Bu məqalədə, Azərbaycan Respublikasının cinayət-prosessual hüququnda istintaq hakimi institutunun yaradılmasının hüquqi və institusional əsasları, AİHM presedent hüququnun tələbləri, Avropa ölkələrinin müqayisəli təcrübəsi, habelə milli qanunvericiliyin hazırkı vəziyyəti və təklif olunan dəyişikliklər kompleks şəkildə təhlil edilir. Məqalənin nəticəsində bu qənaətə gəlinir ki, araşdırma hakimi institutunun hüquqi müstəvidə formalaşdırılması və tətbiqi, Azərbaycan Respublikasının beynəlxalq insan hüquqları öhdəliklərinə uyğunlaşmasını təmin etməklə yanaşı, milli hüquq sistemində də şəffaflıq, funksional ədalət və məhkəmə nəzarətinin effektivliyini artıran mühüm addım ola bilər.
Müəllif :
Lalə Məmmədova
Nəşr tarixi : 2025
Məqalədə ibtidai araşdırma prosesində cinayət törətmiş şəxsin dindirilməsi zamanı istifadə edilən qeyriənənəvi kriminalistik-psixoloji metodlardan: qoxu və musiqi fonunun tətbiqi məsələləri barədə məlumatlar əksini tapır. Rəqəmsal kriminalistika və istintaq təcrübəsində psixoloji təsir vasitələrinin istifadəsi getdikcə daha çox aktuallaşır. Dindirilmə prosesində şəraitin yumşaldılması, şəxsin ifadəvermə meylinin artırılması və aqressiv davranışın neytrallaşdırılması məqsədilə tətbiq edilən qoxu və musiqi fonu kimi üsullar bu baxımdan xüsusi maraq doğurur. Eyni zamanda qoxu və musiqi fonunun cinayət törətmiş şəxsin dindirilməsi zamanı istifadə edilməsinin xüsusiyyətləri, məqsədləri, etik və hüquqi aspektləri şərh olunur. Psixoloji təsir vasitəsi kimi bu yanaşmaların istintaqa təsiri, effektivliyi və s. mülahizələr geniş şəkildə təhlil edilir. Məqalədə həm Azərbaycan Respublikasının milli qanunvericiliyi, həm də beynəlxalq hüquq normaları kontekstində bu üsulların dindirmə prosesində necə istifadə olunması, onların psixoloji və hüquqi aspektlərinin bəzi məqamları, həmçinin qoxu və musiqi fonunun tətbiqi imkanlarından bəhs edilir.
Müəllif :
Ələkbər Allahverdiyev
Nəşr tarixi : 2025
İbtidai araşdırma prosesində yazı xəttin psixodiaqnostikasının və parapsixologiyanın rolunu və onların tətbiqinin prosessual və taktiki xüsusiyyətlərini araşdırdıq. Yazı xəttinin psixodiaqnostikası şəxslərin və ya qrupların psixoloji vəziyyətini təhlil etməyə və onların davranışlarının motivlərini anlamağa imkan verir. Bu üsul ekspert-tədqiqatçılar və hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxslərin psixoloji vəziyyətini qiymətləndirmək üçün istifadə edilir. Parapsixologiya isə qeyri-adi psixoloji hadisələri, məsələn, telepatiya, prekoqnisiya və digər parapsixoloji qabiliyyətləri öyrənir. Bu sahənin cinayətin ibtidai araşdırma prosesində tətbiqi cinayət hadisələrinin daha dərindən başa düşülməsi və mümkün olan qeyri-adi faktorların təhlil edilməsi üçün faydalıdır. Məqalədə hər iki sahənin birləşməsinin ibtidai araşdırmada daha dəqiq və effektiv aparılmasına kömək etdiyi qeyd edilir. Psixodiaqnostikanın və parapsixologiyanın prosessual xüsusiyyətləri bu sahələrin müstəntiqlər tərəfindən istifadə edilməsi zamanı düzgün taktika və yanaşmaların seçilməsini tələb edir. Prosesin düzgün aparılması xüsusi təlim və təcrübə, həmçinin bu sahələr üzrə mütəxəssislərin iştirakını vacib edir. Psixodiaqnostikanın nəticələri şəxslərin şübhələrinə dair əlavə məlumat verir, parapsixoloji üsullar isə qeyri-adi hallarda müstəntiqlərə yeni bir perspektiv təqdim edə bilər. Yazı xəttinin psixodiaqnostikası və parapsixologiya ibtidai araşdırmaların taktik və prosessual aspektlərində çoxsaylı imkanlar təqdim edərək müstəntiqlərin işini daha da dəqiqləşdirə bilər. Bu yanaşmaların düzgün tətbiqi cinayətlərin açılmasında əhəmiyyətli bir rol oynayır.
