Kommentariya Mərkəzin İcraçı direktorunun 2024-cü il 16 yanvar tarixli F-04/24 nömrəli əmri ilə təsdiq edilmiş “Normativ hüquqi aktların elmi-praktiki kommentariyalarının hazırlanmasına dair Təlimat”a uyğun olaraq hazırlanmışdır.
Müəllif :
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
Nəşr tarixi : 2025
Kitab müasir Azərbaycan tarixində ən böyük qələbə, dövlət suverenliyinin bərpasını şərtləndirən 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrinin üç istiqamətdə təhlilinə həsr olunmuşdur. Nəşrdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ideyalarının - ordu quruculuğu, vətənpərvərlik ruhunun yüksəldilməsi, beynəlxalq müstəvidə Azərbaycanın ədalətli mövqeyinin təsdiqi, “bir millət, iki dövlət” münasibətlərinin yüksək səviyyəyə çatdırılması və s. məsələlərin reallaşdırılması araşdırılaraq təhlil olunmuşdur. İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, beynəlxalq cinayət hüququ prizmasından dəyərləndirilərək Azərbaycan ordusunun fəaliyyətinin hüquqauyğunluğu, beynəlxalq cinayət törətmiş təcavüzkarların cinayət məsuliyyətinə alınmasının zəruriliyi əsaslandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları və müsahibələrində söylədiyi fikirlər Attila, Yuli Sezar, Çingiz xan, Əmir Teymur, Səlahəddin Əyyubi, Vudro Vilson, Uinston Çörçill, Şarl de Qoll, Atatürk, Konstantin Jukov və digərlərinin fəaliyyətləri ilə siyasi paralellər aparılmaqla, Nürnberq prosesinin sənədləri, eyni zamanda Qurani-Kərimin ayələri və “Kitabi-Dədə Qorqud”da əksini tapanlarla müqayisəli şəkildə təqdim olunmuşdur. Kitab 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbənin diplomatik, hüquqi, siyasi və mənəvi aspektləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur
Müəllif :
Vəfaddin İbayev
Nəşr tarixi : 2025
Kitab “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun ilk şərhi olmaqla, bütün maddələri əhatə edir. Qanunun normaları BMT-nin Məhkumlarla rəftara münasibətdə Minimal Standart Qaydaları, Avropa Penitensiar Qaydaları və digər beynəlxalq hüquqi sənədlərdə ifadəsini tapan müddəalar, habelə BMT-nin İnsan Hüquqları Komitəsi, İşgəncə Əleyhinə Komitəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, İşgəncələrə Qarşı Avropa Komitəsinin təcrübəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla şərh edilmiş və onların beynəlxalq standartlara müvafiq tətbiqi üçün tövsiyələri nəzərdə tutur. Qanunun şərhi zamanı azadlıqdan məhrumetmə yerlərinin etik çərçivədə idarə olunması, həbsdə olanlarla qaydalara uyğun humanist və ədalətli davranılması, onların təhlükəsizliklərinin təmini, həbsdə olanlara qarşı işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara yol verilməməsi kimi prinsiplər rəhbər tutulmuşdur. Kitab penitensiar xidmət əməkdaşları, vəkillər, hüquqşünaslar, ali məktəblərin hüquq fakültələrinin tələbələri ilə yanaşı, həbsdə olan və ya azadlıqdan məhrum edilmiş şəxslər üçün də faydalıdır.
Müəllif :
Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2025
Kitabda cinayətkarlıqla mübarizə məsələləri iki aspektdən tədqiq və şərh edilir. Tədqiqatın birinci istiqaməti müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası, formalaşması və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin cinayətkarlıqla mübarizə ilə bağlı ideya və düşüncələrinə həsr olunub. Kitabda cinayətkarlıqla mübarizədə dövlət orqanları və Azərbaycan vətəndaşlarının rolu təqdim edilir, cinayətkarlıqla mübarizənin demokratik dövlət quruculuğunda yeri və əhəmiyyəti ilə bağlı Ulu Öndərin tövsiyələri araşdırılır, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cinayətkarlıqla mübarizə təcrübəsi konkret faktlar əsasında dəyərləndirilməklə, nəzəriyyə ilə təcrübənin vəhdəti nəticəsində bu sahədə qazanılan uğurlar diqqətə çatdırılır. Cinayətkarlıqla mübarizənin kitabda araşdırılan ikinci istiqaməti bu sahədə milli qanunvericiliyə, beynəlxalq hüquq və təcrübəyə əsaslanır. Burada dövrün xüsusiyyətləri nəzərə alınmaqla cinayətkarlıqla mübarizənin təşkili, bu sahədə beynəlxalq təcrübəyə əsaslanmaqla milli qanunvericiliyin təkmilləşdirilməsi, cinayətkarlıqla mübarizənin insan hüquqları ilə uzlaşdırılması, cəmiyyətin təhlükəsizliyinin və insan hüquq və azadlıqlarının təminində, ölkədə cəza siyasətinin humanistləşdirilməsində Heydər Əliyev ideyalarının əhəmiyyəti öz əksini tapıb. Kitab ali və orta-ixtisas məktəblərinin tələbələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, vəkillər, hüquqşünaslar üçün faydalı dərs vəsaiti kimi nəzərdə tutulmuşdur
