Sənədlərlə iş şöbəsi

Şöbənin telefonu : (012) 537-20-73/76 (dax.119)

Şöbənin fəaliyyət istiqamətləri:

 

·        Kargüzarlıq işini təşkil edir və həyata keçirir;

·        Arxiv işini təşkil edir və fəaliyyətinə nəzarət edir;

·        Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı fəaliyyəti əlaqələndirir;

·        İnstitutun elmi kitabxanasının fəaliyyətini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

·        Tərcümə işlərinin görülməsini təşkil edir və həyata keçirir;

·        Elektron sənəd dövriyyəsinin təşkili istiqamətində aidiyyəti üzrə müvafiq tədbirlər görür.

 

Sənədlərlə iş şöbəsinin 9 əməkdaşı var.

 

 

 

Fərasət Şəkür oğlu Qurbanov 1963-cü il avqustun 28-də anadan olub.


1985–1990-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

 

1995-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda şöbə müdiri vəzifəsində işləyib.

1999-2008-ci illərdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda layihələr üzrə koordinator, regional məsələlər üzrə vitse-prezident və icraçı direktor vəzifələrində çalışıb.

2008-2021-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru vəzifəsini icra edib.

 

QHT sektorunun inkişafına yönəlmiş “Yerli QHT-lərin inkişaf proqramı”, “QHT-Hökumət münasibətləri və onun hüquqi əsasları”, “QHT-lərin sərbəst fəaliyyəti üçün hüquqi bazanın yaradılması”, “Siyasi rəhbərlər üçün danışıq aparma bacarıqları”, “Qeyri kommersiya hüququ üzrə əsaslı ictimai vəkillik”, “Azərbaycan QHT sektorunun inkişafının institusional mexanizmləri” və digər çoxsaylı layihələrə rəhbərlik edib.

 

2023-cü ildən “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin Mətbuat və beynəlxalq əlaqələr şöbəsində tədbirlərin təşkili üzrə koordinator vəzifəsində çalışıb. Hazırda İnstitutun Sənədlərlə iş şöbəsinin müdiridir.

 

Azərbaycan, ingilis, türk və rus dillərini bilir.

Ailəlidir, 2 övladı var.