XX əsrin 90-cı illərinin əvvəlləri, habelə bunun ardı olaraq 90-cı illərin sonu və XXI əsrin başlanğıcında baş verən hadisələrə nəzəri diqqət yetirdik. Göründüyü kimi, SSRİ-nin dağıldığı bir zamanda 70 illik əsarətdən sonra Azərbaycanın yenidən öz müstəqilliyini qazanması, Azərbaycan Xalq Cümhuriyyətinin bilavasitə varisi kimi azadlıq yolunda irəliləməsi böyük və olduqca vacib məsələ kimi qiymətləndirilməlidir. Hələ çox gənc olmasına baxmayaraq, azadlığını bəyan etdiyi andan etibarən hüquqi, demokratik dövlət quruculuğu yolunda mühüm nailiyyətlər qazanmış, istər daxili işlərdə, istərsə də xarici beynəlxalq münasibətlərdə uğurlara imza atmış, əsas məqsədlərindən biri kimi də insan və vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün əlindən gələni etmiş, edir və edəcəkdir də.
Uğurlar hər bir sahəni əhatə etməkdədir. İstər təhsil, istər mədəniyyət, istər musiqi, istər idman və s. Elə yeri gəlmişkən qeyd edim ki, bütün dünya çərçivəsində ilk Avropa Olimpiya Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi həqiqətən də təqdirəlayiq bir haldır. Tək bununla məhdudlaşmır, Azərbaycan istər əvvəlki illərdə, istərsə də bundan sonrakı illərdə daim ən mötəbər beynəlxalq səviyyəli yarışların, müsabiqələrin, həm iştirakçısı, həm də ev sahibi kimi çıxış etmişdir və edəcəkdir.
Müəllif :
Oğuzhan Uzar - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2021
Автор данной рецензии считает себя учеником советской школы международного права – в свое время окончил аспирантуру Свердловского юридического института (ныне УрГЮА), там же защитил кандидатскую диссертацию по международному праву. Учился у известных юристов-международников, например, Остапенко Д.Д., Игнатенко Г.В. и др. Докторскую защитил в Баку, преподавал в РУДН, длительное время в Московском финансовом институте на кафедре проф., д.ю.н. Лисовского В.И. После возвращения в Баку ежегодно посещал Москву, участвуя в международных конференциях. В 1970-71 г.г. работал в секторе «Международного морского права» под руководством Кейлина А.Д., Лазарева М.И., был активистом Советской ассоциации международного права, возглавляемой Тункином Г.И. Имел счастливую возможность сотрудничать со всеми ведущими юристами-международниками страны того времени.
Müəllif :
Октай Эфендиев - доктор юридических наук,профессор
Nəşr tarixi : 2024
Müasir cəmiyyətdə ictimai münasibətlər sistemi insan hüquqlarının müdafiəsində daha çevik və müasir mexanizmlərin yaradılmasını zəruri edir. Belə bir şəraitdə ölkəmizin hüquq sistemində şəxsiyyətin hüquq və qanuni mənafelərinin müdafiəsinin ənənəvi vasitələri ilə yanaşı, yeni modellərin müəyyən edilməsi və hüququ pozulmuş şəxslərin şəffaf münasibətlər şəraitində alternativ müdafiə vasitələrini seçmək imkanlarının olması vacib məsələlərdən birinə çevrilir.
Müəllif :
Səttar Zamanov - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2021
Prinsiplər hüquqa uyğun olmaqla onun məzmununu açır. Prinsiplər həm hüququn, həm də müvafiq sahənin xarakterik xüsusiyyətlərini cəmləşdirir. Hüququn prinsipləri konkret hüquqi göstərişlərdə aydın şəkildə ifadə olunur.
Beləliklə, mülki prosessual hüququn prinsipləri həmin hüquq sahəsinin spesifikliyini və məzmununu əks etdirən əsas müddəalardır. Mülki prosessual hüququn prinsipləri qanun, həqiqət və ədalət ideyalarına uyğun olaraq mülki işlərdə məhkəmə baxışının necə olacağını müəyyənləşdirir. Onlar bu hüquq sahəsinin spesifik və ən vacib keyfiyyət xüsusiyyətlərini əks etdirməklə mülki prosessual hüququn predmetinin və tənzimləmə metodunun cəmlənmiş ifadəsidir.
