A central bank is at the heart of the banking system. It is because the central bank is the “banks’ bank” and the government’s bank. Most countries have some form of central bank serving for the nation’s financial matters. Legal mechanism and the mandate of central banks depend on some features such as economic considerations, social preferences, political environments etc. There is need to answer several questions for clarifying the role of central banks, such as: What are central banks’ purposes? What powers should be given to central banks within their purposes? What structure and legal form is the best model for establishing such body? How is its independence determined? What functions should be realized by central banks? Whether gathering of several functions in one hand is effective way or not?
Müəllif :
Isazade Nadira Shoyuf Master degree student of Commercial Law, Law Faculty, Baku State University
Nəşr tarixi : 2016
Məqalədə mühüm beynəlxalq sənədlərlə hərbi konfliktlər dövründə mədəni irsin qorunmasının beynəlxalq-hüquqi prinsipləri geniş təhlil edilir. Hərbi konfliktlər dövründə mədəni irsin qorunmasının beynəlxalq-hüquqi prinsipləri dedikdə, bu sahədə əsas başlanğıc müddəalar başa düşülür. İlk növbədə,burada beynəlxalq hüququn əsas, ümumtanınmış prinsipləri, daha sonra mədəni irsin qorunması üzrə beynəlxalq hüququn ayrı-ayrı sahələrinin spesifik prinsipləri qeyd edilməlidir. Bu zaman isə insan hüquqlarının spesifik prinsipləri, beynəlxalq humanitar hüququn spesifik prinsipləri, beynəlxalq cinayət hüququnun spesifik prinsplərinin qarşılıqlı əlaqəsi təmin edilməlidir. Bundan sonra, mədəni irsin qorunmasının hərbi konfliktlər dövrünün spesifik xüsusiyyətləri də müəyyən edilməklə daha spesifik prinsipləri formalaşdırılmalıdır.
Müəllif :
Leyla Həşimova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2021
Məqalə vətəndaş cəmiyyətinə dair Azərbaycan, türk, rus, ingilis dillərində, habelə müxtəlif İnternet resurslarında çap olunmuş və ya yerləşdirilmiş ədəbiyyatlarda irəli sürülən elminəzəri müddəalar, praktiki hallar, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının milli qanunvericilik aktlarının təhlili əsasında hazırlanmışdır. Bununla yanaşı, vətəndaş cəmiyyətinin funksiyaları və iştirakçılarının tərkibi geniş təhlil olunmuşdur. Dar və geniş mənalarda vətəndaş cəmiyyətinə verilən təriflər müqayisəli analiz edilərək, düzgün və yanlış məsələlərə diqqət yönəldilmişdir. Məqalənin nəticə hissəsində vətəndaş cəmiyyəti ilə qeyri-hökumət təşkilatlarını fərqləndirə biləcək əlamətlər qısaca xarakterizə olunmuşdur.
Müəllif :
Elnarə Mirzəyeva - h.ü.f.d., Bakı Dövlət Universitetinin dosenti
Nəşr tarixi : 2021
Məqalədə xüsusi (hibrid) məhkəmə orqanlarının fəaliyyətində müharibə cinayətlərinə görə məsuliyyətə cəlbetmə problemi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, müharibə cinayəti anlayışının formalaşması yalnız nəzəri işin (müxtəlif konsepsiya, nəzəriyyə və baxışların) yox, həmçinin hüquq normalarının tətbiqi ilə meydana çıxan praktiki işin nəticəsində formalaşır. Bu cəhətdən beynəlxalq tribunallar və Beynəlxalq Cinayət Məhkəməsi ilə yanaşı, xüsusi (hibrid) məhkəmələr də bu istiqamətdə mühüm rol oynayırlar. Qeyd edilənləri nəzərə alaraq bu istiqamətdə həmin təcrübənin də ətraflı öyrənilməsi, beynəlxalq praktikanın və milli qanunverciliklərin zənginləşdirilməsi zəruridir.
Müəllif :
Mehriban Eyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti
Nəşr tarixi : 2021
İnsan orqan və ya toxumalarının transplantasiyası şəxsiyyətin tamlığına, bütövlüyünə müdaxilənin bir növüdür. Bu müdaxilə müvafiq tələblər çərçivəsində həyata keçirildikdə hüquqa uyğun qəbul edilir və şəxsiyyətin hüquqlarına, həyat və sağlamlığına təcavüz kimi xarakterizə edilmir. Lakin son illərdə orqan və ya toxumaların köçürülməsinin getdikcə daha geniş vüsət alması, tibbi imkanların inkişafı, insanların sağlamlığının bərpası üçün orqan və toxumaların nəql olunmasına ehtiyacın artması və s. amillər insan orqan və ya toxumalarının qanunsuz olaraq transplantasiya məqsədilə götürülməsinə, orqan və ya toxumaların ticarətinin genişlənməsinə gətirib çıxarmışdır. Buna görə də bir çox dövlətlərdə, o cümlədən ölkəmizdə bu sahəni tənzimləyən hüquqi aktlar qəbul edilmişdir. Məqalədə transplantasiya məqsədilə qanunsuz olaraq meyit donor orqanlarının götürülməsi əməli cinayət hüququ çərçivəsində təhlil olunur.
