Kitabda Azərbaycan ədalət mühakiməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) yurisdiksiyası altında olduğu 20 il müddətində “İnsan hüquqları və
əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsi əsasında
Azərbaycana qarşı qəbul edilmiş 66 qərarı təhlil edilərək, aşkar edilmiş pozuntular
ümumiləşdirilməklə müxtəlif bölmələr üzrə sistemləşdirilmiş, azadlıq və təhlükəsizlik
hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilmişdir.
Müəllif :
Vəfaddin İbayev
Nəşr tarixi : 2023
Monoqrafiyada ehtiyatsızlıqdan adam öldürmə cinayətinin anlayışı və ictimai təhlükəliliyi, bu cinayətə görə məsuliyyət müəyyən edən cinayət qanunvericiliyinin inkişaf tarixi təhlil edilmiş, cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri, tövsifi və bu əmələ görə cəza təyini məsələləri hərtərəfli araşdırılmışdır. Eyni zamanda bu kateqoriya cinayətlərlə bağlı bir çox ölkələrin cinayət qanunvericiliyi müqayisəli şəkildə təhlil edilmiş və cinayət qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra yeni redaksiya layihələri təklif edilmişdir. Əsərdə ehtiyatsızlıqdan adam öldürmə cinayətlərini doğuran səbəb və şərait, onların qarşısının alınmasına yönələn profilaktik tədbirlər, cinayətkarın şəxsiyyəti məsələləri də sistemli şəkildə tədqiqata cəlb olunmuşdur. Bir sözlə, kitabda ehtiyatsızlıqdan adam öldürmə əməllərinin cinayət-hüquqi və kriminoloji aspektləri kompleks tədqiq edilmişdir.
Müəllif :
Sevinc Hüseynova
Nəşr tarixi : 2021
Müasir dövrdə baş verən dərin proseslər, insanlar, dövlətlər, cəmiyyətlər,dinlər, sivilizasiyalar və digər bəşəri təzahürlər arasında, bütün əlaqələrin və münasibətlərin genişlənməsi, ümumdünya informasiya cəmiyyətinin formalaşması,beynəlxalq kapital,əmtəələr, işçi qüvvələri, təbii resurslar, texnogen təsirlər və sair məcmuu şəkildə özündə birləşdirməklə beynəlxalq bazarı, iqtisadiyyatı,mədəniyyəti,həyat tərzini, bir sözlə, ictimai həyatın bütün sahələrini əhatə edən geniş miqyaslı, qlobal bir prosesi ehtiva edir.Bu gün aparılan müxtəlif istiqamətli və çoxsaylı tədqiqatlarda qloballaşmanın çoxtərəfli və çoxməzmunlu inkişaf istiqamətlərinin daha dərindən öyrənilməsinə maraq artmışdır. Mahiyyətinə və dərinliyinə diqqət yetirdikdə,mövcud informasiyaların , texnologiyaların, iqtisadiyyatın, siyasətin,bazarın, bir sistem olaraq məntiqi- epstemoloji struktur baxımdan və rəngarəng sosial sistem olaraq elmlə sıx bağlı olduğu tam təsdiq edilir.Bu da bəşəriyyətin və dünyanın bir sistem olaraq elmi əsaslarla tədqiqinə zərurət yaradır.
Müəllif :
Səidə Həsənzadə
Nəşr tarixi : 2022
Azərbaycan Respublikasının qanunvericiliyində yaşayış və qeyri-yaşayış sahəsinin hüquqi statusuna həsr olunmuş bu elmi monoqrafiya problemin kompleks şəkildə tədqiqinin nəticəsidir. Monoqrafiyada yaşayiş sahəsi ilə bağlı qanunvericiliyin inkişaf tarixi, yaşayış və qeyri-yaşayış sahəsinin anlayışı, yaşayış və qeyri-yaşayış sahələrinin bir-birinə çevrilməsinin şərtləri və qaydasi, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə yaxud qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsinin doğurduğu hüquqi nəticələr, habelə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı məhkəmə təcrübəsi təhlil edilir. Monoqrafiyadan hüquqçular, o sıradan hakimlər, vəkillər, müəllimlər, doktorantlar, problemlə peşəkar səviyyədə maraqlanan oxucular faydalana bilərlər.
