İki minillikdәn artıqdır ki, bәşәr sivilizasiyası azadlıq, şәrәf vә lәyaqәt, vicdan, vәzifә vә mәsuliyyәt, xeyirxahlıq vә әdalәt kimi mәnәvi dәyәrlәrә әsaslanan “ideal cә miyyәt” ümid vә gözlәntilәri ilә yaşayır. Belә bir cәmiyyәtin qurulması ideyası hәmişә mütәfәkkirlәri narahat etmişdir, lakin buna baxmayaraq, mәnәvi inkişaf vә әxlaqi bәşәri dәyәrlәrin tәkmillәşdirilmәsi üçün sosial-hüquqi şәraitin yaradılması problemi bu gün dә filosofların, psixoloqların vә hüquqşünasların qarşısında sual olaraq qalır. Şәxsin şәrәf vә lәyaqәti sosial dәyәrlәr vә hüquqi imtiyazlar sistemindә aparıcı yer tutur. Şәxsiyyәtin azad lığı vә lәyaqәtinin insan hüquqları yurisdiksiyasında rolu ilә bağlı ilk dayanacaq bu anlayışın ölkәlәrin konstitusiyalarına necә daxil olması vә azadlıq vә lәyaqәtin beynәlxalq vә milli mәhkәmәlәr tәrәfindәn tәhlükәli qәsdlәrdәn hüquqi müdafiәsi mәsәlәsidir. Şәxsiyyәtin azadlığının, şәrәf vә lәyaqәtinin cinayәtkar qәsd lәrdәn qorunması vә cinayәtlәrin qarşısının alınması konstitusion insan hüququ vә dövlәtin hüquq-mühafizә sisteminin әn mühüm mәqsәdidir. Bu vәzifәnin uğurla ye rinә yetirilmәsi şәxsin azadlığına vә toxunulmazlığına qarşı ictimai tәhlükәli qәsdlәrin düzgün tәsniflәşdirilmәsini tәlәb edir.
Müəllif :
Hacıbәyli Tural - hüquq üzrә fәlsәfә doktoru, “Azәrbaycan Sәnaye Korporasiyası” Hüquq departamentinin Qeydiyyat vә mәhkәmәlәrlә iş şöbәsinin müdiri.
Nəşr tarixi : 2024
Mәqalәdә qeyd olunur ki, insan hüquqları sahәsindә mühüm münasibәtlәrin tәnzimlәnmәsi beynәlxalq hüququn әn aktual problemlәrindәn biridir. Belә ki, insan hüquqları sahәsindә beynәlxalq әmәkdaşlıqla bağlı münasibәtlәrin tәnzimlәnmәsi çox vacibdir. Dövlәtlәrarası münasibәtlәrin inkişafı – insanların hüquq, azadlıq vә qanuni maraqlarının tәmini ilә әlaqәdar çox vacib iqtisadi vә hüquqi xarakterli problemlәrin yaranmasına sәbәb olur. Dövlәtlәr qarşısında duran mühüm vәzifә insan hüquqlarının kobud vә müntәzәm şәkildә pozulmasının qarşısını almaqdır. İnsan hüquqları sahәsindә tәkmillәşmiş mexanizmin yaradılması vә bunun nәticәsindә insan hüquqlarının pozulmasının qarşısını almaq dövlәtlәr qarşısında duran vәzifәlәrdәndir.
Müəllif :
Cahangirova Aygül - BDU Hüquq fakültәsi “İnsan hüquqları vә informasiya hüququ” UNESCO kafedrasının doktorantı.
Nəşr tarixi : 2024
Mәqalәdә sәhiyyә sahәsindә beynәlxalq xarakterli “mülayim” hüquq normalarının Azәrbaycan Respublikasının qanunvericiliyinә tәsirindәn bәhs olunur. İlk olaraq sәhiyyә sahәsindә “mülayim” hüquq normalarının xüsusiyyәtlәri araşdırılır. Qeyd olunan normaların Azәrbaycan Respublikasının hüquqi sistemindә maddi hüquqi implementasiyasının xüsusiyyәtlәri tәhlil edilir. Bu istiqamәtdә “mülayim” hüquq normalarını tәsbit edәn beynәlxalq sәnәdlәrlә Azәrbaycan Respublikasının milli qanunvericiliyi müqayisә edilir. Eyni zamanda “mülayim” hüquq normalarının yardılmasında vә realizәsindә Ümumdünya Sәhiyyә Tәşkilatının fәaliyyәtinә diqqәt edilir.
Müəllif :
Hüseynova Fatimә - hüquq üzrә fәlsәfә doktoru, Bakı Dövlәt Universiteti Hüquq fakültәsi “Beynәlxalq xüsusi hüquq vә Avropa hüququ kafedrası”nın dosenti.
Nəşr tarixi : 2024
Bəşəriyyətin qolobal inkişafının müasir mərhələsi dövlətin milli təhlükəsizliyinin bütün sahələrinin vəziyyətinə əhəmiyyətli təsir göstərən informasiya – kommunikasiya texnologiyalarının gücləndirici amili ilə fərqlənir. Beynəlxalq və milli təhlükəsizliyin bütün istiamətləri üçün informasiya meyarı xüsusi vacib rol oynayır [14, s. 33]. Son iyirmi il ərzində dinamik ümumsünya tendensiyası qeyd olunur ki, o da, informasiya fəaliyyətinin hüquqi baxımdan tərtib olunmasından beynəlxalq və milli aspektdə informasiya təhlükəsizliyinin imperativi kimi çıxış edən insannın və vətəndaşın hüquq və azadlıqlarının konstitusiya – hüquqi əsaslarının dərin refleksiyasına kimi aparılan hüquqi tədqiqatların vektorunun dəyişikliklərini xarakterizə edir.
