Müasir dövrdə bazar münasibətlərinin inkişafı mübahisəli halların kəmiyyətinin artmasına səbəb olur. Eyni zamanda, vətəndaşların hüquqi şüurunun və hüquq düşüncəsinin tədricən yüksəlməsi onların iddia və şikayətlərinin sayının artmasına gətirib çıxarır. Bunlar isə vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi (hüquqi xidmətlər təqdim edilməsi) sisteminin təkmilləşdirilməsini tələb edir.
Müəllif :
Zamiq Aslanov
Nəşr tarixi : 2015
Bu monoqrafiya Azərbaycan Respublikasında İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin konstitusiya hüquqi əsaslarının təhlilinə həsr olunmuşdur. Müəllif həmin monoqrafiyada İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutunun anlayışı və modelləri, Azərbaycan Respublikasında İnsan hüquqları üzrə müvəkkil institutunun yaradılması zərurəti, İnsan hüquqları üzrə müvəkkil institutunun dövlət hakimiyyəti orqanları sistemində yeri, Azərbaycan Respublikasında İnsan hüquqları üzrə müvəkkil institutunun formalaşdırılmasının hüquqi tənzimi, İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin təşkili, məqsədləri, funksiyaları və prinsipləri, İnsan hüquqları üzrə müvəkkilin səlahiyyətləri ilə bağlı problemlər və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, habelə İnsan hüquqları üzrə müvəkkilin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində dövlət orqanları ilə qarşılıqlı əlaqəsi ilə bağlı məsələləri ətraflı şəkildə araşdırmışdır.
Müəllif :
Zamiq Aslanov
Nəşr tarixi : 2011
Dərs vəsaiti Azərbaycan AMEA Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübi problemlər nəzərə alınaraq hazırlanmışdır
Müəllif :
Aytən Mustafazadə, Zamiq Aslanov
Nəşr tarixi : 2017
Məqalələr toplusunda robotların hüquqi rejiminin təhlili aparılır, normayaradıcılıq təşəbbüsləri qiymətləndirilir. Məlum olduğu kimi, hazırda robotlara və süni intellektin digər daşıyıcılarına hüquq subyektliliyinin verilməsi məsələsi müzakirə olunur. Lakin perspektivdə gec-tez bu kontekstdə məsuliyyətin ünvanlılığı ilə bağlı normalar hüquqi gündəmə daxil olacaq. Robotlara hüquqların verilməsi müasir texnologiyaların bütün müxtəlifliyini və yuxanda göstərilən özəllikləri nəzərə almalıdır. Məqalədə robototexnika sahəsində gələcək nizamlanmanın mümkün modelləri təhlil olunur. Müasir mərhələdə süni intellektin tətbiqi, bu sahədə aparılan tədqiqatlarda qaldırılan hüquqi əhəmiyyətli problemlər, həmçinin süni intellektdən istifadənin hüquqi tənzimlənməsində boşluqların aradan qaldırılması məqsədilə yeni strategiya və hüquqi normaların formalaşması kimi məsələlərin gələcəkdə müzakirəsi üçün təkliflər irəli sürülmüşdür.
Müəllif :
AMEA Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2020
Bu monoqrafiya insan və vətəndaşların əsas konstitusion hüquqlarından biri kimi sağlamlığın qorunması hüququnun təhlilinə həsr olunmuşdur. Müəllif bu monoqrafiyada sağlamlığın və onun qorunmasının anlayışını, sağlamlığın qorunmasının əsas prinsiplərini, sağlamlığın qorunması hüququnun yaranması və inkişaf tarixini, sağlamlığın qorunması hüququnun hüquqi təbiətini və məzmununu, sağlamlığın qorunması hüququnun mənbələrini, sağlamlığın qorunması hüququnun dövlətdaxili və beynəlxalq təminatlarını, habelə sağlamlığın qorunması hüququnun dolğun təminatının mühüm şərti kimi tibbi yardım sisteminin inkişaf perspektivlərini ətraflı şəkildə araşdırmışdır.
