Məqalədə müəlliflər tərəfindən müasir dövrdə vətəndaş cəmiyyətində sosial hüquqların həyata keçirilməsi tədbirlərinin hüquqi təbiəti, tibbi-psixoloji mahiyyəti, fəlsəfi-hüquqi aspektləri və s.məsələlər nəzərdən keçirilir. Sosial hüquqlar anlayişı iki mənada işlədilir: subyektiv mənada, obyektiv mənada. Subyektiv mənada sosial hüquqlar dedikdə vətəndaşların qanunvericilik aktları əsasında malik olduqları potensial sosial-hüquqi imkanlar başa düşülür. Obyektiv mənada sosial hüquq dedikdə isə əhalinin sosial təminatı və sosial müdafiəsi, vətəndaşların sosial hüquqlarının həyata keçirilməsi, şəxslərin həyat səviyyəsinin yüksəldilməsi, sağlamlığın qorunması, sosial tərəfdaşlıq, sosial dialoq və digər sosial məsələlərlə əlaqədar yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu ehtiva olunur.
Müəllif :
Etibar Əliyev, Sakit Hüseynov, Aynurə Əliyeva, Fatimə Hüseynova, Araz Kərimov, Nadir Adilov
Nəşr tarixi : 2021
Tarixi təbiətinə görə ailədaxili zorakılıq sosial-hüquqi hadisə hesab olunur. Bu hadisə bəşər cəmiyyətində formalaşan və cəmiyyətin bir mikropartikülü olan ailə və ya ailə münasibətlərinin nəticəsidir. Məişətzorakılığı eyni zamanda siyasi-hüquqi bir hadisədir. Hər bir zorakılıq, o cümlədən ailədaxili zorakılıq ictimai münasibətlərin, habelə vətəndaşların konstitusion hüquq və azadlıqlarının pozulması kimi qəbul edilir və əksər hallarda onlara ziyan vuran bir əməl kimi dəyərləndirilir. Beləliklə, insana qarşı zorakılıqt, əlbəttə ki, təbii hüquqları pozur və bununla da normal ictimai münasibətlərin inkişafına mane olan amillərdən birinə çevrilir. Qadınlar, xüsusən də, gənc qızlar və uşaqlar ailə zorakılığının əsas hədəfləri və qurbanlarıdır. Belə bir qurban hər iki cinsdən də ola bilər, lakin təcrübə təsdiq edir ki, zorakılıq qurbanlarının əksəriyyəti qadınlar və uşaqlardır.
Müəllif :
Səidə Həsənzadə
Nəşr tarixi : 2021
MüasirAzərbaycan dövlətinin keçdiyi inkişaf yolunun bir çox parlaq səhifələri, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Müəllif :
Ziyafət Əsgərov
Nəşr tarixi : 2021
Bu məqalənin məqsədi Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatının müəyyən olunması zamanı mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının praktiki əhəmiyyətini araşdırmaqdır. Məqalədə normativ-hüquqi aktların təhlili, müqayisəli hüquqşünaslıq yanaşması və praktiki tətbiq təcrübəsinin öyrənilməsi metodlarından istifadə olunmuşdur. Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin pensiya təminatı kontekstində mülki ali və orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtının bir hissəsinin pensiya təyinatı zamanı əmək stajı olaraq hesablanmasının hüquqi əsasları ilk dəfə sistemli şəkildə təhlil edilərək, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni yanaşmalar və təkliflər irəli sürülmüşdür.
Müəllif :
Pərviz Qəribov, Qəhrəman Behbudov, Yusif Mirzəzadə
Nəşr tarixi : 2025
Müasir dövrdə dövlətlər arasında bağlanan azad ticarət zonalarına dair sazişlər beynəlxalq hüquqi münasibətlərin ən geniş yayılmış formalarından biri kimi çıxış edir. Bu cür sazişlər adətən struktur baxımından nisbətən sadə olsa da, onların hüquqi nəticələri dərin və çoxşaxəlidir. Məqalədə bu müqavilə formalarının hüquqi mexanizmləri NAFTA (Şimali Amerika Azad Ticarət Sazişi) nümunəsi əsasında təhlil olunur. NAFTA çərçivəsində formalaşmış azad ticarət zonasının idarəetmə orqanları, mübahisələrin həlli mexanizmləri, üzv dövlətlərin qarşılıqlı öhdəlikləri və bu mexanizmlərin Ümumdünya Ticarət Təşkilatının hüquqi sistemi ilə əlaqəliliyi hüquqi aspektdən analiz edilir. Məqalə azad ticarət zonalarının müqavilə-hüquq çərçivəsinin sistemləşdirilməsinə və onların beynəlxalq hüquq sistemindəki yerinin aydınlaşdırılmasına töhfə verməyi hədəfləyir.
