Cinayətin subyekti cinayət əməlini törədən və cinayət hüququna əsasən cinayət məsuliyyəti daşıya bilən fiziki şəxsdir. (6, s. 37) Bu cinayətin subyekti ilə bağlı ən ziddiyyətli məqamlardan biri də ilkin cinayəti törətmiş şəxsin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına görə cinayətin də subyekti ola bilib-bilməməsidir. Tarixən çirkli pulların yuyulması əməli üçüncü şəxslər tərəfindən törədilən qanun pozuntusu kimi nəzərdə keçirilirdi. Belə ki, dövlət cinayətkarların qanuni iqtisadiyyata daxil olmaması üçün qapı rolunu oynayan maliyyə institutları, vəkillər və digər şəxslərin onlara belə imkan verməyəcəyinə əmin olmaq istəyirdilər. Bu sahədə əsas beynəlxalq sənədlərdə, o cümlədən FATF-ın (Pulların yuyulmasına qarşı maliyyə tədbirləri üzrə işçi qrupu) tövsiyələrində bununla bağlı birbaşa göstəriş qeyd edilmir və hər ölkənin ümumi cinayət hüququnun prinsiplərinə uyğun olaraq məsələni tənzimləməsi imkanı təsbit edilir.
Müəllif :
Elnur Nuriyev - Bakı Dövlət Universiteti Cinayət hüququ və kriminologiya kafedrasının doktorantı
Nəşr tarixi : 2022
Həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı nəzərə alınmalı milli qanunvericiliyin maddi və prosessual hüquq normaları dedikdə, ilk öncə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi nəzərdə tutulur. Lakin siyahı bu mənbələrlə məhdudlaşmır, digər mənbələr Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Konstitusiya Məhkəməsinin qərarları da nəzərə alınmalı normalara malik ola bilər.
Müəllif :
Lalə Məmmədova - Hüquq üzrə fəlsəfə doktoru Bakı Dövlət Universiteti Cinayət prosesi kafedrasının əməkdaşı
Nəşr tarixi : 2022
Cinayət-prosessual qanunvericiliyin təyinatlarından biri kimi cinayət qanunu ilə ictimai təhlükəli sayılan əməlləri törətmiş şəxsləri ifşa etmək və onları cinayət məsuliyyətinə cəlb etmək həm də cinayət mühakimə icraatının vəzifəsi kimi çıxış edir. Bu vəzifə bütövlükdə cinayət mühakimə icraatının müxtəlif mərhələrində ayrı-ayrı prosessual üsul və vasitələrlə həyata keçirilir. Cinayətkarlığa qarşı mübarizənin qanunvericilikdə əks olunan üsul və vasitələrinin məcmusu hər bir cəmiyyətin maddi həyat şəraitinə uyğun olaraq tarixən formalaşır və onun inkişafına uyğun olaraq dəyişir, təkmilləşir, cəmiyyətin mövcud tələbatlarına uyğunlaşır.
Müəllif :
Ənnağı Məmmədli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin doktorantı
Nəşr tarixi : 2022
Üst-üstə düşən və ya paralel yurisdiksiya problemləri ərazi baxımından uzaq və ya geosiyasi yerləşməsi ilə bir-biri ilə bağlı olan bütün dövlətlər üçün aktualdır.Üstüstə düşən və ya paralel yurisdiksiya problemləri hüquqi yardım göstərilməsi baxımından da aktualdır. Paralel cinayət yurisdiksiyası müxtəlif hallarda mümkündür, məsələn, dəniz quldurları bir ölkənin bayrağı altında açıq dənizlərdə üzdükdə, qeyri-qanuni tibbi tədqiqatlarla məşğul olan gəmilər açıq dənizdə olduqda, bir dövlətin ərazisində yerləşən terrorçular bir neçə dövlətin ərazisində ağır cinayətlər törətdikdə və s. Yurisdiksiya problemlərinə istintaqın hansı ölkənin ərazisində başlaması, məhkəmə proseslərinin harada keçirilməsi, hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsi və s. ilə bağlı problemlər aiddir. Biz Adam Abelsonun “Ekstraterritorial yurisdiksiya mülki işlərdən daha çox cinayət işlərində daha çox münaqişələr yaradır... Cinayət sanksiyaları həm də ölkələrin ittiham/ekstradisiya dilemması vasitəsilə həll etmək məcburiyyətində qaldıqları birbaşa münaqişələr yaradır, çünki eyni vaxtda yalnız bir ölkə cinayət təqibini həyata keçirə bilər” barədə fikirləri ilə razılaşırıq .
Müəllif :
Mətanət Əsgərova - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, h.ü.f.d., dosent, ədliyyə müşaviri
Nəşr tarixi : 2022
The tragic death of George Floyd on 25 May 2020 and the subsequent protests (as a part of the #BlackLivesMatter Movement) that shook the world thereafter have once again, brought the deep-rooted issues of xenophobia and casteism to the fore. However, it is quite ironic that from India’s Fair & Lovely Face Cream1 to America’s Aunt Jemimah’s Pancake Syrup2 - products with inherently racist and/or xenophobic credentials are not just commonplace, but have also shown solid growth across capital markets worldwide. As the origin of any marketable product lies in the realm of Intellectual Property (IP), the present article seeks an answer to just one question. Is it possible to refuse the registration of, or to delist a Trademark on the account of it being “racist” or “xenophobic” and thus opposed to the principles of public policy? If so, are there any legal hurdles involved?
