqsəd mülkiyyət hüququnun müdafiəsi sahəsində biliklərin artırılması, milli hüquqi mexanizmlər və Avropa Konvensiyasının standartları barədə məlumatlılığın gücləndirilməsidir.
Ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın və səmərəli elmi-praktik dialoqun inkişaf etdirilməsi, müasir və qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ailə institutunun hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə sentyabrın 4-də Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib.
28–30 avqust 2026-cı il tarixlərində Hüquq və İnsan Haqları İnstitutunun rəhbəri Məhəmməd Quluzadə Türkiyə Respublikasında işgüzar səfərdə olub.
İyulun 2-də İtaliya Respublikası Deputatlar Palatasının Konstitusiya, Şura Sədrliyi və Daxili İşlər Məsələləri Komitəsinin sədri Nazario Paqanonun rəhbərlik etdiyi nümayəndə heyəti Hüquq və İnsan Haqları İnstitutunda olub.
İyunun 30-da Hüquq və İnsan Haqları İnstitutunda Türkiyənin Çağ Universitetinin rektoru Prof. Dr. Murat Koç ilə görüş keçirilib. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun fəaliyyəti barədə məlumat verərək, virtual kitabxana, hüquqşünas alimlərin məlumat bazası, insan hüquqları üzrə rəqəmsal xəritə, e-huquqshunas.az və PASS platformaları və digər rəqəmsal layihələri qonağın diqqətə çatdırıb.
İyunun 19-da Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim təşkil olunub.
İyunun 18-də mülkiyyət hüququnun qorunması sahəsində bilik və bacarıqların artırılması məqsədilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim təşkil olunub.
“İnsan Hüquqları Aylığı” çərçivəsində iyunun 12-də Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün “Media və insan hüquqları” mövzusunda maarifləndirici məlumat sessiyası təşkil edib.
“İnsan hüquqları aylığı” çərçivəsində iyunun 10-da Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan İstiqlal Muzeyi əməkdaşları üçün “İnsan hüquqları ” mövzusunda maarifləndirici təqdimatlar keçirilib.