Məqalədə Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və ona əlavə protokolların bu sahədə münasibətlərin tənzimlənməsində rolu və əsas xarakterik xüsusiyyətləri geniş təhlil edilir. Belə nəticəyə gəlinir ki, qeyd edilən beynəlxalqhüquqi sənədlər silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə mühüm normalar müəyyən etsə də, bu sahədə həmin müddəaların yerinə yetirilməsi üzərində beynəlxalq nəzarət mexanizmi yaradılmamışdır. Belə ki, təklif olaraq insan hüquqları sahəsində komitələr praktikasında yaradılacaq və müəyyən səlahiyyətlərə malik olacaq beynəlxalq nəzarət mexanizmində dövlətlərdən müvafiq hesabatların alınması və dövlətlərarası şikayət proseduru da nəzərdə tutulmalıdır. Daha sonra, məqalələ qeyd edilir ki, Konvensiya və əlavə protokollarda müəyyən edilən normaların müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə konvensiyaları ilə ciddi əlaqələri qurulmamışdır. Bundan başqa, Konvensiya və əlavə protokollarda beynəlxalq hüquqi adət normalarına əməl edilməsi üzrə dövlətlərin öhdəlikləri də dəqiq şəkildə əks olunmamışdır. Eyni zamanda, mədəni sərvətlərin beynəlxalq siyahısının yaradılması istiqamətində UNESCO tərəfindən aparılan fəaliyyət daha da artırılmalı, o cümlədən beynəlxalq məsuliyyətlə əlaqədar müddəalar da nəzərdə tutulmalıdır. Son olaraq məqalədə belə nəticəyə gəlinir ki, Konvensiyaya yuxarıda qeyd edilən müddəaları, o cümlədən dövlətlərin beynəlxalq öhdəliklərini və geniş milli-hüquqi implementasiya tədbirlərini nəzərdə tutan yeni əlavə protokolun qəbul edilməsi məqsədəmüvafiq hesab edilməlidir.
Müəllif :
Leyla Həşimova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi
Nəşr tarixi : 2021
Məqalədə BMT ixtisaslaşmış təsisatları və beynəlxalq qeyri-hökumət təşkilatları arasında qarşılıqlı münasibətlər hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq hüquq normaları və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Qeyd edilir ki, BMT-nin ixtisaslaşmış təsisatları ilə beynəlxalq qeyri-hökumət təşkilatlarının əməkdaşlığı kifayət qədər əhəmiyyətli sahələri və istiqamətləri əhatə edir. Bu zaman UNESCO, Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və s. beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri və istiqamətləri konkret praktik hallarla təhlil edilmişdir. Qeyd edilmişdir ki, bu qarşılıqlı fəaliyyət özünü həm normayaradıcılıq prosesində, həm də bu normaların realizəsinə yönəlmiş praktiki tədbirlərin görülməsində aydın şəkildə büruzə verir və daim təkmilləşmə istiqamətində inkişaf edir.
Müəllif :
Elnarə Mirzəyeva - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti
Nəşr tarixi : 2021
Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasından artıq 20 ildən çox vaxt keçmişdir. Bu müddət ərzində Məhkəmənin həbs etdiyi cinayətkarların sayının az olmasına baxmayaraq, onun fəaliyyətini ümumilikdə müsbət qiymətləndirmək olar. Belə bir vəziyyətin bir çox səbəbləri var. Hesab edirik ki, dövlətlər öz maddi və texniki imkanlarını bu sferada əsirgəməməli, əksinə bəşəriyyətə təhlükə yaradan belə cinayətkarları vaxtında məsuliyyətə cəlb edərək cəzalandırmaq lazımdır ki, gələcəkdə belə hallar təkrarlanmasın. Dövlətlər həm milli, həm də beynəlxalq səviyyədə cinayətkarlıqla mübarizədə real əməkdaşlıq etməlidirlər, qarşılıqlı məlumat mübadiləsi həyata keçirməlidirlər, təhlükəli, axtarışda olan cinayətkarları verməlidirlər, əks təqdirdə cinayətkarlıqla mübarizə, həmçinin Beynəlxalq Cinayət Məhkəməsində işlərə baxılması illərlə davam edən prosedura çevriləcək.
Müəllif :
Mehriban Eyyubova - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti
Nəşr tarixi : 2021
1920-ci il aprelin 27-də Bakını işğal edib Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan Sovet Rusiyası daxildə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılacağı illuziyasını yaradıb yerli əhalini sakitləşdirmək, eyni zamanda beynəlxalq aləmdə işğal faktına siyasi don geyindirmək üçün sırf taktiki mülahizələrlə “müstəqil Sovet Azərbaycanı”, Azərbaycan SSR (sovet sosialist respublikası) yarat-maq siyasətini həyata keçirməyə başlayır. “Müstəqil Sovet Azərbaycanı” şüarı yerli əhali arasında təbliğat işini təşkil etmək məqsədilə hələ 1919-cu ilin may ayında RK(b)P tərəfindən ortaya atılmış və qərara alınmışdı ki, Cənubi Qafqaz respublikaları işğal edildikdən sonra ilk əvvəl Azərbaycan, Gürcüstan və Ermənistanda “müstəqil” sovet respublikaları yaradılmalı, onlar əvvəl Qafqaz federasiyasında birləşdirilməli, daha sonra isə ümumRusiya federasiyasına daxil edilməli idilər. 1920-ci il fevralın 11-12-də yaradılan AK(b)P RK(b)P-ni özünün ali rəhbər orqanı, özünü isə onun yerli təşkilatı elan etmişdi.