Müəllif :
Naman Anand & Dikshi Arora
Nəşr tarixi : 2021
Üç onillikdən artıq müddətdə Azərbaycan təcavüzə məruz qalmış və ərazilərinin əhəmiyyətli hissəsi işğal altında olmuşdur. Bu işğal altında olan ərazilər beynəlxalq hüquqa görə həmişə Azərbaycanın ərazisi olaraq tanınmışdır. Amma tanınma dövlətin bu ərazilərdə suveren hüquqlarından istifadə və onları tətbiq etməsi üçün kifayət etməmişdir. Ən önəmlisi isə bu üç onillik ərzində Azərbaycan gündəlik olaraq təcavüzkarın silahlı hücumlarının ünvanı olmuşdur. Bu silahlı hücumları dayandırmaq, ərazilərinin işğalına son qoymaq və bu ərazilər üzərində suverenliyini bərpa etmək üçün Azərbaycan qırx dörd gün davam edən müharibəni aparmış və qalib gəlmişdir. Beynəlxalq hüquq baxımından Azərbaycanın hərbi əməliyyatları, bir dövlətin ərazisini işğaldan çeyrək əsr keçdikdən sonra azad edə bilərmi sualını yenidən gündəmə gətirmişdir. Başqa sözlə, dövlətin işğalda olan ərazisini uzun müddət keçdikdən sonra azad etmək üçün güc tətbiq etmək hüququ varmı? Ümumiyyətlə, bu hallarda beynəlxalq hüquqda gücün statusu nədir? Bu baxımdan Azərbaycanın güc tətbiq etmək hüququ nədən ibarətdir? Hazırki məqalədə bu suallara cavab axtarılmışdır.
Müəllif :
Şahid Şükürov
Nəşr tarixi : 2021
Zaman-zaman hər bir ölkənin bütün və ya ayrı-ayrı ərazilərində qabaqcadan görülməsi mümkün olmayan, sülhə təhlükə olan və ya böhran vəziyyəti yaradan müəyyən hallar baş verir. Bu zaman əsas məqsəd həm insan hüquqlarının, həm də dövlətin təhlükəsizliyini qoruması üçün həmin vəziyyətin aradan qaldırılmasıdır. Bu vəziyyətin aradan qaldırılması üçün isə dövlətlər öz ərazilərində müəyyən rejimlər tətbiq edirlər. Ölkəmizdədə bu cür hallarda tətbiq edilən rejimlər xüsusi inzibati hüquqi rejimlər adlanır və üç yerə bölünür: fövqəladə vəziyyət rejimi və hərbi vəziyyət rejimi və karantin rejimi. Fövqəladə vəziyyət rejimi dedikdə yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə adi halda tətbiq edilməyən idarəetmə qaydalarının həyata keçirilməsi başa düşülür.
Müəllif :
Vüsalə Əzizli - Bakı Dövlət Universiteti Konstitusiya hüququ kafedrasının II kurs magistrantı
Nəşr tarixi : 2022
Bu gün Azərbaycan Respublikasında qabaqcıl təcrübələri ehtiva edən inkişaf etmiş dövlətlərə məxsus olan bir çox xüsusiyyətlərə malik, eyni zamanda qədim xalqın dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərinə uyğunluğu ilə fərqlənən, tərəqqiyə şərait yaradan hüquq və qanunvericilik sistemləri qurulmuşdur ki, bu istiqamətdə uğurlu islahatların davamına dayanmadan şahidlik edirik. Davamlı tərəqqi yolunda bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında mahiyyət etibarı ilə yeni mərhələnin başlanması ilə o cümlədən bu sahədə islahatların bir qədər də dərinləşdirilməsini zəruri etmişdir. Əminliklə demək olar ki, məhkəmə sisteminin inkişafı, o cümlədən məhkəmədən kənar alternativ həll yollarının formalaşdırılmasını da labüd etmişdir
Müəllif :
Azər Rəhimov - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Copyright owner has an exclusive right on distribution of his/her work. However, this right is restricted by “first sale” doctrine, which states, that after the first sale of the copyrighted work, distribution rights of the copyright owner is exhausted, and he/she cannot control future sale of the work. Talking about a physical copy of the book, no question arises regarding the application of the “first-sale” doctrine. If the author of the book, sells, gives as a gift, or in any other way transfers the property rights for the copy of the book to another person, he/she loses the control regarding the future sale and transfer of this very copy. However, we are only talking about this very copy, therefore it is illegal to make a copy of the copy and distribute and sell them. A question arises: What if the copy is not physical, but a digital copy? Can we apply the same rules, considering that a copy of physical copy can be determined easily, because of the low quality of each further made copy, while it is not the case regarding digital copies?
Müəllif :
Aydan Mammadli
Nəşr tarixi : 2021