Müəllif :
İsmayil Qəribli - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2021
Mәqalәdә mәdәni irs obyektlәrinin qanunsuz dövriyyәsinә qarşı mәdәniyyәtlәrarası әmәkdaşlığın hüquqi tәnzimlәnmәsindәn bәhs olunur. Bu istiqamәtdә әmәkdaşlığın hәyata keçirilmәsinin hüquqi әsasları araşdırılır. Burada qeyri-dövlәt sektoruna aid olan peşәkar beynәlxalq tәşkilatların tövsiyә xarakterli aktlarının әhәmiyyәti analiz edilir. Xüsusilә, Beynәlxalq Muzeylәr Şurası çәrçivәsindә qәbul olunan tövsiyә xarakterli aktlar tәhlil edilir. Bütövlükdә tövsiyә xarakterli aktlarla beynәlxalq müqavilә vә milli qanunvericilik normalarının müqayisәli tәhlili aparılır. Qeyd olunur ki, tövsiyә xarakterli aktlar mәdәni irs obyektlәrinin qanunsuz dövriyyәsinin qarşısının alınmasında әhәmiyyәtli rol oynamaqla beynәlxalq müqavilә vә milli qanunvericilik normalarını tamamlayır.
Müəllif :
Sima A. Süleymanlı - hüquq üzrә fәlsәfә doktoru, BDU-nun doktorantı.
Nəşr tarixi : 2024
Mәqalәdә qeyd olunur ki, gender bәrabәrliyi insan hüquqlarının qorunması, qanunun aliliyinә hörmәt, dünyada qadınların iqtisadi inkişafı vә rәqabәt qabiliyyәtliliyinin artırılması istiqamәtindә әn әsas prioritetdir. Gender cәmiyyәtin sosial tәbәqәlәşmәsiı üsullarından biridir. Bu üsullar irq, milliyyәt, sinif, yaş kimi sosial demoqrafik faktorlara uyğun olaraq sosial iyerarxiya sistemini tәşkil edir. Qeyd olunur ki, insan potensialının inkişafı davamlı inkişaf prosesinin ayrılmaz tәrkib hissәsidir. Bu sәbәbdәn hәr hansı bir cәmiyyәtdә insan inkişafının iqtisadi, sosial, ekoloji, mәdәni, hüquqi, texnoloji, mәnәvi-psixoloji, sağlamlıq, tәhsil, intelektual, gender vә s. durumu davamlı inkişafın әsas göstәricilәri hesab olunur. Mәqalәdә qeyd olunur ki cәmiyyәtdә mövcud olan başqa inkişaf konsepsiyalarından fәrqli olaraq davamlı inkişaf hәr bir insanın әsas zәruri tәlәbatlarının ödәnilmәsini tәlәb edir vә hamıya yaxşı hәyat şәraiti qurmaq tәlәbatını tәmin etmәk imkanı yaradır.
Müəllif :
Qiblәliyeva Aytac - BDU-nun İnsan hüquqları vә informasiya hüququ UNESCO kafedrasının doktorantı.
Nəşr tarixi : 2024
Mәqalәdә miqrasiya sahәsindә beynәlxalq hüququn prinsip vә normalarının formalaşmasından bәhs olunur. Eyni zamanda, mәqalәdә formalaşmış normativ baza әsasında miqrasiya proseslәrinin hüquqi tәnzimlәnmәsi mәsәlәlәri tәhlil edilir. Bu tәhlil istiqamәtindә miqrasiya sahәsindә hüquqi tәnzimetmәnin tarixi inkişaf xüsusiyyәtlәri araşdırılır. Bu kontekstdә beynәlxalq müqavilә әsaslı hüquqi tәnzimetmәnin xüsusiyyәtlәri müәyyәn edilir. Hәmçinin bu sahәdә hüquqi әhәmiyyәt kәsb edәn beynәlxalq sәnәdlәr tәhlil edilir.
