Bu məqalədə “nou-hau” anlayışı, elementləri və xüsusiyyətləri izah edilir, “nou-hau” anlayışının əşya yoxsa hüquq kimi xarakterizə edilməsi problemi müzakirə olunur, praktikada “nou-hau” müqavilələrinin forması, müddəti, məqsədi, tərəfləri və tərəflərin hüquq və vəzifələri, digər müqavilələrlə oxşar və fərqli cəhətləri və “nou-hau” müqavilələrinin qarışıq və ya sui generis müqavilə növü kimi hüquqi mahiyyəti araşdırılır. Məqalənin qoyduğu suallar, o cümlədən “nou-hau” müqaviləsinin tərifi və tətbiq ediləcək normalar Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İnkişafda Olan Ölkələr üçün İxtiralar haqqında Model Qanunu, Azərbaycan Respublikasının Kommersiya Sirri haqqında Qanunu və elmi ədəbiyyata müvafiq olaraq cavablandırılır. Məqalənin araşdırdığı başlıca suallar “nou-hau”-nun əşya yoxsa qeyri-maddi əmlak hüququ olaraq tanınması və bu suala verilən cavaba uyğun olaraq “nou-hau” müqavilələrinin hüquqi mahiyyəti və tətbiq ediləcək hüquq normaların müəyyən olunmasıdır. Bu mənada “nou-hau” müqavilələri sui generis müqavilə növü kimi qəbul edilməsi, eləcə də, bu cür müqavilələrdən irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390-cı maddəsinin 7-ci bəndinə müvafiq olaraq, işgüzar adətlər, işgüzar adət olmadıqda isə həmin Məcəllənin 11-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaqla hüququn analogiyasının tətbiqinin perspektivləri araşdırılır.
Müəllif :
Elnur Kərimov
Nəşr tarixi : 2021
Sənədlərin saxtalaşdırılması və belə hallarla mübarizə haqqında qeydlər isə hələ qədim Roma hüquq mənbələrində öz əksini tapmışdır. Siseronun etiraf etdiyi kimi, «hətta bəzi vicdanlı adamların da sənədləri saxtalaşdırmaq yolu ilə varlanmaq imkanı yarandıqda buna əl atdıqlarını görürük» [1, s.175]. Eramızdan əvvəl 1-ci əsrdə Roma hökmdarı Sulla tərəfindən sənədlərin saxtalaşdırılmasını həyata keçirən şəxslər barədə məsuliyyət nəzərdə tutan «Korneliya» adlanan qanunu imzalanmışdı. Bu qanuna uyğun olaraq saxta vəsiyyətnamə hazırlayan, saxta sənədlərə möhür vuran, əsl vəsiyyatnaməni gizlədən, sənədlərin mətninə əlavə, pozma, üstdən düzəltmə və digər yollarla dəyişikliklər edən şəxslər cəzalandırılırdı [2, s.213]. Orta əsrlərdə bir çox ölkələrdə sənədlərin saxtalaşdırılması hallarına qarşı mübarizə daha da sərtləşdirilmiş, buna görə məsuliyyət nəzərdə tutan xüsusi normalar ayrı-ayrı qanunvericilik aktlarına daxil edilmişdi. Məsələn, XVI əsrin 1-ci yarısında Fransada sənədlərin saxtalaşdırılması hallarının artmasının, nəticədə də əhaliyə və dövlətə həmiyyətli əmlak ziyanın vurulmasının qarşısını almaq məqsədilə Kral I Frantsisk 1532-ci ildə bu kateqoriyalı cinayətlərə görə daha sərt cəzaları müəyyən edən xüsusi qanunvericilik aktını imzalamışdı.
Müəllif :
Aysel Aslanova - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Sənədlərin texniki ekspertizası şöbəsinin aparıcı eksperti
Nəşr tarixi : 2022
The most common way of transporting the goods is still the sea; hence, the rules relating to the carriage of goods by the sea should be clearly examined. Transportation of goods by sea can involve different aspects of the law such as carriage contract, insurance, liability and compensation. There are different clauses and obligations in the contract which should be followed by the shipper. One of the most important clauses is deviation meaning departing from the usual or the customary route. The fault is imputed to the shipper unless he proves it justifiable or having a deviation clause in its contract. In case the deviation is not justifiable such as deviation in order to be fuelled cheaper or in order to discharge labour, and any perils of the sea occur causing loss or damage to the cargo, the shipper is responsible and the insurer will not cover damages. Also, there are examples in which deviation can be regarded as justified. This article will examine deviation, justified deviation and go through different historical and up to date cases in this regard and how it has changed in the track of time.
