Məqalədə qeyd edilir ki, dünya dövlətlərinin məhkəmələrinin təcrübəsi göstərir ki, onlar beynəlxalq hüquq normalarını getdikcə daha geniş tətbiq edirlər. Bu isə beynəlxalq inteqrasiyanın getdikcə daha da dərinləşməsi, beynəlxalq hüququn obyektiv və subyektiv sərhədlərinin genişlənməsi, onun nizamasalma predmetinə əvvəllər milli hüququn nizamasalma predmetinə daxil olan bir sara sahələrin daxil olması ilə əlaqədardır. Beynəlxalq öhdəliklərin həcmi və mürəkkəbliyi artır və onların həyata keçirilməsinə dövlət orqanlarının daha geniş dairəsi qarışmalı olur. Dövlət orqanlarının beynəlxalq hüquq normalarının həyata keçirilməsi üzrə təşkili və fəaliyyəti milli hüquqla tənzim olunur. Beynəlxalq hüquqa gəlincə, o bütövlükdə dövlətin üzərinə öhdəlik qoyur. Dövlət isə öz orqanlarının beynəlxalq hüquq normalarının həyata keçirilməsi üçün lazımi tədbirlər görməsini təmin etməlidir.
Müəllif :
N.H.Mehdiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Təqdim edilən məqalədə cinayət prosesinin qanunçuluq və ədalətli müdafiə hüququ kimi mühüm prinsiplərinin həyata keçirilməsində əməliyyat-axtarış fəaliyyətinin imkanlarından istifadənin bəzi problemləri araşdırılır. Əməliyyat-axtarış və prosessual qanunvericiliyin tələblərinə cavab verən əməliyyat materiallarından sübut kimi istifadə edilə bilər ki, bu da öz növbəsində obyektiv olaraq yuxarıda göstərilən prinsiplərin həyata keçirilməsinə xidmət edir. Müəllifin fikrincə, bu problem ilk növbədə öz həllini əməliyyat-axtarış fəaliyyətinin gedişində əməliyyat-axtarış qanunvericiliyinin tələblərinə ciddi riayət edilməsində tapır. Çünki bu tələblərə əməl edilməməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən onlardan cinayət prosesində istifadə edilməsini mümkünsüz edir. Məqalədə həmçinin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər də öz əksini tapmşdır.
Müəllif :
B.M.Əsgərov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə təhlükəsizliyin təmin olunmasının iki əsas konsepsiyasına diqqət yönəlir, dövlət təhlükəsizliyinin dövlətdaxili və xarici təhlükəsizliklə bağlı olduğu qeyd olunur və bu kontekstdə əməliyyat-axtarış fəaliyyətinin rolundan, sonuncunun qədim dövrdə Azərbaycanda və digər Şərq dövlətlərində mövcudiyyətindən, tarixi hadisələr və faktlar timsalında həmin fəaliyyətin ayrı-ayrı növlərindən və bəzi spesifik xüsusiyyətlərindən (məxfiliyin qorunması məsələlərindən) bəhs olunur və əsas diqqət sözügedən fəaliyyətin siyasi axtarış növünə yönəlir, onun hələ qədim dövrdə mövcud olduğu və o zamanki qanunvericilikdə öz əksini tapdığı vurğulanır və bununla bağlı bəzi mühüm məsələlər (dövləti cinayətlərlə, onun ayrı-ayrı təzahürləri ilə - separatçılıqla mübarizə məsələləri) araşdırılır.
Müəllif :
E.Q.Nəbiyev - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
В статье рассматриваются вопросы значимости общей и профессиональной культуры судебного оратора в усвоении основ ораторского искусства. Культурной речью считается грамматическая и логическая правильность, которая относится к смысловой точности, богатству и разносторонности словарного запаса и отвечает существующим в настоящее время нормам правильного произношения и ударения.
Müəllif :
А.А.Гасымов, - Бакинский Государственный Университет
М.С.Гафаров - Бакинский Государственный Университет
Nəşr tarixi : 2023
Məqalədə “hüququn aliliyi” və “qanunun aliliyi” anlayışlarının qarşılıqlı əlaqəsi təhlil edilir və həmin terminlərin qanunvericilikdə müxtəlif mənada ifadəsinin düzgün tətbiqi və eyniləşməsinə dair müvafiq fikir mübadiləsi aparılır. Qeyd olunan terminlərin müqayisəsi aparılmaqla “hüququn aliliyi”nin universal etibarlılıq konsepsiyası olaraq həm beynəlxalq, həm də milli hüququn prinsipi kimi qiymətləndirilməsi aparılır. Məqalədə, həmçinin “hüquqi dövlət” anlayışları ilə Azərbaycan Respublikası Konstitusiyasının bəzi müddəaları arasında iddia edilən ziddiyyətlər araşdırılır və onların aradan qaldırılması imkanları təklif edilir. Qanunun hüquqa, xüsusən də beynəlxalq müqaviləyə uyğun gəlməməsi ehtimalına beynəlxalq məhkəmə orqanlarının təcrübəsi öyrənilir. Qeyd olunan terminlərin qarşılıqlı təhlilin nəticəsiləri irəli sürülür.