Müəllif :
Səftər Rəhimli - Bakı Dövlət Universiteti “İnsan hüquqları və informasiya hüququ” UNESKO kafedrası, h.ü.f.d.
Nəşr tarixi : 2023
В статье рассматривается конституционный подход в вопросе о соотношении национального и международного права в Республике Молдова, ведущая роль в этом вопросе Конституции и конституционного права Молдовы. Особое внимание уделяется вопросам обеспечения конституционности международных договоров, приоритету (примату) международных норм по отношению к нормам национального права. Соответствию молдавского права международному праву в условиях ассоциации с ЕС, юридической силе международных норм по отношению к нормам внутреннего права. Статья опирается на большой источниковедческий материал.
Müəllif :
Гасан Алиев - докторант Академии Государственного Управления при Президенте Азербайджанской Республики
Nəşr tarixi : 2021
Qlobal şəbəkə olaraq formalaşmış internet müasir cəmiyyətdə informasiya mübadiləsini asanlaşdırmaqla yanaşı, bir çox problemlər də yaradır. Müxtəlif kiberpozuntularla insan hüquq və azadqıqlarının pozulması zamanı yurisdiksiya məsələlərinin həlli beynəlxalq və milli-hüquqi aspektdən kolliziyalarla qarşılaşır. Məqalədə belə ziddiyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq-hüquqi prinsip və nəzəriyyələrə müraciət olunur, təklif və tövsiyələr irəli sürülür.
Müəllif :
Ramil Aslanov - h.e.d., Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professor əvəzi
Nəşr tarixi : 2021
Son günlərdə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı müxtəlif formalarda hücumların, terror aktlarının sayının artması ciddi narahatlıq yaradır. Son altı ay ərzində səfirliklərimizə qarşı beş terror aktı həyata keçirilib. 4 Avqust 2022-ci ildə Azərbaycan Respublikasının Londonda yerləşən səfirliyinə İran İslam Respublikasının himayə etdiyi radikal dini qruplaşmanın üzvləri hücum etmişdir. Azərbaycanın Xarici İşlər Nazirliyi bu insidenti “vandalizm aktı” kimi qiymətləndirib və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkilinə hücumla bağlı “qəti etiraz” bildirərək belə halların təkrarlanmayacağına dair “ zəmanət tələb edib”.
Müəllif :
Həcər Qasımova - Bakı Dövlət Universiteti “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, h.e.f.d.
Nəşr tarixi : 2023
Ümumi cinayətlərin strukturunda şəxsi mənafedən törədilmiş cinayətlər böyük çəki daşıdığından, onların elmi-nəzəri və metodoloji əsaslarının öyrənilməsi dərin analitik və konstruktiv yanaşma tələb edir. Tam və mənalı kriminoloji mənzərə yaratmaq üçün eqoist cinayətkarların şəxsiyyətinin spesifik kriminoloji xüsusiyyətlərini təhlil etmək lazımdır. Çünki muzdlu cinayətkarlar digər cinayətkarlardan sosial-demoqrafik, hüquqi və psixoloji xüsusiyyətlərinə görə fərqlənirlər.
Müəllif :
Vüqar Mansurov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Daxili işlər orqanlarının inzibati fəaliyyəti” kafedrasının baş müəllimi
Nəşr tarixi : 2021
Müəllif cinayət-prosessual məcburiyyətin hüquqi mahiyyətini üzə çıxararaq, onun şərtiliyindən proses iştirakçılarının prosessual öhdəlikləri ilə çıxış edir, onlar mövcud qanunda təsdiqini taparaq, özlərinin düzgün davranış modelini formalaşdırır və cinayət prosesində mümkün və zəruri məcburiyyət təsirinin növünü, həcmini və tərkibini müəyyən edirlər. Buna əsaslanaraq müəllif cinayət-prosessual məcburiyyət anlayışının prosessual elmdə təqdim olunan təriflərini təhlil edir və belə nəticəyə gəlir ki, prosessual məcburiyyət anlayışı çoxölçülüdür.
Müəllif :
Həmid Abbasov - Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının doktorantı
Nəşr tarixi : 2021
İddia müddəti və onun tətbiqi mülki dövriyyə iştirakçıları arasında yaranmış olan mübahisə və ixtilafların obyektiv həqiqət prinsipi əsasında həll edilməsində ən mühüm vasitədir. Məqalədə iddia müddətinin başlanma anı,onun kəsilməsi, dayandırılması və bərpası əsasları tədqiq edilmiş,iddia müddətinin prosessual xüsusiyyətləri və bu müddətlərin ötürülməsinin dogurdugu hüquqi nəticələr araşdırılmış, müqayisəli təhlillər aparılmaqla nəzəriyyədə və təcrübədə rast gəlinən problemlərə münasibət bildirilmişdir.
Müəllif :
Şükür Yusifov - h.ü.f.d., Bakı Dövlət Universitetinin dosenti
Firuzə Qafulova - Bakı Dövlət Universiteti, Mülki hüquq kafedrası
Nəşr tarixi : 2021