Bu məqalədə dövlətlərin beynəlxalq-hüquqi məsuliyyəti ilə bağlı ən mühüm məsələlər - məsuliyyətin formaları və ziyanın ödənilməsi məsələləri müzakirə edilir. Həmçinin müəllif Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın ödənilməsi ilə bağlı hüquqi aspektləri analiz edir.
Müəllif :
Zaur Bağırov
Nəşr tarixi : 2025
Layiqli həyat səviyyəsi insanın cəmiyyətdə əldə edilə bilən ən yüksək standartlara ləyaqətlə, təhlükəsiz və tələbatları ödənilmiş şəkildə çatmasıdır. Burada qeyd edilən təhlükəsizlik anlayışı bütün maddi aləmi əhatə edərək təbiətə nəzərən özündə ətraf mühitin mühüm elementləri hesab edilən adekvat mənzil, layiqli su, yararlı qida, təmiz hava və s. kimi məfhumları birləşdirir və son nəticədə sağlam və davamlı ətraf mühit hüququ olaraq insan rifahının təminatına yönəlir. Bu hüquq konstitusiya dəyərləri və əsas hüquqların beynəlxalq ətraf mühit prinsipləri ilə vəhdətini təcəssüm etdirir, insan hüquqlarına və geri çəkilməmək prinsipinə hörmət ruhunda cərəyan eldir. Sağlam ətraf mühit hüququnun Hüquqlar haqqında Bill və digər mühüm universal sənədlərdə tanınmaması məsələni mürəkkəbləşdirən əsas amillərdəndir. Lakin 2022-ci ildə BMT Baş Assambleyası Qətnaməsi ilə onun universal səviyyədə tanınması bu istiqamətdə dövlətlər üçün nəzəri və təşkilati aspektdə müvafiq öhdəliklər formalaşdırır. Məqalədə sağlam və davamlı ətraf mühit hüququnun universal, regional və yerli səviyyələrdə müqavilə əsası təhlil edilir, müəllif tərəfindən bu hüquq sahəsi ilə əlaqədar müəyyən ümumiləşdirmələr aparılaraq Sosial, İqtisadi və Mədəni Hüquqlar haqqında 1966-cı il Paktına “Sağlam və Davamlı Ətraf Mühit Hüquqları haqqında Fakultativ Protokol”un və “Azərbaycan Respublikası Ətraf Mühit Məcəlləsi”nin qəbul edilməsi təklifləri irəli sürülür.
Müəllif :
Mələkxanım Rəhimova
Nəşr tarixi : 2025
Məqalədə Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi məsələsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi araşdırılır. Uşaq hüquqlarının qorunması sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, dövlət qurumlarının bu sahədəki rolu və həyata keçirilən tədbirlər təhlil edilir. Həmçinin uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunur. Məqalə Azərbaycan Respublikasının uşaqların rifahını təmin etmək üçün qəbul etdiyi qanunvericilik aktları, sosial proqramlar və digər təşəbbüsləri işıqlandıraraq, bu sahədəki inkişaf istiqamətlərini ortaya qoyur. Məqalədə göstərilən predmet müqayisəli hüquqi təhlil, deduksiya, digər ümumelmi və xüsusi metodologiyadan istifadə edilməklə araşdırılmışdır
Müəllif :
Kənan Ağayev
Nəşr tarixi : 2025
İnsan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinin konstitusiya vasitələri bilavasitə hüquq sistemi ilə və bütövlükdə hüquqi müdafiənin mexanizmi ilə bağlıdır. Məsələ burasındadır ki, müdafiə tədbirləri hüquqların bərpası üçün tətbiq edilir və hüquqi tələblərə riayət etməni təmin edən ölçü kimi xidmət edir. Hər bir ölçünün tətbiqinin məzmunu və qaydası təsirin ciddi müəyyən edilmiş formalarını, onların düzgün tətbiqini təmin edən zəmanətin, onun tətbiqinin dairəsini, bu ölçüləri tətbiq edən orqanları müəyyən edən hüquq normalarıyla tənzimlənir. Belə tənzimləmə dövlətin müstəsna səlahiyyətidir. İnsan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi institutunun yekunlaşdırıcı elementi, bizim fikrimizcə, insan hüquqlarının müdafiəsinin konstitusiya vasitələridir. Onların anlayışını müəyyən edərək, biz hüquqi vasitələrin ümumi anlayışına əsaslanırıq.
Müəllif :
Hüseyn Əsgərov
Nəşr tarixi : 2025
Məqalə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə erməni silahlı birləşmələri tərəfindən törədilən beynəlxalq cinayətlərə həsr olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsi bitsə də münaqişə dövründə törədilmiş müharibə cinayətləri və digər beynəlxalq cinayətlərin tam araşdırılmadığı və təqsirkarların cəzalandırılmadığı məqalədə xüsusi vurğulanmışdır. Bununla bərabər, məqalədə erməni silahlı birləşmələrinin törətdikləri müharibə cinayətləri birbaşa Cenevrə Konvensiyaları və beynəlxalq humanitar hüquq normalarının pozuntusu olaraq göstərilmiş və təhlil edilmişdir. Müəllif Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, istənilən beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələrə beynəlxalq humanitar hüquq və beynəlxalq cinayət hüququ prizamasından yanaşılmasının tərəfdarı olduğunu qeyd etmişdir. Belə ki, o, beynəlxalq cinayət hüququ olmadan beynəlxalq humanitar hüququn ciddi pozuntularının araşdırılmasının mümkün olmayacağını qeyd etmişdir
Müəllif :
Əlövsət Allahverdiyev
Nəşr tarixi : 2025
Bu məqalədə şəxsin şərəf və ləyaqəti əleyhinə törədilən təhqirin cinayət əməli kimi formalaşma tarixinə nəzər salınır. Cəmiyyətin və informasiya texnologiyalarının inkişafının, dəyişən mühitin təhqir cinayətinə olan təsiri nəticəsində qanunvericiliyin dəyişməsinin mümkün olan yolları və bu sahədə qabaqcıl dünya ölkələrinin təcrübələrindən uğurlu nümunələrə məqalədə yer verilmişdir.
