The concept of actio popularis defined as a right to take action in vindication of public interests has been utilized in a variety of contexts. The academic literature uses the concept to refer e.g. to a right to bring claims before courts, third party countermeasures or exercise of universal jurisdiction. However, the thesis examines actio popularis solely as a judicial concept, i.e. the right of action to protect collective interests before international courts and tribunals. The central argument in the thesis is that except cases where the right of actio popularis is expressly vested in the claimants by virtue of treaty provisions such a right may be inferred from the primary norms (substantive norms) which are established to protect collective interests.
Müəllif :
Farid Turab Ahmadov
Nəşr tarixi : 2017
KİV cəmiyyətin əxlaqına, davranış qaydalarına, yeni vərdişlərin, normaların yaranmasına təsir edən ən güclü vasitədir. Bu kitab, məhz jurnalistlərin əməl etməli olduğu qaydalar haqqındadır. Günü-gündən nüfuzu və təsir gücü artan “IV hakimiyyət” nümayəndələrinin əməl etməyə borclu olduğu etk normalar barəsindədir. Bu normalara əməl etmək, sözün gücünü anlayan, sözünə dəyər verən peşəkar jurnalistin ən ümdə vəzifəsidir.
Müəllif :
Vüqar Zifəroğlu. Vəfa İsgəndərova
Nəşr tarixi : 2021
Bu vəsait Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqlarının müdafiəsi mexanizmləri haqqında məlumat vermək və vətəndaş cəmiyyəti təmsilçiləri və hüquqşünaslar üçün bələdçi olmaq məqsədi daşıyır. Toplu BMT mexanizmləri və ondan istifadə imkanlarını təsvir edən bir neçə təlimat və vəsaitin məcmusudur. “Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Mexanizmləri - hüquqların monitorinqi və hesabatlılıq üçün praktiki vəsait” adlı təlimat BMT-nin üzv dövləti kimi Azərbaycan Respublikası üçün çatımlı olan universal müdafiə mexanizmləri barədə nəzəri və praktiki məlumat verir.
Müəllif :
Sahib Məmmədov
Nəşr tarixi : 2015
Kitaba təlimlərdə istifadə üçün praktik materiallar – rol oyunları, məsələlər, testlər, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları və onlardan seçmələr, hüquqi sənədlərin nümunələri və digər materiallar daxil edilib.
Müəllif :
Nəşr tarixi : 2010
Hüquq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı: Dissertasiya işi Bakı Dövlət Universitetinin “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasında yerinə yetirilmişdir.
Müəllif :
Sübhan Əliyev
Nəşr tarixi : 2018
“DİO-nun inzibati fəaliyyəti” kafedrası Bakalavr hazırlığına dair əyani təhsil alanlar üçün “İnzibati hüquq” fənni üzrə praktikum məzmun baxımdan nəzəri suallar, müstəqil həlli üçün tapşırıqlar, tövisyə olunan normativ hüquqi aktlar və s. daxil edilməklə fənnin seminar (təcrübə) məşğələlərin keçirilməsi məqsədilə hazırlanan tədris-metodik vəsaitdir.
"İnzibati hüquq” fənni üzrə praktikum kursantlar, müəllimlər, “İnzibati hüquq "un məsələləri ilə maraqlanan şəxslərə ünvanlanıb.
Müəllif :
Polis Akademıyası
Nəşr tarixi : 2018
Bu nəşr Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və NIRAS tərəfindən həyata keçirilən “Avropa İttifaqi Gender Bərabərliyi Naminə İslahat Üzrə Yardim Xidməti” layihəsi çərçivəsində hazırlanıb. Onun məzmunu yalnız NIRAS-ın məsuliyyətidir və Avropa İttifaqının fikirlərini əks etdirmir.
Müəllif :
Günel Mehdiyeva
Nəşr tarixi : 2023
Dərslikdə insan hüquqlarının beynəlxalq və milli (dövlətdaxili) hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi, beynəlxalq praktika, bu istiqamətdə qəbul edilmiş mühüm beynəlxalq normalar (universal, regional, ikitərəfli), o cümlədən Azərbaycan Respublikası və müxtəlif dövlətlərin qanunvericiliyi əsasında geniş təhlil edilmişdir.
Müəllif :
Əmir Əliyev
Nəşr tarixi : 2013
Kitabda kiberməkanda mövcud olan çoxşaxəli münasibətlərin hüquqi və etik problemləri, İnternetdə insan hüquqları, o cümlədən informasiyanın əldə olunması, ötürülməsi, şəxsi həyat və uşaq hüquqlarının qorunması və elektron xidmətlərin tənzim edilməsi üzrə norma və prinsiplər araşdırılıb.
Kitab ali məktəb tələbələri, hüquqşünaslar, media peşəkarları və ümumilikdə bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulmuşdur.
Müəllif :
Səyyad Məcidli
Nəşr tarixi : 2015
Bu mövzuda verginin anlayışı, onun yerinə yetirdiyi funksiyalar, verginin hüquqi tərkib elementlərin, vergi hüququnun predmeti, sistemi və prinsipləri, vergi qanunvericiliyi və bura daxil olan ayrı-ayrı normativ - hüquqi aktlar, nəhayət, vergi hüquq münasibətəlri (subyektləri, obyektləri və məzmunu) kimi müxtəlif məsələləri təhlil edilib.
Müəllif :
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası, İmrəli Məmmədli
Nəşr tarixi : 2018