Tarix boyu lider amili hәr bir dövlәtin, xalqın inkişafında müstәsna rol oynayaraq inkişaf potensialını hәrәkәtә gәtirmiş, bunun sәmәrәli realizә edilmәsinә zәruri әsaslar yaratmışdır. Milli inkişaf yolunun banisinә çevrilәn belә xarizmatik liderlәr hәm dә müsbәt planda siyasi varislik әnәnәlәri formalaşdıraraq müdrikliklә irәli sürdüklәri mütәrәqqi ideyaların davamlılığını tәmin etmişlәr.
Müəllif :
İsaxan Vəliyev - Azәrbaycan Respublikasının Prezidenti yanında Dövlәt İdarәçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor.
Nəşr tarixi : 2022
В данной статье рассматриваются актуальные международно-правовые вопросы, касающиеся значения и необходимости заключения данной Декларации. Обосновывается необходимость не только признания Сторонами территориальной целостности друг друга, укрепления и развития многостороннего сотрудничества и партнёрства, но и скорейшего превращения Южного Кавказа в зону подлинного мира и добрососедства.
Müəllif :
О.Ф. Эфендиев - профессор международного права
Nəşr tarixi : 2022
Məqalədə Azərbaycan Respublikasının neft siyasətinin tənzimlənməsi Azərbaycan Respublikasının müqavilə və qanunvericilik təcrübəsi, eləcə də hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi əsasında təhlil edilir. Qeyd edilir ki, Azərbaycan Respublikasında neftin kəşfiyyatı və istismarı ilə bağlı dövlət tənzimetməsi kifayət qədər təkmil deyildir. Müəllif belə nəticəyə gəlir ki, bir tərəfdən, qanunvericilik aktları arasında müəyyən ziddiyyətlərin olması, digər tərəfdən, praktikada neftin kəşfiyyatı və istismarı ilə bağlı lisenziyalı fəaliyyət subyektlərinə dair tələblərin yerinə yetirilməməsi bu sahədə daha effektiv qanunvericilik aktlarının qəbul edilməsini şərtləndirir.
Müəllif :
Anar Pənahov - Bakı Dövləti Universiteti “Beynəlxalq ümumi hüquq” kafedrasının dissertantı
Nəşr tarixi : 2021
Məqalədə Avropa İttifaqında vətəndaşlıq problemlərinin hüquqi tənzimlənməsi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Sonda belə bir mühüm nəticəyə gəlinir ki, hüquqi anlayış kimi Avropa İttifaqı vətəndaşlığı milli vətəndaşlıqla müqayisədə üzv-dövlətlərin vətəndaşlarını bəzi əlavə hüquqlarla təmin edir, bu isə həmin şəxslərin hüquqi təminatlarının daha da genişlənilməsinə və təminatına imkan yaradır.
Müəllif :
Əsmər Pənahova - BDU Hüquq fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı.
Nəşr tarixi : 2021
Rəqəmsal dövrün tələbindən irəli gələrək, müxtəlif dövlətlərdə istifadə olunan yeni informasiya-hüquq pozuntularının milli hüquq sistemlərində tətbiq olunan normalar müstəvisində şərh olunması mümkün olmur. Çünki müqayisə zamanı mövcud normaların müəyyən etdiyi elementlər arasında uyğunsuzluq yaranır. Habelə, robotların elektron şəxsiyyət kimi tanınması reallığı fiziki şəxslərin hüquqi məsuliyyəti ilə bağlı tənzimləmələri dövrün aktuallığına çevirmişdir. Məqalədə qeyd olunan istiqamətlərdə tədqiqat aparılmış, hüquqi və praktiki təklif və tövsiyələr irəli sürülmüşdür.
Müəllif :
Əlizadə Hüseyn - Bakı Dövlət Universiteti Hüquq Fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı.
