Monoqrafiya transmilli cinayət hüququnda mövcud olan nəzəri və praktiki problemlərə həsr edilib. Monoqrafiyada transmilli cinayət hüququnun anlayışı və xüsusiyyətləri, transmilli cinayətlərin anlayışı və təsnifatı, beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlərə görə məsuliyyət məsələləri tədqiq edilir, həmçinin Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq cinayətlər və beynəlxalq xarakterli cinayətlərlə bağlı mövcud olan nəzəri və praktiki problemlər araşdırılaraq, Azərbaycan Respublikasının qüvvədə olan CM-nin transmilli cinayətlərlə bağlı normalarının təkmilləşdirilməsinə yönəlmiş problemli məsələlərin həlli ilə bağlı bir sıra təklilər irəli sürülür. Kitab transmilli cinayət hüququ üzrə ixtisaslaşan doktorantlar, magistrantlar və tələbələr üçün nəzərdə tutulmuşdur, habelə bu sahə ilə maraqlanan və elmi tədqiqat aparan hüquqşünas kadrlar və müəllimlər üçün maraq kəsb edə bilər.
Müəllif :
Şəhla Səmədova
Nəşr tarixi : 2023
Bu vəsait Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə və Aİ /DG NEAR-ın maliyyə dəstəyi ilə NIRAS İsveç AB tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi Naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində baş gender məsləhətçisi Şəhla İsmayıl tərəfindən hazırlanmışdır. Onun məzmunu yalnız NIRAS-ın məsuliyyətidir və Avropa İttifaqının fikirlərini əks etdirmir.
Müəllif :
Şəhla İsmayıl
Nəşr tarixi : 2023
Bu vəsait Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə və Aİ /DG NEAR-ın maliyyə dəstəyi ilə NIRAS İsveç AB tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi Naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində baş gender məsləhətçisi Şəhla İsmayıl tərəfindən hazırlanmışdır. Onun məzmunu yalnız NIRAS-ın məsuliyyətidir və Avropa İttifaqının fikirlərini əks etdirmir.
Müəllif :
Şəhla İsmayıl
Nəşr tarixi : 2023
Dərs vəsaiti ali məktəblərin Jurnalistika fakültəsinin tələbələri, media nüma- yəndələri, jurnalistlər, bu sahədə araşdırma aparan tədqiqatçılar üçün tərtib olun- muşdur. Kitabda uşaq hüquqları, onların mediada təmsili, uşaqlar haqqında ma- terialların hazırlanmasında diqqət yetirilməsi lazım olan əsas məqamlar və digər əlaqəli mövzular haqqında nəzəri və praktiki bilgilər verilmişdir.
Müəllif :
Baş redaktor: Bahar Muradova
Nəşr tarixi : 2024
Məşğələnin məqsədi seçilmiş peşəyə marağın oyadılması və onun artırılması, inzibati-prosessual hüquq anlayışı, onun yarımsahələri və institutları barədə biliklərin əldə edilməsindən ibarətdir.
Müəllif :
Rafiq Nəcəfquliyev (Polis Akademiyasi)
Nəşr tarixi : 2022
“İnzibati hüquq” - dövlət idarəetmə sistemində icra hakimiyyəti və onun təşkili, dövlət orqanları və qulluqçularının inzibatihüquqi statusu, dövlət idarəetmə aktları, habelə inzibati xətanın
hüquqi əlamətləri və tərkibi, ayrı-ayrı inzibati xəta növlərinin
hüquqi xarakteristikası, inzibati xətalar haqqında işlər üzrə icraat və
onun təmin edilməsindən bəhs edir.
Müəllif :
Rafiq Nəcəfquliyev (Polis Akademiyasi)
Nəşr tarixi : 2023
Beynəlxalq təhlükəsizlik hüququ dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasındakı siyasi , hərbi , ekoloji , iqtisadi və humanitar münasibətlərdə sülh və təhlükəsizliyin təmini və mühafizəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən prinsip və normaların məcmusudur . Beynəlxalq təhlükəsizlik hüququnun əsas məqsədi isə sülhün təmin olunması və onun bütun leqal vasitələrlə qorunmasıdır . Beynəlxalq təhlükəsizlik hüququ müvafiq subyektlər tərəfindən beynəlxalq hüquq normalarına dönmədən əməl olunması və beynəlxalq münasibətlərdə stabilliyin “status kvo”nun saxlanılmasına xidmət edərək, universal, regional və lokal tipli təhlükələrin xəbərdar edilməsi, proqnozlaşdırılması və preventizasiyası ilə məşğuldur.
Müəllif :
Polis Akademiyasi: Cəmşid Quliyev
Nəşr tarixi : 2022
Dərslikdə hüquqşünaslıq ixtisası üzrə məzunun yiyələnməli olduğu peşə kompetensiyalarına uyğun olaraq inzibati hüquq münasibətlərinin hüquqi tənzimetmə xüsusiyyətləri, dövlət idarəçilik mexanizminin mahiyyəti, icra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusunun əsasları, dövlət qulluğunun təşkili və dövlət qulluqçularının inzibati-hüquqi statusu, icra hakimiyyətinin forma və metodları, eləcə də inzibati məcburetmə tədbirlərinin xüsusiyyətləri, inzibati-hüquqi rejimlərin mahiyyəti, inzibati xəta, inzibati məsuliyyət, inzibati xətalar haqqında işlər üzrə icraat və s. haqqında danışılır.
Müəllif :
Rafiq Nəcəfquliyev (Polis Akademiyası)
Nəşr tarixi : 2024
Dərs vəsaitində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının cinayət prosessual qanunvericiliyinin təhqiqata dair bəzi müddəalarının müqayisəli təhlili verilmiş, bir sıra xarici ölkələrin prosessualistlərinin mütərəqqi ideyalarına istinad edilmişdir. Dərs vəsaiti hazırlanarkən son illər cinayət-prosessual qanunvericiliyinə edilmiş əlavələr və dəyişikliklər, yeni 8 normativ-hüquqi aktlar nəzərə alınmış və təhqiqatla bağlı ən yeni ədəbiyyatların öyrənilməsinə və onlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirilmişdir.
Müəllif :
Polis Akademiyası : Əliyev Nazim, Kərimov Şöhlət, Ağayev Səyyad
Nəşr tarixi : 2020