Mənəvi zərər anlayışı Azərbaycan Respublikasının qanunvericiliyində yeni bir anlayışdır. Yeni anlayış olsa da, artıq bu insitut hər kəsə məlumdur. Bütün bunları məhkəmə təcrübələri də təsdiq edir. Mənəvi ziyanın ödənilməsi demokratik cəmiyyətin tələbidir. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, mənəvi zərər mövzusu həm nəzəri, həm də praktiki əhəmiyyətə malikdir. Mövzunun aktuallığı ondan ibarətdir ki, praktikadan əlavə olaraq nəzəriyyədə də bu sahədə problemlər var.
Müəllif :
Şükür Yusifov - hüquq üzrə fəlsəfə doktoru, dosent, Ramazan Əsgərxanov - AR Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbəsi
Nəşr tarixi : 2023
İnsan hüquqları, şəxsin sırf insan deyilən ləyaqətli, şüurlu və sərbəst iradəli varlıq olduğuna görə, hər yerdə və hər kəsə qarşı yönəldilə bilən, şəxsin-qorunan qalası olan və onu digər şəxslərə, cəmiyyətə və dövlətə qarşı qoruyan, bununla belə, həm dövlətə öhdəlik qoyan, həm də hüquq sahibinə də bəzi öhdəliklər yükləyən hüquqlardır.
Müəllif :
Aygül Cahangirova - BDU-nun “İnsan hüquqları və YUNESCO” kafedrasının doktorantı
Nəşr tarixi : 2023
Hüquqyaratma və hüquqyaradıcılığı anlayışı fərqli anlayışlardır. Hüquqyaradıcılığı daha geniş anlayışdır və hüquqyaratma hüquqyaradıcılığının hissəsi kimi çıxış edir. Hüquq yaradıcılığı yalnız dövlət tərəfindən normativ aktların qəbulu yolu ilə formalaşdırılmır. Onun formalaşdırılmasında digər - sanksiyalaşdırılmış adətlər, dini ehkamlar, kanonlar, elmi doktrinalar, müqavilələr kimi vasitələr məlumdur ki, onların da hamısı hüququn bütün inkişafı boyu onu bu və ya digər dərəcədə zəngilləşdirməkdə davam edirlər. Hüquyaradıcılığının əsas elementi hüquqyaratma olaraq qalır ki, onun da əhəmiyyəti ictimai münasibətlər inkişaf etdikcə ölkə daxilində və xaricində hüquqi tənzimləmə sferaları genişləndikcə artır.
Müəllif :
Sona Əliyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının magistrantı
Nəşr tarixi : 2022
Hakimiyyətlərin bölünməsi prinsipi ilk dəfə İngilis İnqilabı zamanı burjuaziyanın feodal absolutizminin artan səviyyəsi ilə mübarizə nəticəsində ortaya çıxmışdı. Burjuaziyanın ideoloqları monarxiyanı məhdudlaşdırmağa və dövlət hakimiyyətini xüsusi qollara bölməyə çalışırdılar. Məsələn, Lilbernə görə, hakimiyyətin qəsb edilməsinin qarşısını almaq və insanların azadlığını qorumaq üçün kütləvi güc bir əldə cəmlənməməlidir.
Müəllif :
Mustafakamal Hüseynov - Bakı Dövlət Universiteti Hüquq fakültəsi Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının magistrantı
Nəşr tarixi : 2022
Трудовое законодательство не дает определение понятию трудового спора, отдельно дается определение индивидуального и коллективного трудового спора [9]. Так, в соответствии с пунктом 15 статьи 3 Трудового Кодекса Азербайджанской Республики коллективный трудовой спор — это разногласия, возникающие из коллективных требований. В соответствии с пунктом 16 этой же статьи индивидуальный трудовой спор — «это разногласие, возникающее в индивидуальном порядке между работодателем и работником при выполнении условий трудового договора, коллективного договора, соглашения, обязательств сторон, а также при применении настоящего Кодекса и других нормативно-правовых актов». Имеет место тавтология, поскольку в статье 287 Трудового Кодекса АР также дается определение индивидуальных трудовых споров, в соответствии с которым «индивидуальный правовой споро- это расхождение во мнениях, возникающее между работодателем и работником во время применения условий трудового договора, коллективного договора, а также трудового законодательства и других нормативно-правовых актов, и решаемое на основе равноправия сторон и верховенства закона в порядке, способами и на условиях, определенных настоящим Кодексом»
Müəllif :
Фидан Аллахярова - Бакинский Государственный Университет. Соискатель степени доктор философии по юриспруденции.
Nəşr tarixi : 2022
Azərbaycan Respublikasında elektron hökümətin inkişafı istiqamətlərindən danışarkən mütləq şəkildə e-hökümətin formalaşdırılması sahəsində ilk normativ akt kimi “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlət Kabinetinin 14 may 2010-cu il tarixli, 136s saylı sərəncamını hesab etmək olar [1]. Sərəncama əsasən Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə fəaliyyət planı təsdiqlənmiş və faəliyyət planı üzrə əlaqələndirici orqan kimi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi müəyyən edilmişdir. Sərəncamda e-hökümətə belə anlayış verilmişdir: Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, əhali, biznes qurumları ilə, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi başa düşülür.
Müəllif :
Ümman Ağamalıyev - AMEA-nin Hüquq və insan haqları institutunun dissertantı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Milli Aviasiya Akademiyasının müəllimi
Nəşr tarixi : 2022