Müəllif :
Rasim İsaqov
Nəşr tarixi : 2025
Müasir rəqəmsal dünyada dövlət qurumlarını, cəmiyyətləri və ayrı-ayrı fərdlərin həyatını təhdid edən kibercinayətlərin sayı durmadan artmaqda davam edir. Bu kiber təhlükələrdən biri də gündəlik həyatda tez-tez qarşılaşdığımız fişinq hücumlarıdır. Kibercinayətkarlar tərəfindən ən çox müraciət edilən, həmçinin bütün internet istifadəçiləri üçün böyük təhlükə yaradan və müəyyən edilməsi çətin olan fişinq hücumları hüquq-mühafizə orqanları ilə vətəndaşların birgə əməkdaşlıq fəaliyyətini zəruri edir. İlkin mərhələdə, fişinq insanlardan məlumat oğurlamağın ən ibtidai və rahat üsullarından biri kimi görünsə də, yüksək peşəkarlıq tələb etmədiyi üçün potensial zərərvurma qabiliyyətinə malikdir və geniş çeşidli şəxsi məlumatların əldə edilməsi üçün istifadə olunur. Bu baxımdan, fişinq hücumlarının cinayətkar xarakteristikasını bilmək və ona qarşı mümkün tədbirləri təmin etmək vacibdir. Bu məqalə kibercinayətlərin bir növü kimi fişinq hücumlarının xarakteristikasını müəyyən etməklə, onun ictimai təhlükəlilik dərəcəsini izah edir. Həmçinin bu tədqiqat vasitəsilə kibercinayətkarlıqla mübarizə çərçivəsində fişinq hücumlarına qarşı adekvat tədbirlərin görülməsi üçün müvafiq təkliflər təqdim edilir.
Müəllif :
Kamran Xəlilov
Nəşr tarixi : 2025
Məqalədə yetkinlik yaşına çatmayanlar arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məsələləri araşdırılmış, narkocinayətlərlə cinayət-hüquqi vasitələrlə mübarizənin səmərəliliyinin artırılmasının əsas istiqamətləri təklif edilmişdir: 1) narkotik vasitələrin və psixotrop maddələrin analoqları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin (CM-in 26-cı fəsil) predmeti kimi cinayət qanunvericiliyinin müvafiq maddələrinə əlavə edilməsi; 2) СM-in 234-сü maddəsinin yeni redaksiyada verilməsi və bu maddənin “Satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma adlandırılması, CM-ə 234-1 (satış məqsədilə narkotik vasitələri, psixotrop maddələri və onların analoqlarını əldə etmə, saxlama, hazırlama, istehsal etmə, daşıma, göndərmə və ya satma), 234-2 (narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının hazırlanmasında və emalında istifadə etmək məqsədilə prekursorları əldə etmə, saxlama, hazırlama, göndərmə, daşıma və ya satma) kimi yeni maddələrin əlavə edilməsi; 3) CM-nə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının qeyri-tibbi məqsədlərlə istehlakını və ya onların qanunsuz dövriyyəsini təbliğ və ya reklam etmə” adı altında yeni 234-3- cü maddənin daxil edilməsi və bu maddədə “234-3.2.3. İctimai yerlərdə, habelə təhsil və tibb müəssisələrində törədildikdə” və “234-3.2.4. Mediadan, informasiya telekommunikasiya şəbəkələrindən (sosial şəbəkələr və internet şəbəkəsi də daxil olmaqla) istifadə etməklə törədildikdə” kimi tövsifedici tərkiblərin nəzərdə tutulması; 4) CM-in 240-1-ci (Güclü təsir edən yeni psixoaktiv maddələrin qanunsuz dövriyyəsi) maddələrinin əlavə edilməsi və s.
