Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Hümbət oğlu Əliyevin ümumi redaktəsi ilə yenidən işlənilmiş və təkmilləşdirilmiş bu dərslikdə beynəlxalq publik hüquqa doktrinal anlayış verilir, onun nizamasalma predmeti, prinsipləri, mənbələri, subyektləri, beynəlxalq mübahisələrin həlli, beynəlxalq-hüquqi məsuliyyət və s. məsələlərə ətraflı şəkildə toxunulur və onların mahiyyətinə aydınlıq gətirilir. Əsərdə beynəlxalq publik hüquqa dair ümumi müddəalar nəzərdən keçirilərək, onun sistemi tədqiq edilir, eləcə də ayrı-ayrı institutlar fərqləndirilir, hər bir fəsil üzrə əyani sxem və tövsiyə edilən əlavə ədəbiyyat siyahısı verilir. Müasir dövrdə beynəlxalq publik hüquq kursu beynəlxalq müqavilələr hüququ, xarici əlaqələr hüququ, beynəlxalq təşkilatlar hüququ, beynəlxalq humanitar hüquq, beynəlxalq iqtisadi hüquq və s. bu kimi müstəqil publik hüquq sahələrini əhatə edir; hər bir müstəqil hüquq sahəsinə dair məsələlər elmi-nəzəri cəhətdən beynəlxalq-hüquqi kontekstdə işıqlandırılır. Sözügedən dərslik müasir beynəlxalq publik hüquq elmində mövcud olan boşluqların doldurulmasına, hüquqi alqoritm və nihilizm təzahürlərinin aradan qaldırılmasına xidmət edir. Dərslikdən ali məktəb tələbələri, müəllimlər, hüquqşünaslar, habelə beynəlxalq hüquq elmi sahəsində çalışan mütəxəssislər, vəkillər və digər praktik işçilər faydalana bilərlər.
Müəllif :
Əliyev Etibar Əli oğlu, Hüseynova Fatimə Etibar qızı
Nəşr tarixi : 2023
Cəmiyyət və sosio-hüquqi problemlər” kitabı üç fəsildən ibarət olub, müəllifin son illərdə yazıb çap etdirdiyi elmi məqalələr əsasında tərtib olunmuş bir topludur. Kitabda müasir Azərbaycan Respublikasında cəmiyyətdə baş verən inkişaf dinamikası və bu aspektdə sosial problemlər, hüquqi baxış fəlsəfəsindən bəhs edən müxtəlif mövzular geniş yer almışdır. Bu toplum bakalavr və magistr sistemi üzrə təhsil alan tələbələr, doktorantlar, müəllimlər, qanunyaradıcılıq və qanuntətbiqedicilik sahəsində çalışan əməkdaşlar, vətəndaşlar və bütövlükdə respublikanın ictimai, siyasi və hüquq nümayəndələri üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Habil Qurbanov
Nəşr tarixi : 2018
Oxuculara təqdim olunan bu kitab mülki məhkəmə icraatı üzrə məhkəmənin qəbul etdiyi aktlardan biri olan qətnamələr barəsindədir.
Kitabda MPM-də nəzərdə tutulmuş birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamə formalarının bir hissəsi şərti şəkildə verilmisdir.
Kitab hakimlər, vəkillər, icra məmurları, ədliyyə orqanlarına qəbul olmaq istəyən namizədlər, eləcə də məhkəməyə dair qanunvericiliyin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Paşa İbiş oğlu Səfərov
Nəşr tarixi : 2013
Kitabda 2003-2023-cü illər ərzində Ümumilli lider Heydər Əliyev, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondu tərəfindən müstəqil Azərbaycan dövlətinin təməllərinin qurulmasında və möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edən gender siyasətinin əsas aparıcı istiqamət xətti ön plana çəkilmiş, dövlətimizin milli-mənəvi dəyərlərimizi gender siyasətinin əsas perspektiv istiqamətinə çevirməsi yolunda atdığı addımlardan və gender bərabərliyinin inkişafında bir sıra taleyüklü məsələlərdən bəhs olunmuşdur.
Müəllif :
Sevinc Abbasova
Nəşr tarixi : 2024
Təqdim edilən bu monoqrafiyanın məqsədi tədqiqat üçün seçilmiş mövzunun hərtərifli öyrənilməsi, onun nəzəri, hüquqi və təcrübi aspektlərinin aydınlaşdırılması və bu mövzu haqqında müxtəlif nəzəriyyə və məktəblərin tədqiqatlarının nəticələrinin təhlil edilməsidir.