Müəllif :
Hoda Asgarian
Nəşr tarixi : 2021
Mövzunun aktuallığı. Hüququn inkişaf etməkdə olan sahələrindən biri kimi əmək hüququ ictimai münasibətlərin vacib qruplarından əmək münasibətləri və onunla bağlı olan digər münasibətləri tənzim edir. Nəzəri baxımından hamılıqla qəbul edilmiş müddəalara və fikirlərə rastlansa da, şübhəsiz ki, müxtəlif ölkələrin təcrübəsində istər əmək hüququna, istərsə də digər hüquq sahələrinə yanaşma müxtəlif ola bilir. Bunu ölkələrdəki hakim ideologiya, demokratiya indeksi, tarixi bağlılıq və bu kimi səbəblərlə əlaqələndirmək yerinə düşərdi. Azərbaycan Respublikasının təhsil müəssisələrində əmək hüququnun tədrisində əsasən, Qərb, Türkiyə və Rusiya/SSRİ təcrübəsinin müzakirə edildiyini nəzərə alaraq hesab edirik ki, Uzaq Şərqdə tətbiq edilən əmək hüququ normalarının və orada əmək hüququnun mövcud vəziyyətinin təhlili zəruridir. Tarixə baxdıqda XX əsrin 50-ci illərindən ideoloji sferada SSRİ ilə bənzər yolu izləyən Çində əmək hüquq münasibətlərinin tənzimlənməsi ilk başlarda qonşusundakı nəzarətdən çox da fərqlənmirdi. Həmçinin iqtisadi və əmək münasibətlərinin tənzimlənməsində 1920/30-cu illər SSRİ-si ilə 1950-60-cı illər Çininin ortaq tərəfləri aşkardır. Bu ortaqlıqların mahiyyəti və sonradan mühitin dəyişməsinin səbəbləri növbəti səhifələrdə izah ediləcək.
Müəllif :
Fəridə Aslanova - Bakı Dövlət Universiteti Hüquq Fakültəsi, Əmək hüququ və ekologiya hüququ kafedrasının müəllimi
Siyavuş Bağırov - Bakı Dövlət Universiteti Hüquq Fakültəsi Bakalavr üzrə II kurs tələbəsi
Китайская Народная Республика, субъект трудового права, государственное регулирование, профсоюзы, коммунизм, трудовые отношения.
Nəşr tarixi : 2022
İyirminci yüzilliyin 60-cı illərinin başlanğıcında, heç bir təbii sərvəti olmadığı şəraitdə, Yaponiya höküməti və xalqı qarşısında belə bir sual dururdu: “Ölkənin inkişafını hansı yola istiqamətləndirmək?” Xalqın maddi rifahını daha da yüksəltmək yoluna, yoxsa məlumat-zehni inkişaf, cəmiyyətin məlumatlandırılması, informasiyalandırma mənbələrinin və texnologiyasının inkişafı, başqa sözlə, maddi yaxud məlumatlandırma yoluna? Yaponiya 1964-cü ildən başlayaraq ikinci yolu seçdi, İnformasiya və onun mənbələrinin zənginliyini maddi zənginlikdən üstün tutdu. Bu seçim ən qısa zaman kəsiyində Yaponiyanı dünyada adambaşına düşən milli gəlirə görə ikinci, elmin, texnikanın və iqtisadiyyatın bir çox göstəricilərinə görə isə birinci yerə çıxardı. Dünya informasiyalaşdırma cəmiyyətinin informasiologiyanın, informasiyalaşdırma resursları və texnologiyaları tarixi öz başlanğıcını elə bu vaxtdan götürür. Bütün dünyada, o cümlədən Yaponiyada çox güclü informasiya əldə etmək imkanlarına malik olan Amerika Birləşmiş Ştatları 60-cı illərin sonu və 70-ci illərin əvvələrində öz xalqını məlumatlandırmanın Yapon sistemini qəbul etdi.