Müəllif :
Vasif Quliyev
Nəşr tarixi : 2025
Münaqişə zamanı hərbi qanunların tətbiqi beynəlxalq hüququn əsas istiqamətlərindən biri olub, silahlı qarşıdurmaların tənzimlənməsi və mülki əhalinin qorunmasını təmin edir. Cenevrə və Haaqa Konvensiyaları bu çərçivənin əsasını təşkil etsə də, müasir dövrdə hibrid müharibələr, qeyri-dövlət aktorlarının iştirakı, kibermüharibə və cəzasızlıq problemi hüquqi mexanizmlərin effektivliyini çətinləşdirir. Azərbaycan kontekstində beynəlxalq hüquq normalarının icrası və Ermənistanın törətdiyi müharibə cinayətlərinə hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq hüququn gücləndirilməsi üçün yeni hüquqi mexanizmlər formalaşdırılmalı, müharibə cinayətlərinə qarşı cəzasızlıq aradan qaldırılmalı və kiber münaqişələr beynəlxalq hüquq çərçivəsində tənzimlənməlidir. Bu islahatlar qlobal təhlükəsizliyə və humanitar hüququn effektiv icrasına töhfə verəcəkdir
Müəllif :
Elşən Hacıyev
Nəşr tarixi : 2025
Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı cinayətkarlıq, onlara cəzaların təyin edilməsi və cəzalarının icrası xüsusiyyətləri nəzərdən keçirilir, cinayət və cəzaların icrası qanunvericiliklərinə dəyisikliklər edilməsi ilə əlaqədar təkliflər verilir.
Müəllif :
Musa Hümbətov
Nəşr tarixi : 2025
Nuclear energy is considered one of the most important social factors of the new era, i.e. it has no ancient history. Scientific research, extensive discussions and ideas for determining the conditions of its existence are put forward around this issue. The research and studies are based on the global importance of nuclear energy, its negative challenges and positive opportunities.. The struggle for energy resources, the optimization of the use of traditional energy carriers, as well as the development of new energy sources have long been the most important factor in the formation of modern international relations. The development and application of renewable energy sources, the operation of high-tech nuclear power plants, as well as the transition to new environmentally friendly fuels will significantly reduce dependence on traditional energy sources of oil, coal and gas exporters in the near future and lead to significant geopolitical progress in international relations.
Müəllif :
Ali Khalafli
Nəşr tarixi : 2019
While racism, nationalism and xenophobia are expanding around the globe, Azerbaijan has developed its own model of multiculturalism, interfaith tolerance, ethnic diversity and intercultural dialogue. The model presented to the world by Azerbaijan is a multinational model that respects the national and spiritual values of people. Today the world of politics is studying this model and multiculturalism is seen as an alternative to xenophobia, islamophobia and racism. Even today, whilst some call for peace and harmony, others call for hatred. If one side's goal is to drag the world into chaos, the other’s is to achieve global harmony. The experience of Azerbaijan in this regard is unique.
Müəllif :
Tural Shirin
Nəşr tarixi : 2019
The paper discusses the main principles of traditional defamation law of the UK. It also analyses the Section 1 of the Defamation Act 1996 and implication of this section by case law, particularly focusing on Godfrey v Demon case. The approach after the adoption of E-commerce Directive also is discussed along with the relevant case law in the last subsection.
Müəllif :
Laman Alizada
Nəşr tarixi : 2019