Müəllif :
Azər Nağıyev
Nəşr tarixi : 2024
Monoqrafiyada dövlət hakimiyyəti sistemində dövlət qulluğu hüquq institutunun elmi-nəzəri və normativ hüquqi əsasları kompleks olaraq təhlil edilir. Burada Azərbaycan Respublikası Prezidentinin dövlət qulluğu hüquq institutunun formalaşmasında və inkişafında rolu, dövlət hakimiyyəti sistemində dövlət qulluğu hüquq institutunun yeri və rolu, həmin sahə üzrə hüquq münasibətlərinin tərkib elementləri, Naxçıvan Muxtar Respublikasının dövlət qulluğu hüquq subyektliyi kimi məsələlər şərh olunur.
Monoqrafiya professor-müəllim heyəti, doktorantlar, müstəqil tədqiqatçılar, magistrantlar, bakalavriatlar, habelə dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarında dövlət vəzifəsi tutan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Məmmədov Oruc Cəmil oğlu
Nəşr tarixi : 2017
В книге рассматриваются как общие вопросы международного права прав человека и международного гуманитарного права, так и вопросы защиты отдельных прав и свобод человека во время вооруженных конфликтов, а также особенности их восстановления и осуществления в постконфликтный период. В работе широко использованы международно-правовые документы, практика, прецеденты судебных и квазисудебных органов универсального и регионального уровня, а также доктрина. Книга предназначена, прежде всего, для студентов магистерских программ по правам человека, а также может быть использована студентами, докторантами и преподавателями университетов, курсантами и слушателями военных или правоохранительных учебных заведений, специалистами и всеми, кто интересуется международно-правовыми аспектами защиты прав и основных свобод человека во время вооруженных конфликтов и в постконфликтных ситуациях.
Müəllif :
Узейир Маммадов, Тургай Гусейнов
Nəşr tarixi : 2023
Dərs vəsaitində Birləşmiş Millətlər Təşkilatının sisteminə aid qurumlardan İnsan Hüquqları Komitəsinin fəaliyyəti tədqiq edilir. Azərbaycan Respublikası ilə Komitə arasında konstruktiv əməkdaşlığın istiqamətləri göstərilir. Mülki və siyasi hüquqlar üzrə beynəlxalq Pakt, onun fakültativ protokolları va müvafiq prosedur qaydalar sistemli formada təhlil edilir. Beynəlxalq müqavilə mexanizmi kimi Komitənin fəaliyyətinin səmərəliliyini təmin edəcək beynəlxalq hüquqi vasitələr araşdırılır, insan hüquqlarının beynəlxalq müdafiəsi sistemində onun hüquqi təbiəti, mülki (şəxsi) və siyasi hüquqlar üzrə dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin xarakteri, şəxsi və siyasi hüquqlar sferasında, beynəlxalq hüquq normalarının dövlətdaxili hüquqi implementasiyasında Komitənin rolu tədqiq edilir. Onun şərhlərinin daxili qanunvericilik üçün, insan hüquqları üzrə norma yaradıcılığında, təfsir və hüquq tətbiqetmədəki əhəmiyyəti təhlil edilir. Azərbaycan Respublikasının dövri hesabatlarının Komitə tərəfindən qiymətləndirilməsi, mövcud problemlər və onların həlli üçün verilən tövsiyələr şərh edilir. Xüsusi olaraq Komitənin fərdi şikayət proseduru geniş formada araşdırılır və Azərbaycan Respublikası qanunvericiliyində ayrı-ayrı şəxslǝrin İnsan Hüquqları Komitəsinə müraciət qaydasının təkmilləşdirilməsi üzrə təkliflər verilir.
Müəllif :
Rəhimli Səftər
Nəşr tarixi : 2019
В книге проводится правовой анализ международных преступлений в отношении азербайджанской государственности и азербайджанского народа, совершенных армянами и продолжающихся сегодня со стороны Армении. При этом автор руководствуется важнейшими универсальными и региональными международно-правовыми нормами, решениями международных организаций, трудами ведущих ученых, проводящих исследования в различных областях, и международными судебными прецедентами. Книга переведена с азербайджанского языка на русский язык автором и руководителем Юридической клиники юридическогофакультета Бакинского государственного университета доктором философии по праву, доцентом Тургаем Гусейновым.
Müəllif :
Амир Алиев
Nəşr tarixi : 2018
Kitab Azərbaycan Texnologiya Universitetinin "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasının proqramı əsasında hazırlanmışdır.Yerli özünüidarəetmə sahəsində çalışanlar," Dövlət və bələdiyyə idarəetməsi " ixtisasında təhsil alanlar və bu ixtisası tədris edənlər üçün hazırlanmışdır.
Müəllif :
Səbuhi Yusifov, Vüqar İsmayılov, Azər Hüseyn
Nəşr tarixi : 2016