Müəllif :
Emin Dadaşov
Nəşr tarixi : 2019
The book analyzes committed and ongoing international crimes against the Azerbaijani statehood and the Azerbaijani people by Armenia. At the same time, broad
references are made to important universal and regional international legal norms,
decisions of international organizations, the works of highly qualifi ed scientists that
have researches in various fi elds, and international judicial precedents.
Müəllif :
Amir Aliyev
Nəşr tarixi : 2018
“Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin cinayət-hüquqi, cinayət-prosessual və kriminalistik problemləri” mövzusunda 17 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında keçirilmiş beynəlxalq elmi-praktik konfransın materialları.
Müəllif :
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2023
Bu tədris-metodiki vəsait Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının kursant və dinləyiciləri üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, tədris-metodiki vəsaitdən ―hüquqşünaslıq ixtisası üzrə təhsil alan ali təhsil müəssisələrinin tələbə və magistrantları, habelə doktorantlar və kommersiya (sahibkarlıq) hüququnun tədrisi ilə məşğul olan müəllimlər faydalana bilər.
Müəllif :
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2023
Bu dərs vəsaiti Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının kursant və dinləyiciləri üçün nəzərdə tutulmuşdur. Eyni zamanda, dərs vəsaitindən hüquqşünaslıq ixtisası üzrə təhsil alan ali təhsil müəssisələrinin tələbələri, magistrantları, doktorantları, habelə kommersiya (sahibkarlıq) hüququ ilə maraqlanan geniş oxucu kütləsi faydalana bilər.
Müəllif :
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2023
“İnzibati-prosessual hüquq” fənninin materialları kursantlar tərəfindən mühazirə, seminar, təcrübə və kollokvium (aralıq yoxlama) dərslərində, habelə sərbəst saatlarda öyrənilir.
Mühazirə dərsi - aidiyyəti mövzu üzrə zəruri biliklərin müəllim tərəfindən kursantların nəzərinə çatdırılmasıdır. Bu formada aparılan dərslərdə kursantların fəallığı hesabına dərsin səmərəliliyi artır. Odur ki, kursantlar fənn proqramında nəzərdə tutulmuş mövzunun mühazirə dərsindən əvvəl xülasəsi ilə tanış olmalı, müzakirəyə çıxarılacaq sualların məzmunu barədə məlumatlar əldə etməli və sualı yaranacaq təqdirdə qeydiyyatını aparmalıdır. Burada məqsəd mühazirə dərsinə kimi kursantlarda ilkin təsəvvürün yaranmasına və plan üzrə sualların müzakirəsində fəal olmalarına nail olmaqdır. Mühazirə təqdimatlarının konspektləşdirilməsi mütləq xarakter daşıyır. Konspektləşdirmə təqdim olunan materiallarla yanaşı, müəllimin şifahi izah və şərhlərini də əhatə etməlidir. Seminar - mövzu üzrə daha vacib hesab edilən və praktikumda seminar dərsinin planı şəklində müzakirəyə çıxarılan şifahi və yazılı suallarla kursantların mövzular üzrə biliklərinin yoxlanılmasıdır. Kursantlar seminara hazırlaşarkən mövzu üzrə tövsiyə edilmiş mənbələri oxumalı və həmin mənbələrdən seminar məşğələsi üzrə suallara əlavələr yazmalıdırlar.
Müəllif :
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2022
“İnzibati hüquq” - dövlət idarəetmə sistemində icra hakimiyyəti və onun təşkili, dövlət orqanları və qulluqçularının inzibati-hüquqi statusu, dövlət idarəetmə aktları, habelə inzibati xətanın hüquqi əlamətləri və tərkibi, ayrı-ayrı inzibati xəta növlərinin hüquqi xarakteristikası, inzibati xətalar haqqında işlər üzrə icraat və onun təmin edilməsindən bəhs edir.
Müəllif :
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası
Nəşr tarixi : 2022