Ədalətlilik ən qədim tarixə malik olmuş, öncə ideya kimi, sonradan isə prinsip kimi formalaşaraq mövcud olmuşdur. Ədalətlilik haqqında ideyalar hələ ibtidai icma cəmiyyəti üfüqlərində doğmuş, bəşəriyyətin ilk sosial tənzim vasitəsi olan talion qaydaları ədalətliliyin tənləşdirici tələblərinə söykənmişdir. Ədalətliliyin elmi idrakının sonrakı mərhələsində təkcə tənləşdirici deyil, həm də fərqləndirici ölçüyə malik tələblərlə bağlı olduğu aydınlaşmışdır. Hüquq fəlsəfəsində ədalətə, hər şeydən öncə, cəmiyyətdə mövcud olan sosial xarakterli ölçü vahidi kimi baxılır. Bir ölçü vahidi kimi nəzərdən keçirildikdə ədalət həm kəmiyyət, həm də keyfiyyət müəyyən edən kateqoriya kimi çıxış edə bilər.
Müəllif :
Firuzə Abbasova Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının müdiri, h.ü.e.d., professor
Nəşr tarixi : 2021
Müasir beynəlxalq hüquqda yüksək vəzifəli şəxslərin, dövlət başçılarının və s. vəzifəli şəxslərin barəsində xarici məhkəmələrin yurisdiksiyasına qarşı konkret immunitetləri təsbit edilir. Beynəlxalq hüququn bu norması, beynəlxalq hüquq sisteminin mövcudluğu və dövlətin bu sistemin əsas subyekti kimi tanınması ilə praktiki olaraq eyni zamanda formalaşmışdır. XX əsrə qədər dövlətin suverenliyi mütləq və tamamilə sarsılmaz hesab edilirdi, müvafiq olaraq, dövlətin yüksək vəzifəli şəxslərinin immunitetləri də mütləq hesab edilirdi.
Müəllif :
Mehriban Eyyubova - h.ü.f.d., Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti.
Nəşr tarixi : 2021
Anyone who hears the term ‘legal language’ thinks instantly of grammatically complex, infrequently punctuated, over-lexicalized, whole written text. Because the turning period for the textualizing of the law was during the period when the king and the aristocracy standardly spoke French, legal language still displays vital French influences. French was the language of the courts, though from very early on there were reductions to the fact that the language of the majority of the population was English.
Müəllif :
Valida Samadova (Karimova) BETM, “Pedaqogika” jurnalının məsul katibi, German dilləri üzrə doktorant
Nəşr tarixi : 2021
Dövlət qulluğu müxtəlif elm sahələrinin tədqiqat predmetinə daxildir. Dövlət qulluğunu şərtləndirən əsas amillər sistemində hüquq mühüm yer tutur. Başqa sözlə hüquq dövlət qulluğunun əsasını təşkil edir. Dövlət qulluğu hüquqi kateqoriya olaraq hüququn müxtəlif sahələrini özündə birləşdirir. Buna görə də, elmi və normativ mənbələrdə dövlət qulluğu kompleks hüquq institutu kimi xarakterizə olunur
Müəllif :
Oruc Məmmədov - hüquq üzrə fəlsəfə doktoru, dosent
Nəşr tarixi : 2021
Azərbaycan 2020-ci ildə Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan xalqının milisilsiz şücaəti sayəsində 44 günlük Vətən müharibəsində özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatları keçirməklə Zəfər qazanmış, ərazilərimizi işğaldan azad etmişdir.
Müəllif :
Səyyad Məcidov - Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023
Dövrün yetişdirdiyi qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin parlaq siyasi zəkası, analitik, geniş miqyaslı düşüncə tərzi, müdrikliyi, uzaqgörənliyi, xarizması, ensiklopedik biliyi, liderlik xüsusiyyətləri sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur.
Müəllif :
İradə Hüseynova - BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəlli
Nəşr tarixi : 2023
Cinayətin qarşısının alınması dövlətin, cəmiyyətin, fiziki və hüquqi şəxslərin bütövlükdə cinayətə və onun müəyyən növlərinə, xüsusən də yeni şəxslərin cinayətə cəlb olunmasının qarşısını alınmasına məqsədyönlü təsiri olub, cinayət əməllərinin törədilməsinin, ictimai münasibətlərin kriminallaşdırılmasının genişləndirilməsinin vaxtında xəbərdarlıq edilməsinə imkan verir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən, cinayətlərin törədilməsinə kömək edən hallar, onların səbəb və şəraitlərinin aşkar edilməsi, həmçinin də onların aradan qaldırılması üzrə tədbirlər görməlidir.
Müəllif :
Orxan Yaqublu
Nəşr tarixi : 2023