Hüquqi tədqiqat şöbəsi
Şöbənin fəaliyyət istiqamətləri:
· Hüququn ayrı-ayrı sahələri üzrə, o cümlədən insan hüquq və azadlıqları sahəsində fundamental, tətbiqi elmi tədqiqat və araşdırmalar aparır, elmi-praktiki tövsiyələr hazırlayır;
· Qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak edir;
· Normativ hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsində iştirak edir;
· Hüquqi maarifləndirmə sahəsində fəaliyyət göstərir;
· Hüquq təhsilinin inkişafına töhfə verir;
· Beynəlxalq insan hüquqları təsisatlarının və beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı qərar və hesabatlarını təhlil edir və ümumiləşdirir.
Hüquqi tədqiqat şöbəsinin 11 əməkdaşı var.

Asif Xanoğlan oğlu Qədirov 12 mart 1971-ci ildə Göyçay şəhərində anadan olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996–2008-ci illərdə müxtəlif dövlət orqanlarında hüquqşünas və baş hüquqşünas vəzifələrində çalışıb.
2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir. Qarabağ Universitetində də pedaqoji fəaliyyətini davam etdirir.
2023-cü ildən Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsində hüquq tədqiqatçısı (baş mütəxəssis) vəzifəsində çalışıb. Hazırda həmin şöbənin müdiri vəzifəsini icra edir.
2024-cü ildə hüquq elmləri doktoru elmi dərəcəsini alıb.
2012-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Hüquq sahəsində bir sıra dərs vəsaitlərinin, monoqrafiyaların və metodik vəsaitlərin müəllifidir. Ölkə daxilində və xaricdə çoxsaylı elmi məqalələri dərc olunub.
Rus, ingilis və türk dillərini bilir.
Ailəlidir, üç övladı var.