İllik hesabat - 2025
İnstitutun təlimçi-ekspertləri Səbail polisinə təlim keçiblər
Mayın 11-də Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin müstəntiqləri və təhqiqatçıları üçün təlim keçirilmişdir. Təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edirdi.