Müəllif :
Zamiq Aslanov
Nəşr tarixi : 2019
Bu monoqrafiya elmi-texniki tәrәqqi, süni intellekt vә hüququn qarşılıqlı әlaqәsi ilә bağlı mәsәlәlәrin tәhlilinә hәsr olunmuşdur. Müәllif bu monoqrafiyada elmi-texniki tәrәqqinin nәzәri aspektlәri, anlayışı vә mahiyyәti, әhәmiyyәti vә başlıca funksiyaları, müasir dövrdә elmi-texniki tәrәqqinin әsas tendensiyaları, elmi-texniki tәrәqqinin sosial nәticәlәri, bu sahәdә müasir tәhdidlәr vә çağırışlar, elmi-texniki tәrәqqinin hüquqi tәnzimi problemlәri, onun dövlәtdaxili vә beynәlxalq hüquqla qarşılıqlı nisbәti, süni intellektin hüquqi tәnziminin aktuallığı vә bu sahәdә mövcud yanaşmalar vә çağırışlar, süni intellektin hüquqi statusu, ona hüquqların (vәzifәlәrin) verilmәsinә dair diskussiyalar, süni intellektin hüquqi mәsuliyyәti problemi, habelә süni intellekt vә insan hüquqları, süni intellekt, hüquq tәtbiqetmә fәaliyyәti vә hüquqşünaslıq peşәsi ilә bağlı mәsәlәlәri әtraflı şәkildә araşdırmışdır.
Müəllif :
Zamiq Aslanov
Nəşr tarixi : 2021
Vəsaitdə BMT-nin ixtisaslaşmış qurumu, dünyada elm, təhsil, mədəniyyət və insan hüquqlarının inkişafı istiqamətində əməkdaşlığın ən böyük hökumətlərarası forumu olan YUNESKO-nun fəaliyyətinə və prioritet istiqamətləri üzrə Ombudsmanla əməkdaşlığına dair mövzular öz əksini tapmışdır.
Müəllif :
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanova
Nəşr tarixi : 2014
Kitabda məişət zorakılığı terminin anlayışı, məişət zorakılığı ilə mübarizə
sahəsində beynəlxalq-normativ aktların xüsusiyyəti, habelə xarici ölkələrin və
Azərbaycan Respublikasının təcrübəsinin təhlili ilə yanaşı “Məişət zorakılığının
qarşısının alınması haqqında” 2010-cu il 22 iyun tarixli Azərbaycan Respublikası
Qanununun maddələrinə dair kommentariya aparılıb.
Kitab hüquq fakültələrinin müəllim, tələbələri, habelə, dövlət təşkilat və
idarələrinin əməkdaşları və gender bərabərliyi sahəsinə maraq göstərən geniş oxucu
auditoriyasına tövsiyə edilir.
Müəllif :
Qaracayev C.Y
Nəşr tarixi : 2011
İnsan hüquqlarının müdafiəsinə xüsusi önəm verildiyi bir dövrdə, qadın hüquqlarının və azadlıqlarının konstitusiya və beynəlxalq hüquq elmlərinin müqayisəli tədqiqat metodu əsasında yazılmış bu əsər, son dərəcə aktual və müasir bir problemin elmi-nəzəri tədqiqinə həsr edilmiş ilk monoqrafiya hesab oluna bilər. Əsərin sonuna, ilk dəfə olaraq hazırlanmış «Azərbaycan Respublikasında qadın hüquqları və azadlıqları haqqında Qanun» layihəsinin müəllif mətni də əlavə edilmişdir.
Müəllif :
Səidə Həsənzadə
Nəşr tarixi : 2014
Təqdim olunan bələdçinin məqsədi Azərbaycanda qeyri-hökumət təşkilatı (QHT) yaratmaq istəyən şəxslərə və qruplara QHT-nin yaranması, qeydiyyatı və ləğvi proseduru barədə ətraflı məlumat vermək və onları qanunvericiliyin tələbləri ilə tanış
etməkdir. Vəsait qeydiyyatdan keçməmiş ictimai birliklər,beynəlxalq təşkilatlar, hüquqşünaslar və bu sahədə qanunvericilik və təcrübə ilə maraqlanan digər şəxslər üçün də faydalı ola bilər.
Müəllif :
MG Consulting
Nəşr tarixi : 2015