Məqalə yerli özünüidarə sisteminin hüquqi konstruksiyasının quruluşunun qiymətləndirilməsi problemlərinə həsr olunmuşdur. Bələdiyyə quruculuğu təcrübəsinin ümumiləşdirilməsi ilə ölkədə yerli özünüidarənin hüquqi konstruksiyasının yaradılması üçün əsaslı institusional islahatların aparılmasının zəruriliyi müəyyən edilmişdir. Azərbaycan üçün xarici elementli özünüidarə konstruksiyasının qiymətləndirilməsi xarici ölkələrin konstitusiyalarının yerli dövlət idarəçiliyi və yerli özünüidarə kateqoriyalarının fərqləndirilməsinə dair müddəalarının təhlilindən başlanır. Yerli özünüidarənin konstitusion-hüquqi əlamətləri nəzərdən keçirilir. Mərkəzi icra hakimiyyəti orqanlarının yerli icra hakimiyyətinin həyata keçirilməsində rol oynaması, yerli özünüidarənin vətəndaşlar tərəfindən yerli seçkilər, rəy sorğusu, vətəndaşların yığıncaqları vasitəsilə həyata keçirilməsinə dair müddəaların Konstitusiya səviyyəsində təsbit olunması haqqında fikirlər əsaslandırılmışdır
Müəllif :
Sahil Hüseynov
Nəşr tarixi : 2025
Nikahların pozulması hər bir ölkənin demoqrafik göstəricilərini aşağı salan, həmçinin sosial gərginlik yaradan amillərdən biridir. Ailə-nikah münasibətlərinə xitam veriləndə ailədə yetkinlik yaşına çatmayan uşaqların olması bu prosesi mənəvi cəhətlə yanaşı, hüquqi cəhətdən də daha da mürəkkəbləşdirir. Məqalədə valideynlərin nikahı məhkəmə qaydasında pozulduqda Azərbaycan Respublikasının mülki-prosessual, ailə və digər qanunvericilik aktlarında yetkinlik yaşına çatmayanların şəxsi (qeyri-əmlak) və əmlak hüquqlarının təmin edilməsi məsələləri tədqiq olunur.
Müəllif :
Səbinə Əzizova
Nəşr tarixi : 2025
Bu məqalədə itirilmiş əşyaların hüquqi tənzimlənməsi məsələsi araşdırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 186-cı maddəsi əsasında tapıntıların hüquqi rejimi izah edilir və digər ölkələrin – Türkiyə, Almaniya, Yaponiya və ABŞ-nin qanunvericilikləri ilə müqayisəli təhlil aparılır. Araşdırma göstərir ki, bəzi ölkələrdə tapılmış əşyaların idarə edilməsi və mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı daha dəqiq və sistemli hüquqi çərçivələr mövcuddur. Məqalədə, həmçinin tapıntıların qeydiyyatı, sahiblərinə qaytarılması və hüquqi məsuliyyətin artırılması üzrə Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürülür.
Müəllif :
Nəimi İsmayılzadə
Nəşr tarixi : 2025
Məqalədə boşanma zamanı əmlak bölgüsü ilə bağlı yaranan problemlər, bu problemlərin yerli və bəzi xarici ölkələrin qanunvericiliyində həlli qaydaları əks olunub. Nikah müqaviləsinin tətbiqindən yarana biləcək problemlərin aradan qaldırılması ilə bağlı mövqe bildirilmişdir. Eyni zamanda, birgə əmlakın nədən ibarət olduğu ətraflı şəkildə araşdırılmış və daha ədalətli yanaşmalar müqayisə edilmişdir. Bundan əlavə, aparılmış tədqiqatlara münasibət bildirilmiş və bəzi təkliflər irəli sürülmüşdür.
Müəllif :
Bilal İbrahimov
Nəşr tarixi : 2025
Məqalə ştat ixtisarı ilə əlaqədar işdən çıxarılmış işçinin sonradan məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa olunarkən ona məcburi işburaxma dövrü üçün verilən əməkhaqqının bəzi problemlərindən bəhs edir. Belə ki, işdən çıxarılan zaman müavinət almış işçi sonradan məhkəmə qərarı əsasında əvvəlki vəzifəsinə bərpa edilərkən işəgötürənin həmin işçiyə məcburi iş buraxma dövrü üçün əməkhaqqı ödəmək öhdəliyi əmələ gəlir. Məqalədə məcburi iş buraxma dövrünə görə ödənilən əməkhaqqının işdən çıxarma zamanı verilmiş ödənişlər (əməkhaqqı, müavinət və s.) həcmində azaldılması təklif edilmişdir.