Müəllif :
T.İ.Hüseynov - Bakı Dövlət Universiteti
U.M.Məmmədov - Hüquq və İnsan Haqları İnstitutu
Nəşr tarixi : 2023
Məqalədə, 1920-ci ildə Rusiyanın XI ordusunun hərbi təcavüzü nəticəsində süqut etdirilən Azərbaycan Xalq Cümhuriyyəti”nə (AXC) qarşı həyata keçirilmiş ərazi dəyişikliyinin beynəlxalq hüquq baxımından əhəmiyyətsizliyi təhlil edilir. Rusiyanın Azərbaycana hərbi müdaxiləsindən sonra Moskva hakimiyyəti tərəfindən Azərbaycanda törədilən çox sayda beynəlxalq cinayətlər Azərbaycan Respublikası üçün AXC-nin kontinuitetini əsaslandırması qeyd edilir. AXC-nin ərazilərinin, o cümlədən Zəngəzurun Ermənistana verilməsinin qanunsuz olması və bu anlamda həmin əraziyə münasibətdə Ermənistan üçün müasir beynəlxalq hüquq baxımından “dövlətlərin ərazi bütövlüyü” prinsipinin keçərli olmadığı əsaslandırılır. Bu gün mübahisəsi gedən ərazilərin delimitasiya və demarkasiyasının “Versal hüququ” ilə təmin edilməsi əsasları nəticəsi verilir və qeyd edilir ki, Azərbaycana münasibətdə “Versal hüququ” yalnız bir halda istisna edilə bilər. Əgər predmetini ərazi məsələləri də təşkil edən Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, o halda Azərbaycan Xalq Cümhuriyyətinin də beynəlxalq hüquq subyektliyini əsaslandırmış “Versal hüququ” dayandırılmış ola bilər.
Müəllif :
Ə.İ.Sadıqov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Hüquq tarixinin dərk edilməsinə elmi yanaşma tarixi faktların və hadisələrin konseptual və nəzəri başa düşülməsini və qiymətləndirilməsini nəzərdə tutur. Bu problemin həllinə ümumelmi, xüsusi tədqiqat metodlarından istifadəyə əsaslanmaqla nail olmaq olar ki, bu da tarixi-hüquqi biliklərin metodoloji əsaslarının təkmilləşdirilməsini və hüquq metodologiyasının müxtəlif sahələrinin dərindən təhlilini tələb edir. Məqalədə hüquq tarixinin dərin qatlarının öyrənilməsində metodologiyanın əhəmiyyətinə və roluna diqqət çəkilir.
Müəllif :
X.C.İsmayiıov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Целью исследования, проведенного в рамках представленной статьи, является определение места и значения конституционно-конформного толкования с точки зрения практики различных конституционных судов, а также уточнение позиции современной судебной доктрины относительно целей, задач, преимуществ и недостатков указанного вида толкования. В данной работе рассмотрены конституционно-правовые нормы и судебная практика ряда стран (Германия, Италия, Испания, Российская Федерация, ЮАР) по вопросу толкования законодательства в соответствии с их конституциями, раскрыты и представлены предлагаемые доктриной этих стран решения спорных моментов по соответствующему вопросу, уточнены предлагаемые пути их разрешения. Одним из основных результатов исследования является то, что конституционно-конформный метод толкования, применяемый органами конституционного контроля, признается важным средством обеспечения конституционности отношений между судебной властью и другими ветвями власти, а также одним из главных инструментов прагматичного и эффективного конституционного контроля. Это связано прежде всего с тем, что в рамках указанного вида толкования конституционные суды, не вступая в прямую конфронтацию с законодательной властью и не вмешиваясь в их правотворческую деятельность, исключают тот или иной вид толкования закона из имеющихся вариантов толкования, признавая закон в целом соответствующим конституционным нормам и оставляя таким образом в рамках функционирующей системы правового регулирования.
Müəllif :
Р.Р.Исмаилов - Бакинский государственный университет
Nəşr tarixi : 2023
Məqalədə mirasın açıldığı vaxt və açıldığı yer anlayışları izah olunmuşdur, mirasın qəbul edilməsinin əsas xüsusiyyətləri tədqiq edilmişdir, bəzi xarici ölkələrin qanunveriçilikləri ilə müqayisəli təhlillər aparılmışdır. Mirasın qəbul edilməsi üsulları araşdırılmışdır.
Müəllif :
Ş.M.Yusifov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023
Məqalədə tanınmayan qurumların “hüququ”nun tətbiqi məsələlərindən bəhs olunur. Bununla bağlı mövcud hüquq doktrinası və məhkəmə təcrübəsi təhlil edilir. Təhlil əsasında mövcud olan yanaşmaların nəzəri və təcrübi baxımdan istifadə edilməsi imkanları müəyyən edilir. Nəticə olaraq qeyd edilir ki, beynəlxalq hüquq qaydasını pozmaqla, xüsusilə təcavüzün nəticəsində yaranan qurumların “hüququ” tətbiq edilə bilməz və onların hüquqi aktları tanına bilməz. Bu halda məhkəmə ümumi qayda haqqında qeyd-şərt etməklə, öz hüququnu tətbiq edə bilər. Xüsusi münasibətlər sferasına aid olan və bir qayda olaraq şəxslərin hüquqi statusuna (hüquq qabiliyyəti, ailə, vərəsəlik və s.) aid hüquqi aktların tanınması isə məhkəmənin mənsub olduğu dövlətin beynəlxalq hüquqi öhdəlikləri çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həyata keçirilir.
Müəllif :
Ə.Q.Məmmədov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2023