Müəllif :
Toğrul Həsənov
Nəşr tarixi : 2025
Bu məqalədə şəxsin şərəf və ləyaqəti əleyhinə törədilən təhqirin cinayət əməli kimi formalaşma tarixinə nəzər salınır. Cəmiyyətin və informasiya texnologiyalarının inkişafının, dəyişən mühitin təhqir cinayətinə olan təsiri nəticəsində qanunvericiliyin dəyişməsinin mümkün olan yolları və bu sahədə qabaqcıl dünya ölkələrinin təcrübələrindən uğurlu nümunələrə məqalədə yer verilmişdir.
Müəllif :
Hüseyn Quliyev
Nəşr tarixi : 2025
Bu məqalədə dindirmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı qarşılaşılan əsas hüquqi, texniki və etik problemlər təhlil edilir. Dindirmə prosesində ifadələrin təhrif olunması, məcburetmə halları, məxfilik hüququnun pozulması, qeyri-uyğun dindirmə mühiti və texniki maneələr kimi faktorlar istintaqın obyektivliyinə təsir edən əsas çətinliklər kimi göstərilir. Araşdırmada bu problemlərin qarşısının alınması üçün müstəntiqlərin peşəkar hazırlığı, hüquqi tənzimləmələrin gücləndirilməsi, müasir texnologiyalardan istifadə və nəzarət mexanizmlərinin tətbiqi kimi həll yolları irəli sürülür. Məqalə istintaq prosesinin effektivliyini artırmaq və hüquqmühafizə orqanlarının fəaliyyətində şəffaflığı təmin etmək məqsədilə nəzəri və praktiki yanaşmaları özündə birləşdirir.
Müəllif :
Elgün Rəhimli
Nəşr tarixi : 2025
Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər yalnız sosial, iqtisadi və hüquqi problemlərə yol açmır, həm də təşkilatlanmış cinayətkar qrupların və beynəlxalq narkotik ticarəti şəbəkələrin fəaliyyətinə zəmin yaradır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi müxtəlif metodlarla gizlədilən, saxtalaşdırılan və beynəlxalq ölçüdə həyata keçirilən bir cinayət fəaliyyətidir. Bu cür cinayətlərin araşdırılması xüsusi istintaq metodları və müasir texnologiyalardan istifadəni tələb edir. Cinayətkar qrupların fəaliyyətləri adətən çox mürəkkəb və təşkilatlanmış olur, bu da cinayətlərin aşkar edilməsini və sübutların toplanmasını çətinləşdirir. Araşdırmalar zamanı məxfi əməliyyatlar, elektron nəzarət, informatorlardan istifadə və digər inkişaf etmiş üsullar tətbiq edilir. Eyni zamanda, bu sahədə beynəlxalq əməkdaşlıq vacibdir, çünki narkotik ticarəti adətən çoxsaylı ölkələr arasında həyata keçirilir. Araşdırmaların qarşısında duran əsas çətinliklərdən biri cinayətkar şəbəkələrin çox mürəkkəb struktura sahib olması və bu şəbəkələrin inkişaf etmiş logistika və maliyyə qaynaqları ilə dəstəklənməsidir. Bundan əlavə, maddi sübutların toplanması və onların müvafiq hüquqi çərçivədə təqdim edilməsi də mühüm rol oynayır. Narkotik vasitələr və psixotrop maddələrlə bağlı cinayətlərin effektiv araşdırılması üçün hüquq-mühafizə orqanlarının mütəmadi olaraq yeni metodlara və beynəlxalq səviyyədə güclü əməkdaşlığa ehtiyacı vardır. Nəticə olaraq, narkotiklərlə mübarizə çətin, amma vacib bir prosesdir. Bu cinayətlərin araşdırılması üçün yeni yanaşmaların tətbiqi texnoloji imkanların artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin effektivliyini artıracaqdır.
Müəllif :
Rasim İsaqov
Nəşr tarixi : 2025
Təqdim olunan məqalə hüquq-mühafizə orqanları tərəfindən tətbiq edilən dindirmə metodunun təkmilləşdirilməsinə yönəldilmişdir. Bu metodun əsasını müstəntiqin dindirilən şəxslərlə qarşılıqlı əlaqəsinin psixoloji prinsipləri və koqnitiv mexanizmlərə dair biliklərdən istifadə təcrübəsi təşkil edir. Eyni zamanda, bu yanaşmanın imkanları və məhdudiyyətləri də nəzərdən keçirilir. Məqalənin strukturu onun məqsədini və məntiqi izahını əks etdirir. Nəzəri hissədə koqnitiv müsahibə texnologiyasının əsasları təsvir edilir, koqnitiv müsahibə metodunun tətbiq imkanları və növləri, eləcə də müsahibə aparılan şəxslərin ifadə verməsini stimullaşdıran psixoloji üsullar açıqlanır.
Müəllif :
Ələkbər Allahverdiyev
Nəşr tarixi : 2025