Müəllif :
Ata Vəliyev
Nəşr tarixi : 2025
Bu məqalədə müəllif cinayətə dair məlumatların müvafiq istintaq orqanına göndərilməsi ilə bağlı cinayətprosessual qanunvericiliyinin yanlış tətbiqini müzakirə edir. Müəllif istintaq orqanına göndərilən cinayət məlumatlarının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğu halda, ilkin yoxlama materialları ilə birlikdə həmin icra strukturunun eyni istintaq orqanına göndərilməsinin yanlış olduğunu qeyd edir. Bu vəziyyət yoxlanılan şəxsin hərəkətlərində cinayət tərkibinin olduğu ehtimalına əsaslanaraq baş verir. Məqalədə müvafiq normaların elmi-praktik izahı verilir və Cinayət-Prosessual Məcəllənin müəyyən müddəalarının təkmilləşdirilməsi üçün konkret təkliflər təqdim olunur.
Müəllif :
Yasin Mikayıllı
Nəşr tarixi : 2025
Cinayət prosesi nəzəriyyəsində tədqiq olunan məsələlərdən biri də “prosessual qərar” institutudur. Elmi ədəbiyyatlarda bir çox nəzəriyyəçilər qərar və prosessual qərar anlayışları arasında fikir müxtəlifliyinə sahibdir. Biz cinayət prosessual hüquq baxımından qərarın mahiyyətini və onun prosessuallığını araşdırmışıq. Qərarın prosessual xarakter daşıması qərarı qəbul edən subyekt və onun qəbul edilmə forması ilə əlaqədardır. Eyni zamanda bu məqalədə bir sıra məsələlər araşdırılmışdır. Bu məsələlərə qərar və prosessual qərar anlayışı, onların növləri, xüsusiyyətləri və s. aiddir
Müəllif :
Barat Sadıqov
Nəşr tarixi : 2025
Məqalədə cinayət mühakimə icraatının məhkəməyədək mərhələsində mütəxəssisin iştirakının bir sıra təşkilati-prosessual aspektləri nəzərdən keçirilmiş, istintaq hərəkətlərində mütəxəssisin iştirakının əsas prinsipləri sistemləşdirilmişdir. Hadisə yerinə baxış, şəxsi müayinə, axtarış, istintaq eksperimenti və digər istintaq hərəkətlərində mütəxəssisin iştirakının bəzi taktiki, təşkilati və prosessual xüsusiyyətləri təhlil edilmişdir. Cinayət mühakimə icraatının məqsəd və vəzifələrinə uyğun olaraq mütəxəssislərin xüsusi biliklərindən və bacarıqlarından istifadə məsələlərinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin əsas istiqamətləri müəyən olunmuşdur.
Müəllif :
Anar Mikayılov
Nəşr tarixi : 2025
Возрастающая степень взаимосвязанности мира требует координации усилий государств в сфере налогообложения, прежде всего в рамках международных организаций и интеграционных объединений. Такая необходимость возникает, в частности, из-за того, что процессы углубления интеграции государств, особенно на региональном уровне, сопровождаются динамичным развитием и гармонизацией налогов, а гармонизация налогов, в свою очередь, предполагает унификацию налоговых систем государств. В этих условиях вопрос создания национальной налоговой системы уже не является чисто внутренним аспектом государств, он приобретает все большее международное значение в процессе углубления интеграции. Следовательно, любая попытка государств разработать эффективную модель национальной налоговой системы без учета международных достижений в этой сфере обречена на провал. На данном этапе развития остро стоит вопрос поиска, прежде всего, механизма устранения налоговых барьеров для международного движения товаров, услуг и капитала. Современный этап развития человечества характеризуется тенденцией, которая в доктрине получила название «Глобальная налоговая реформа». В рамках этой глобальной реформы идет процесс ужесточения не только национального законодательства государств, но и международных налоговых правил и процедур, совершенствуется международно-правовая база в сфере налогообложения. Целью исследования является анализ различных аспектов глобальной налоговой реформы, процессов гармонизации и унификации налоговых систем государств и их влияния на формирование международно-правовых норм и принципов в сфере налогообложения. Достижение данной цели осуществляется путем решения ряда задач: исследовать основные понятия, используемые в международных соглашениях о налогообложении, а также принципы, используемые в налогообложении; рассмотреть различные аспекты суверенитета и территориального верховенства государств, выступающие основой налогообложения.; В частности, в связи с тем, что процессы углубления интеграции государств, особенно на региональном уровне, сопровождаются динамичным развитием и гармонизацией налогов, а гармонизация налогов.
Müəllif :
Р. Абдуллазаде
Nəşr tarixi : 2025
İnsan hüquqları fundamental və daha geniş bir anlayış olub, bir növ hörümçək torunu xatırladır. Beynəlxalq
humanitar hüquq isə nisbətən dar anlayış olmaqla, o tora yapışmalı olan həşəratdır. Bu torun miqyasını böyütmədikcə, o tor bütün dünyanı əhatə etmədikcə biz bütün coğrafi regionlarda baş verən müharibələri tora yapışdırıb hüquqdan asılı hala gətirərək onlara beynəlxalq nəzarəti həyata keçirə bilməyəcəyik. Bu işdə isə bütün
dünya dövlətləri maraqlı olmalıdır.
Müəllif :
Asəf Hüseynov
Nəşr tarixi : 2025