Müəllif :
Jalə Qənbərova - Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Bu məqalə son dövrlərdə aktuallıq qazanmış İnklüzivlik -ekstraktivlik nəzəriyyəsinin bir ölkənin hüquqi sisteminə mümkün təsirlərinə həsr edilmişdir. Məqalədə inklüziv və ekstraktiv institutlardan bəhs edilməklə bərabər hüquq, iqtisadiyyat və siyasət paralel şəkildə təhlil edilmiş, dövlətin siyasi və iqtisadi funksiyalarına yer ayrılmışdır. Həm tarixi təşəkkül prosesindən, həm də müasir dövrdən müxtəlif nümunələr gətirilmiş və ətraflı müqayisə edilmişdir. Sözügedən məsələlərin təh-lili üçün siyasi və iqtisadi ədəbiyyata da müraciət edilmişdir.
Müəllif :
Siyavuş Bağırov
Nəşr tarixi : 2022
Məqalədə dördüncü sənaye inqilabı dövründə hüquqi tənzimlənmənin rolu qabardılır və istiqamətin perspektivləri aşıqlanır. Qeyd olunur ki, dünyada hüquqi tənzimləmənin səmərəliliyi cəmiyyətin hüquq fenomeni ilə tanışlıq dərəcəsindən asılı olacaq. 4.0 sənaye inqilabının tələb və standartlarına uyğunlaşdırılmış hüquqi tədrisə dair tezisləri aşıqlanır. Müəllif razılaşır ki, 4.0 sənaye inqilabının gedişində hüququn tədrisinin ən ümdə məqsədlərindən biri, digər elmlər və tədris fənləri kimi, “futurist təfəkkürə malik insanların” yetişdirilməsinə səy göstərmək olmalıdır.
Müəllif :
Ramin Əliyev
Nəşr tarixi : 2022
Məqalədə nikahın pozulması haqqında işlər üzrə məhkəmə baxışının xüsusiyyətləri təhlil edilir. Bu məqsədlə hüquq doktrinasın və milli qanunvericiliyin mövqeyi araşdırılır. Eyni zamanda məhkəmə təcrübəsi analiz edilir, problemlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun qərarlarının təcrübi əhəmiyyəti təhlil edilir. Qeyd olunur ki, nikahın məhkəmə qaydasında pozulmasının prosessual xüsusiyyətləri bir qayda olaraq iki şərtlə müəyyən edilir: 1) ər-arvadın qarşılıqlı razılığının olması ilə; 2) ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olması ilə.
Müəllif :
İsmayıl Qəribli - Naxçıvan Dövlət Universitetinin müəllimi
Fərəh Miriyeva - Naxçıvan Dövlət Universitetinin magistrantı
Nəşr tarixi : 2021
Qadın hüquqlarının qorunması və gender bərabərliyi problemi hər şeydən əvvəl ölkədə insan hüquqları üzrə qanunvericiliklə bağlıdır. Lakin cəmiyyətdə tarixən formalaşan adət-ənənələr, iqtisadi konyunktura, təhsil səviyyəsi və sair amillər də təsirsiz ötüşmür. Elə ona görə də ölkələr qadın hüquqlarının qorunması və gender bərabərliyi ilə bağlı problemin həllində birbirindən kəskin fərqlənən səviyyələrdə inkişaf edirlər
Müəllif :
Lamiyə Zeynalova
Nəşr tarixi : 2022
Bu məqalədə beynəlxalq hüquq və milli təhlükəsizliyin qarşılıqlı nisbəti ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Müəllif hesab edir ki, dünyada yeni hüquq qaydasının əsasını güc faktoru deyil, qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlər, xüsusən də, suveren bərabərlik, əməkdaşlıq, çoxtərəfli diplomatiya, dialoq və s. bu kimi faktorlar təşkil etməlidir. Həmçinin məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasının yalnız milli və regional deyil, həm də müəyyən mənada beynəlxalq təhlükəsizlik üçün təhdid təşkil etdiyi əsaslandırılır
Müəllif :
İsmayıl Kəngərli
Nəşr tarixi : 2022