Səadət İnayət qızı Bəktaşi
Səadət İnayət qızı Bəktaşi 25 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.
1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1976-1977-ci illərdə Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsində məhkəmə iclas katibi işləyib. 1982-1984-cü illərdə Bakı şəhəri 1 saylı Dövlət Notariat Kontorunda dövlət notariusu vəzifəsi üzrə stajor; 1984-1997-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində məsləhətçi, Sovet qanunçuluğu idarəsində 1-ci dərəcəli mütəxəssis, Qanunlar toplusu redaksiya qrupunda aparıcı mütəxəssis, Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində baş mütəxəssis, rəis müavini vəzifələrində çalışıb.
1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində işləyib.
2000-2007-ci illərdə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin sədri olub.
2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri vəzifəsini icra edib.
2010-2012-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2012-2021-ci illərdə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi və sədri, 2021-2023-cü illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2023-2025-ci illərdə Naxçıvan MR Ali Məhkəməsinin hakimi və sədri olub.
2002-2023-cü illərdə Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin İctimai Birliyinin (Assosiasiyasının) sədri; 2005-2017-ci illərdə Vəkillər Kollegiyasının İxtisas Komissiyasının sədr müavini, 2018-2023-cü illərdə Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin sədr müavini, 2023-2025-ci illərdə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü olub.
2023-cü ildən hal-hazıradək Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvüdür.
2008-ci il noyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.