Məqalədə yaxşı idarəetmə hüququnun implementasiyasının hüquqi metodları ilə bağlı məsələlər tədqiq olunmuşdur. Yaxşı idarəetmə hüququnun normativ nizama salınmasının analizinə xüsusi hüquqi yanaşmanın nəticəsi onun digər insan hüquq və azadlıqlarından ayrıca şəkildə tədqiqinə gətirib çıxarır. Fundamental hüquq və azadlıqların sistemində yaxşı idarəetmə hüququnun yeri və rolu elmi ədəbiyyatlarda lazımi şəkildə araşdırılmamışdır. Yalnız bu hüququn tərkib elementləri olan müraciət etmək hüququ, əda lətli məhkəmə araşdırması, informasiya azadlığı kimi hü quqlara müəyyən qədər diqqət ayrılmışdır, halbuki yaxşı idarəetmə hüququ kompleks xarakterə malikdir və bu hüququn məzmununun ətraflı şəkildə araşdırılması və bitkin bir fikir irəli sürülməsi üçün digər insan hüquqları ilə əlaqəli şəkildə tədqiqi zəruri bir şərtdir. Avropa İttifaqı (Aİ) Məhkəməsinin presedent təcrübəsi göstərir ki, Avropa məhkəmə instansiyaları yaxşı idarəetmə hüququna insan hüquq və azadlıqlarının zəruri müdafiə mexanizmi kimi baxır, hansı ki, başqa hüquqlarla qırılmaz əlaqədə reallaşır.
Müəllif :
Ləman Abbasl - Bakı Dövlət Universiteti.
Nəşr tarixi : 2023
Məqalədə regional hökumətlərarası təşkilatlar və beynəlxalq qeyri-hökuməttəşkilatlarının əməkdaşlığının hüquqi tənzimlənməsi məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq hüquq normaları və beynəlxalq praktika əsasında geniş təhlil edilir. Belə bir nəticəyə gəlinir ki, regional hökumətlərarası təşkilatların beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının hüquqi tənzimlənməsinin əhəmiyyəti ondan ibarətdir ki, bir tərəfdən, ayrı-ayrı regional beynəlxalq təşkilatların müvafiq səlahiyyətlərinin realizəsində vətəndaş cəmiyyətinin iştirakının təmin olunmasına təkan verilir. Digər tərəfdən, beynəlxalq qeyri-hökumət təşkilatlarının regional hökumətlərarası qurumlarla əməkdaşlığı müvafiq regional səciyyəvi xüsusiyyətlər nəzərə alınmaqla, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini bəxş edir. Bu həm də mövcud nöqsan və çatışmazlıqların aşkar olunması və aradan qaldırılmasına əsaslı təsir göstərir.
Müəllif :
Elnarə Mirzəyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru.
Nəşr tarixi : 2023
Hüquq nәzәriyyәsindә iştirakçılıq dedikdә göz önünә, ilk olaraq, cinayәtdә iştirakçılıq gәlir. Cinayәtdә iştirakçılıq mövzusu cinayәt hüququnun ümumi hissәsinin predmetinә daxildir vә hüquq nәzәriyyәsindә 200 ildәn yuxarı tәdqiqat tarixinә malikdir. Cinayәtdә iştirakçılıq ictimai tәhlükәli әmәlin törәdilmәsi mәqsәdilә iki vә daha çox şәxsin birgә fәaliyyәtini nәzәrdә tutursa, prosessual iştirakçılıq maddi hüququn predmetinә daxil olmayıb, bir qrup şәxsin real hüquqazidd әmәl vә ya güman etdiklәri hüquqazidd әmәlin nәticәlәrinin aradan qaldırılması vә hüquqlarının müdafiәsi ilә bağlı birgә prosessual fәaliyyәtini әks etdirir.
Müəllif :
Abıyeva Nәrmin - Bakı Dövlәt Universiteti Hüquq fakültәsinin dissertantı.
Nəşr tarixi : 2022
Mәqalәdә beynәlxalq hüquqi aktlarda, o cümlәdәn beynәlxalq mәhkәmәlәrin tәcrübәsindә aliment öhdәliklәrini tәnzimlәnmәsi vә hәll olunması mәsәlәlәri nәzәrdәn keçirilir. Azәrbaycan Respublikası ilә әksәr Avropa dövlәtlәri arasında mәhkәmә qәrarlarının tanınması vә icrasına dair beynәlxalq müqavilәlәrin olmamasının hәmin dövlәtlәrin әrazisindә milli mәhkәmәlәrimizin alimentin tutulmasına dair qәrarlarının icrasını mümkünsüz etdiyi müәyyәn edilir vә bu sahәdә bәzi konvensiyaların respublikamız tәrәfindәn ratifikasiya olunmasının mәqsәdәuyğun olduğu qeyd olunur.
Müəllif :
Quluzadә-Soltanova Sәmra - Bakı Dövlәt Universiteti “Mülki hüquq” kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Институт «семьи» занимает очень важное место в жизни общества, государства и человека. Не случайно, что институт «семьи», играющий столь важную роль в обществе закреплен как самостоятельная норма в Конституции Азербайджанской Республики. В то же время институт «брака» является правовой основой создания семьи, и соответственно закреплен в Семейном Кодексе. В статье рассмотрены вопросы, касающиеся семьи и брака, их конституционно-правового статуса, анализируются существующие взгляды по данному вопросу. Представлен проект новой редакции Конституции Азербайджанской Республики, где взаимоотношения семьи, ребенка и государства выступают в более совершенной форме.
Müəllif :
Гасанзаде Саида - ведущий научный сотрудник Института права и прав человека НАНА, доктор юридических наук, доцент.
Исгандаров Турал - студент V курса Юридического факультета Национального авиационного университета Украины.
Nəşr tarixi : 2022
Mәqalәnin әvvәlindә hüququn әsas mәnbәyi kimi ayrı-ayrı hüquq ailәlәrinin vә sistemlәrinin xüsusiyyәtlәri nәzәrә alınmaqla, müxtәlif prinsip vә meyarlara görә tәsnif edilә bilәcәyi irәli sürülür. Xüsusilә, müәllif müasir Azәrbaycan Respublikasının qanunları ilә bağlı fәrqli terminoloji mәna yükü daşıyan ayrı-ayrı anlayışları ayırmağı tәklif edir. Bununla yanaşı, real qanun yaradıcılığı çәrçivәsindә müasir dövlәtlәrin qanunlarını aşağıdakı әsas növlәrә görә ayırmaq olar: 1) qәbuletmә üsuluna görә; 2) idarәetmә formasına görә; 3) sәnaye mәnsubiyyәtinә görә; 4) hüquqi qüvvәyә görә.
Müəllif :
Qurbanov Habil - AMEA Azad Hәmkarlar İttifaqının sәdri, hüquq üzrә elmlәr doktoru, professor.
Nəşr tarixi : 2022