Nəşr tarixi : 2021
26 may 1918-ci ildə Zaqafqaziya Seymi dağılandan sonra Azərbaycan Müvəqqəti Milli Şurası yaradıldı. 28 May 1918-ci ildə yeni yaradılan Milli Şuranın iclasında Azərbaycanın Müstəqillik Aktı qəbul edildi, Müvəqqəti Milli Şuranın və ona cavabdeh Müvəqqəti Hökümətin hüquqları və səlahiyyətləri müəyyən edildi. Elə həmin ilin 19 noyabrında Azərbaycan parlamentinin yaradılması haqqında qanun qəbul edildi. Qanunvericilik orqanı olan Azərbaycan parlamentinin ilk iclası keçirildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğunun hüquqi bazası formalaşdı.
Müəllif :
Bayramov Orxan - AMEA-nın Hüquq və İnsan haqları İnstitutunun böyük elmi işçisi.
Nəşr tarixi : 2021
В статье приведен анализ исторического развития международного права по защите и поощрению иностранных инвестиций, а также изменений подходов к формированию международно-правовых норм, которые регулируют иностранные капиталовложения и международные инвестиционные отношения, в историческом аспекте. Производится рассуждение на тему взаимосвязи с международным правом и его историей. Рассмотрены различные аспекты регулирования инвестиционных отношений в различные исторические периоды. Особое внимание в контексте современного периода было обращено на деятельность Транснациональных корпораций, которые стали важнейшими хозяйствующими субъектами на мировой арене и обладают достаточно крупной силой влияния.
Müəllif :
Чыраглы М.А
Nəşr tarixi : 2021
Cinayətin subyekti və subyektiv əlamətləri mahiyyət etibarilə cinayətin subyektiv əlamətlərinin məcmusunu təşkil edir. Ona görə də bu məqalə insan alveri cinayət tərkibinin subyekti və subyektiv cəhətindən bəhs edir. AR CM-nin 144-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər. CM-nin 144-1-ci maddəsi – insan alveri cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur. Təqsirli şəxs insana münasibətdə həyata keçirilən əməllərin ictimai-təhlükəli xarakterini tərk edir və bu hərəkətləri törətməyi arzu edir. AR CM-nin 144- 1.1 və 144-1.2-ci maddələrində nəzərdə tutulmuş – insana münasibətdə cəlb etmə, gizlədilmə, daşınma, verilmə və s. bu kimi hərəkətlərə münasibətdə təqsirli şəxsin psixi münasibəti birbaşa qəsd, zərərçəkən şəxsin ölümünə, sağlamlığına ağır zərər vurulmasına və ya digər ağır nəticələr münasibətdə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur.
Müəllif :
Sevinc Hüseynova - Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2021
Патентное право является важным институтом современного права. Патентное право Азербайджанской Республики один из молодых правовых институтов по сравнению с аналогичными институтами европейских стран. Тем не менее, в нашей стране за короткое время сформированы его основные принципы. Развитие инновационной деятельности возможно только на основе эффективной нормативно-правовой базы по охране интеллектуальной собственности. Пути совершенствования патентного законодательства, несмотря на территориальное действие патента, следует также искать в направлении интенсивного сближения с законодательством индустриально развитых стран, а также соответствия положениям международных соглашений. В ряде правил нашего законодательства нашли отражения факты участия Азербайджанской Республики в международных соглашениях в этой области.
Müəllif :
Нигяр Мамедова - докторант кафедры Международного частного права и Европейского права БГУ
Nəşr tarixi : 2021
Müxtəlif xarakterli mübahisələrin tənzimlənməsi, insanlar, dövlət, qeyri-dövlət orqanları arasında münaqişələrin mahiyyəti üzrə həll edilməsi, ən optimal qanuni həlli yolunun müəyyənləşdirilməsi məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrin səlahiyyət dairəsinə daxildir. Digər məhkəmələr kimi inzibati məhkəmələr də insan hüquq və azadlıqlarının müdafiəsində misilsiz rola malikdir. İnzibati məhkəmə icraatı malik olduğu hüquqi təminat və hüquq bərpaedici potensial vasitəsilə hüquqi kolliziyaların həll edilməsinə kömək edə bilir.
Müəllif :
Məmmədova Könül - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, AMEA Hüquq və İnsan Haqları İnstitutunun dissertantı.
Nəşr tarixi : 2021