Müəllif :
Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2024
Kitabda, hüquqşünaslığın tədqiqat metodları və bu metodların məcmusunu təşkil edən hüquq elminin metodologiyası və hüquq elminin inkişafı tarixi təqdim olunmuşdur. Məlumdur ki, metod və metodologiya problemləri elmi tədqiqatların bazisini təşkil edir. Çünki, metod tədqiq edilən predmetin qanunauyğunluq və səbəbiyyət əlaqələrini, obyektin daxili təbiətinə xas, uyğun öyrənilməsi prosesini ehtiva edir. Məhz, metodların məcmusu və sistemi metodologiyanı formalaşdırır. Magistrantlar, təqdim olunan mövzulara səhih yanaşmalı, hüquq elminin inkişaf tarixini yaxşı mənimsəməli, metodlar sisteminin elmi aparatını dərindən öyrənməli, elmi idrak və intuitiv düşüncə qabiliyyəti vərdişinə yiyələnməli, öz hüquqyaradıcılıqlarını təkmilləşdirməli və tədqiqat prosesində mötəbər elmi biliklərə və yüksək nəticələrə nail olmağa çalışmalıdırlar. Zənnimizcə, vəsait nəinki magistrantlar, həmçinin bütün hüquqşünasların peşəkar fəaliyyətləri üçün nəzəri və praktiki baxımdan faydalı olacaqdır.
Müəllif :
Rahib Əkbərov
Nəşr tarixi : 2023
İ.H. Kərimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: "Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İkram Heydər oğlu Kərimov "Şöhrət" ordeni ilə təltif edilsin".
Müəllif :
Vəfaddin İbayev
Nəşr tarixi : 2025
Kitab Azәrbaycan Respublikasının azadlığı, suverenliyi vә әrazi bütövlüyü uğrunda hәlak olan şәhidlәrә hәsr olunmuş, Ermәnistan– Azәrbaycan, Dağlıq Qarabağ münaqişәsi şәhidliyә aparan yol kimi sәciyyәlәndirilmiş, şәhidliyin müqәddәslik zirvәsi müxtәlif müdriklәrin fikirlәri, “Qurani-Kәrim”in ayәlәri, “Kitabi-Dәdә Qorqud” vә digәr әsәrlәrin nümunәsindә nәzәrә çatdırılmışdır. Ulu öndәr Heydәr Əliyevin vә Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyevin münaqişәni şәhidlәrsiz, sülh yolu ilә nizama salmaq sahәsindәki fәaliyyәti real misallar, konkret istinadlarla әsaslandırılmışdır. “Şәhid adının әbәdilәşdirilmәsi vә şәhid ailәlәrinә edilәn güzәştlәr haqqında” Azәrbaycan Respublikasının Qanununa kommentariya kitabı hüquqi cәhәtdәn zәnginlәşdirmiş, ondan faydalana bilәcәk şәxslәrin dairәsini genişlәndirmişdir. Kitab Azәrbaycan Respublikasının azadlığı, suverenliyi, әrazi bütövlüyü uğrunda hәlak olanların xatirәsini әziz tutan geniş oxucu kütlәsi, hüquqşünaslar, xüsusәn şәhid ailәsi üzvlәri üçün faydalı hesab olunur.
Müəllif :
Vәfaddin İbayev, Mirhüseyn Nәbiyev
Nəşr tarixi : 2025
Dərslikdə informasiya hüququnun nəzəri və təcrübi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar, o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin milli qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.
Müəllif :
Əmir Əliyev, Gülnaz Rzayeva, Aytəkin İbrahimova, Bəhruz Məhərrəmov, Şahin Məmmədrzalı
Nəşr tarixi : 2019
Dərslikdə insan hüquqlarının nəzəri və təcrübi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar, o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin milli qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.
Müəllif :
Əmir Əliyev
Nəşr tarixi : 2019
Kitabda müstəqil Azərbaycanda Qarabağın azadlığı, Zəfərə gedən Yolun hədəfləri, Qarabağın 30 illik işğal dövrü, Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qarabağla bağlı diplomatik-siyasi strategiyası və müasir Azərbaycanda elm siyasəti və bir sıra sosiohüquqi məsələlərə nəzər yetirilir. Kitabda müəllifin son illər ərzində beynəlxalq və respublika konfranslarında etdiyi məruzələr, həmçinin ölkədə KİV və elmi jurnallarda nəşr edilmiş məqalələri də təkmilləşdirilərək işıqlandırılmışdır. Kitab elmi-yaradcılıq fəaliyyəti ilə məşğul olan, geniş ictimayyət və oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Habil Qurbanov
Nəşr tarixi : 2022