Müəllif :
Nicat Cəfərov
Nəşr tarixi : 2025
Hakimlərin müstəqilliyi üçün onların “dəyişilməzliyi” prinsipinin həyata keçirilməsi əhəmiyyətlidir. BMT Beynəlxalq Ədalət Məhkəməsinin hakimləri üçün nəzərdə tutulan (Beynəlxalq Ədalət Məhkəməsinin Statutu m.13) doqquz illik müddət məsələsi və təkrar seçilmək imkanı arbitrlərin fəaliyyətində onların müstəqilliyi və tərəfsizliyi üçün daha məqbul variant hesab edilə bilər. Apellyasiya orqanının bir məhkəmə orqanı kimi fəaliyyətinin bərpası ideyası daha çox rəğbət görür. Bu halda Apellyasiya orqanı bütün üzv-dövlətlər tərəfindən arbitraj kimi tanınmış olacaq. Konkret faktları nəzərə alaraq işi Panelə müzakirəyə qaytarmaq üçün Apellyasiya orqanına səlahiyyət vermək daha məntiqlidir. Bu dəyişiklik Apellyasiya orqanının statusunu normal məhkəmə statusuna yaxınlaşdırmış olardı. Mübahisələrin həllində məhkəmə təcrübəsi və ya presedentlərdən istifadə BMT Beynəlxalq Ədalət Məhkəməsinin Statutunun 38.1(d) və 38.2-ci maddəsinə uyğun olaraq tənzimlənə bilər. BMT Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu, Statutun 38.2-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi səlahiyyəti Apellyasiya orqanının arbitrlərinin təfsir (qiymətləndirmə) üzrə fəaliyyətində də istifadə edilə bilər. Apellyasiya orqanı çoxtərəfli danışıqlar vasitəsilə şərhlərin aydınlaşdırılması üçün hüquqi qeyri-müəyyənlik məsələlərini DTT-nin müvafiq komitələrinə göndərə bilər.
Müəllif :
Soltan İsgəndərli
Nəşr tarixi : 2025
Bu məqalə elektron hökumət mühitində vətəndaş–inzibati orqan münasibətlərinin təkmilləşdirilməsinə yönəldilmişdir. Tədqiqatın əsasını rəqəmsal idarəetmənin hüquqi və praktiki aspektləri, inzibati icraata süni intellektin tətbiqi məsələsi, eləcə də vətəndaşların bu mühitdə hüquqlarını reallaşdırma imkanları təşkil edir. Eyni zamanda, elektron idarəetmənin tətbiqində meydana çıxan inzibati-hüquqi çağırışlar və məhdudiyyətlər də təhlil edilir. Məqalənin strukturu onun məqsədini və məntiqi izahını əks etdirir. Nəzəri hissədə elektron hökumət və rəqəmsallaşmış inzibati icraatın hüquqi əsasları araşdırılır, praktiki hissədə isə elektron müraciət, şikayət, elektron xidmətlərdən istifadə zamanı yaranan hüquqi boşluqlar və vətəndaşların bu proseslərə çıxış imkanları izah olunur. Vətəndaş–məmur münasibətlərində şəffaflığın, çevikliyin və hüquqi təminatın artırılması yolları da təqdim edilir.
Müəllif :
Röya Mirtalıbova
Nəşr tarixi : 2025
Məqalədə insan və vətəndaş hüquq və azadlıqlarının prioritet mühafizəsi fonunda hüquq pozuntusu törətmiş şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının tətbiqi əsasları, qaydası və bununla bağlı digər məsələlər geniş araşdırılır. Cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, mülki-prosessual, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik normalarının, habelə beynəlxalq hüquq normalarının şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının konkret hüquqi tənzimlənməsi təklif olunurMəqalədə insan və vətəndaş hüquq və azadlıqlarının prioritet mühafizəsi fonunda hüquq pozuntusu törətmiş şəxslərin hüquqlarının məhdudlaşdırılması, o cümlədən şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının tətbiqi əsasları, qaydası və bununla bağlı digər məsələlər geniş araşdırılır. Cinayət, cinayət-prosessual, inzibati, inzibati-prosessual, mülki-prosessual, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilik normalarının, habelə beynəlxalq hüquq normalarının şəxsin ölkə hüdudlarından kənara çıxışına məhdudiyyət (stop) qoyulmasının konkret hüquqi tənzimlənməsi təklif olunur
Müəllif :
Malik Səlimov, Nəzakət Səlimova
Nəşr tarixi : 2025
Hüquqi dövlətin əsas prioritetlərindən biri insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Cinayətkarlığa qarşı mübarizədə mühüm vasitə olan əməliyyat-axtarış fəaliyyəti bəzən konstitusion hüquqların pozulması ilə müşayiət oluna bilər. Məqalədə bu fəaliyyətin hüquqi əsasları, həyata keçirilməsi zamanı insan hüquqlarının müdafiəsi mexanizmləri və mövcud problemlər təhlil olunur. Beynəlxalq və milli hüquqi aktlara istinad edilərək, hüquqi tənzimin təkmilləşdirilməsi yolları təklif edilir.
Müəllif :
Natiq Hüseynov
Nəşr tarixi : 2025
Məqalədə məişət zorakılığı tədqiq olunur. Müəllif bu məqsədlə müxtəlif mənbələrin təhlilinə çalışmışdır. Diqqət edilir ki, zorakılıq mahiyyətcə təhlükəli vəziyyətdir. Müəllif zorakılığın profilaktikası üçün müəyyən təkliflər irəli sürür.
Müəllif :
Azər Orucov
Nəşr tarixi : 2025