Müəllif :
Pərviz Kazimi - Bakı Dövlət Universiteti, tarix üzrə fəlsəfə doktoru, dosent
İslam İslamov - Bakı Dövlət Universiteti, fəlsəfə doktoru, dosent
Gulnarə Yusifova - Bakı Dövlət Universiteti, fəlsəfə doktoru
Nəşr tarixi : 2022
Bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən dövlətimizin möhkəmləndirilməsi, inkişaf etdirilməsi məqsədilə həyatımızın bütün sahələrində proqram səciyyəli islahatlar uğurla davam etdirilir. Bu islahatlar sistemində demokratiyanın, insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquq-mühafizə fəaliyyətinin müasir tələblərə cavab verən qanunvericilik əsaslarının yaradılmasına və inkişaf etdirilməsinə xüsusi yer ayrılır. Bu baxımdan xarici ölkələrin müvafiq qanunvericilik bazasının öyrənilməsi əhəmiyyət kəsb edir. Bu məqaləmizdə Fransa Respublikasının əməliyyat-axtarış fəaliyyətinin (ƏAF) qanunvericilik əsasları təhlil ediləcəkdir.
Müəllif :
Bəxşeyiş Əsgərov - BDU Hüquq fakültəsi Kriminalistika və məhkəmə ekspertizası kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, dosent
İfadə Cəfərova - BDU Kriminalistika və məhkəmə ekspertizası kafedrasının magistrantı
Nəşr tarixi : 2022
Son illər bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın inkişafında sənaye mülkiyyətinin rolu əhəmiyyətli dərəcədə artmışdır. Müasir dövrdə sənaye mülkiyyəti obyektləri dövlətin və cəmiyyətin inkişafında mühüm yer tutur. Bu da sənaye mülkiyyəti hüquqlarının təminatı məsələsinə xüsusi diqqət yetirilməsi zərurətini ortaya qoyur. Azərbaycan Respublikası qanunvericiliyində sənaye mülkiyyəti ilə bağlı, xüsusən, onun hüquqi mühafizəsi ilə bağlı bir sıra problemlər mövcuddur. Məqalədə qanunvericilikdə olan mövcud problemlər 1883-cü il Paris Konvensiyası və milli qanunvericilik arasında olan prinsipial fərqlər fonunda ortaya qoyulmuşdur. Məqalədə sənaye mülkiyyəti sahəsində qəbul edilmiş ilk beynəlxalq sənədlərdən olan 1883-cü il Paris Konvensiyası və Azərbaycan Respublikasında qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar müqayisəli təhlil edilmiş, sənaye mülkiyyəti obyektlərinin təsnifatı, onlardan istifadəyə dair hüquqların verilməsi və “qudvil” anlayışı, sənaye mülkiyyətinin mühafizəsi və s. məsələlərlə əlaqədar qanunvericiliyin mövcud vəziyyəti göstərilmiş, əsas problemlər ortaya qoyulmuşdur. Həmçinin məqalədə Azərbaycan Respublikasının hüquq sistemi üçün yeni sayılan “qudvil” anlayışından və onun əhəmiyyətindən bəhs edilmişdir. Yekunda isə məqalədə sözügedən məsələlərlə əlaqədar qanunvericiliyin gəldiyi son vəziyyət və üzləşdiyi problemlər göstərilmiş, bununla bağlı mövcud durumu dəyişmək üçün təkliflər verilmişdir.
Müəllif :
Fərhad Cahanqoşa
Nəşr tarixi : 2021
Azerbaijan has a rich history. Given that the Republic of Azerbaijan is the successor of the Republic of Azerbaijan that existed from May 28, 1918 to April 28, 1920, we believe that consideration of the historical aspects of the constitutional and legal regulation of lawmaking in the Republic of Azerbaijan from this period is more appropriate. The period of existence of the Azerbaijan Democratic Republic will be marked as an important stage in the history of the law of our state. Despite its short existence, the republic was based on a modern form of government. A democratic republic was formed in the state, meeting the requirements of that time. State building was based on law.
Müəllif :
Elmira Gazvinova - Teacher of the Department of "Thoria of State and Law" of the Academy of Police of the Ministry of Internal Affairs
Nəşr tarixi : 2022
Elektron ticarət sahəsində beynəlxalq hüquqi aktları təhlil etmək üçün ilk növbədə ümumiyyətlə “beynəlxalq hüququn mənbələri” anlayışının, daha sonra beynəlxalq müqavilələrlə əlaqədar və digər məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğundur. Beynəlxalq hüququn mənbələrinin rəsmi təsnifatı Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun 38-ci maddəsində aparılmışdır. Həmin maddənin əsasında beynəlxalq hüququn mənbələrini aşağıdakı kimi təsnifləşdirmək olar: 1) beynəlxalq müqavilələr; 2) beynəlxalq-hüquqi adətlər; 3) hüququn ümumi prinsipləri; 4) məhkəmə qərarları; 5) tanınmış alimlərin rəyləri [20]. Beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
Müəllif :
Rafael Quliyev - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı
Nəşr tarixi : 2022