Müəllif :
Afət Fərzullayeva - Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2018
XV-XVI əsrlər Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrü Azərbaycan tarixində dövlətçilik ənənələrinin bərpası, inkişafı və möhkəmlənməsi dövrü kimi xarakterizə etmək olar. Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar və Səfəvi dövlətlərinin yaranması və fəaliyyəti nəticəsində ölkəmizin Beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi mövqeyi və rolu güclənmiş, onun Avropa və Şərq ölkələri ilə qarşılıqlı münasibətləri daha da genişlənmişdir.
Müəllif :
Qəhrəman Behbudov, Tural Hüseynov - NDU
Nəşr tarixi : 2018
Liberal düşüncə tərzinə əsaslanan müasir sivil cəmiyyətlərdə insanın hüquq və azadliqlarının müdafiə olunması və inkişaf etdirilməsi, başlıca məqsəd rolunu oynayır. Bununla əlaqədar olaraq hüquqi normalarin məzmununda əxlaqın yeri və rolunun açıqlanması, onun xüsusi çəkisinin çoxalmasinın azadliğın inkişafi baxımından mənalandırılmasının zəruriliyi daha aydın görünür.
Müəllif :
Qərib Allahverdiyev - Naxçıvan Dövlət Universiteti
Nəşr tarixi : 2019
Məqalədə müasir dövrdə yüklərin beynəlxalq, yəni dövlət sərhədlərini aşmaqla daşınması ilə bağlı meydana çıxan problemlərin hüquqi tənzimlənməsi məsələləri tədqiq edilmişdir. Yüklərin beynəlxalq yollarla daşınması daim aktual problemlər sırasında olmuşdur. Burada yüklərin göndərilməsi, daşınması, çatdırılması prosesində meydana çıxan münasibətlərin hüquq normaları çərçivəsində nizamlanmasından söhbət gedir. Bu tip münasibətlər həm beynəlxalq müqavilə hüququ, həm çinin beynəlxalq adət normaları ilə nizama salınır. Lakin dövlətlər arasında ticarət münasibətlərinin intensiv şəkildə inkişafı, yeni, qlobal nəqliyyat layihələrinin meydana çıxması əsasən beynəlxalq müqavilə normalarına üstünlük verilməsini obyektiv bir zərurətə çevirmişdir
Müəllif :
Aslanov Vüsal - Bakı Dövlət Universiteti “Beynəlxalq xüsusi hüquq və Avropa hüququ” kafedrasının dissertantı.
Nəşr tarixi : 2019
Məqalədə müasir Avropa və Azərbaycan inzibati-hüquqi elmində "yaxşı idarəetmə" hüququnun təyininə əsas yanaşmalar tədqiq edilir. Azərbaycan Respublikasının qanunvericiliyində xarici ideyaların reallaşdırılmasının istiqamətlərini aşkara çıxarılır. İdarəetmə fəaliyyətinin təkmilləşdirilməsi – bu dövlətin daimi vəzifəsidir. Hazırda qəbul edilən qərarlar dövlət və bələdiyyə idarəçiliyinin sisteminin gələcək inkişafının düzgün seçilmiş istiqamətlərinin üzə çıxarılmasına imkan verir. "Yaxşı idarəetmə" konsepsiyasının tədricən həyata keçirilməsi müəyyən aşkarlıqla Respublikamızının iqtisadi, siyasi və hüquqi inkişafının prioritet istiqamətinə çevrilmiş və bu sferada qəbul edilən qanunvericilik aktları vətəndaşların hüquqlarının müdafiəsinə xidmət etməklə, onların dövlət idarəçiliyində daha yaxından iştirakına zəmanət verir.
Müəllif :
Əliyeva Ləman - Bakı Dövlət Universiteti “İnsan hüquq ları və informasiya hüququ” YUNESKO kafedrasının doktorantı
Nəşr tarixi : 2019
Müasir dövrdə avtomobil nəqliyyatı ölkənin iqtisadi infrastrukturunda xüsusi yer tutur. İnsanların, cəmiyyətin və dövlətin nəqliyyat tələbatının ödənilməsi, gün dəlik yük və sərnişin daşımalarının həyata keçirilməsi məhz avtomobil nəqliyyatının müntəzəm fəaliyyət göstərməsindən əhəmiyyətli dərəcədə asılıdır. Avtomobil nəqliyyatı müəyyən funksiyalar yerinə yetirir ki [1, s.481], bu da onun ahəngdar işinin və iştirak etdiyi yol hərəkəti prosesində təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini şərtləndirir. Ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyi ümummilli təhlükəsizlik sisteminə aid olan vacib məsələdir və onun təmin olunması dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Yol hərəkəti təhlükəsizliyinin aktuallığı küçə yol şəbəkəsində mövcud olan hərəkət şəraiti və avtomobillərin artım tempi ilə funksianal formada qarşılıqılı əlaqəlidir.
Müəllif :
R.M.Zeynalov - polis general-mayoru
E.Ə.Əliyev - hüquq üzrə fəlsəfə doktoru, DİN Baş Dövlət Yol Polisi İdarəsi.
Nəşr tarixi : 2019