Müəllif :
Natәvan Zeynalova-Sulatnova - Bakı Dövlәt Universitetinin doktorantı.
Nəşr tarixi : 2024
Bu mәqalәdә beynәlxalq humanitar hüquqda silahlı münaqişәlәrin növlәri araşdırılmışdır. Müәllif göstәrir ki, beynәlxalq humanitar hüquqda silahlı münaqişәlәrin, bir qayda olaraq iki qrupa bölümәsi (beynәlxalq silahlı münaqişәlәr; qeyri-beynәlxalq silahlı münaqişәlәr) hәrbi faktorlardan daha çox tarixi-siyasi faktorlarla bağlı olmuşdur. Mәqalәdә silahlı münaqişәlәrin tәsnifatının dәqiq aparılması vә silahlı münaqişә növlәrindәn hәr birinin xarakterinin, fәrqlәndirici cәhәtlәrinin aşkara çıxarılmasının yalnız doktrinal deyil, hәm dә praktiki aspektdә müstәsna әhәmiyyәtә malik olması әsaslandırılır. Hәmçinin müәllif qeyri-beynәlxalq xarakterli silahlı münaqişәlәr zamanı meydana çıxan çәtinliklәrә diqqәt çәkir.
Müəllif :
Mәmmәdov Nәsir - hüquq üzrә fәlsәfә doktoru, BDU-nun doktorantı.
Nəşr tarixi : 2024
Mәqalәdә universal nәzarәt mexanizmi kimi Ümumdünya Sәhiyyә Tәşkilatının sәhiyyә sahәsindәki beynәlxalq hüquq normalarının milli hüquqi implementasiyasında digәr universal tәşkilatlarla qarşılıqlı fәaliyyәtindәn bәhs edilir. Burada sәhiyyәnin müxtәlif sahәlәrindә qarşılıqlı fәaliyyәtin xüsusiyyәtlәri tәhlil edilir. Xüsusi ilә BMT sisteminә daxil olan tәşkilatlarla әlaqә tәhlil edilir. Eyni zamanda mәqalәdә BMT sisteminә daxil olmayan, o cümlәdәn beynәlxalq qeyri-hökumәt tәşkilatları ilә qarşılıqlı fәaliyyәt araşdırılır. Qeyd edilir ki, Ümumdünya Sәhiyyә Tәşkilatı müxtәlif beynәlxalq qurumlarla birgә әmәkdaşlıq etmәklә xәstәliklәrә qarşı mübarizәdә daha sәmәrәli nәticәlәrә nail olur.
Müəllif :
Hüseynova Fatimә - Bakı Dövlәt Universiteti Hüquq fakültәsi “Beynәlxalq xüsusi hüquq vә Avropa hüququ kafedrası”nın dosenti, hüquq üzrә fәlsәfә doktoru.
Nəşr tarixi : 2024
SSRİ-nin dağılması ilə Xəzərsahili müstəqil dövlətlərin sayı ikidən beşə yüksəlmişdir. Bu isə Xəzərin hüquqi statusu və dənizdə silahlanma kimi bir problemi də özü ilə gətirmişdir. Müxtəlif maraq və siyasət istiqamətləri olan bu dövlətlərin hər biri öz siyasətinə uyğun şəkildə status məsələsini həll etməyə çalışmışdır. Nəticədə 20 ilin üzərində həllini gözləyən bir problem ortaya çıxmışdır. Uzun müzakirələrdən sonra sahilyanı dövlətlərin razılığı ilə Aktauda yeni Konvensiya qəbul olundu və Xəzər dənizi öz statusunu qazanmış oldu. Məqalənin yazılma səbəbi Xəzər dənizinin hüququ statusunun bir problem şəkilində ortaya çıxma səbəbləri, dövlətlərin buradakı fərqli maraqları, məsələnin həlli və nəticələri, sahilyanı dövlətlər arasında müstəqillik qazanmalaqla başlayan silahlanma yarışı və onun mahiyyətini izah etmək və nəticələrini araşdırmaqdan ibarətdir.
Müəllif :
Gülçin Ağayeva - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2020