Məqalədə təcavüz cinayəti və mədəni irsin qorunması problemi hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi və mühüm beynəlxalq sənədlərlə geniş təhlil edilir. Qeyd edilir ki, beynəlxalq cinayətlərin bir növü olan təcavüz cinayəti həm də mədəni irsin məhv edilməsinə qarşı yönəlir. Məqalədə belə bir fikir əsaslandırılır ki, təcavüz cinayəti və mədəni irsin mühafizəsi insan hüquqları ilə sıx bağlıdır ki, bu da bütövlükdə mədəni hüquqların təmin edilməsi ilə əlaqələndirilməlidir. Ona görə də mədəni irsin mühafizəsi problemləri insan hüquqları ilə sıx qarşılıqlı əlaqədə təhlil edilməlidir. Sonda, təcavüz cinayəti və mədəni irsin və insan hüquqlarının qorunması probleminə dair bir sıra nəzəri və praktiki təkliflər irəli sürülür. Belə ki, qeyd edilir ki, dövlətlərin təcavüz cinayəti ilə əlaqədar məsuliyyətinin artırılması məqsədilə qəbul edilmiş beynəlxalq sənədlərin icra mexanizmləri dəqiq formalaşdırılmalı və müvafiq məsuliyyət tədbirləri gücləndirilməlidir.
Müəllif :
Leyla Həşimova Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2024
Odlu silahdan, soyuq silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə quldurluq və ya qətl törədən cinayətkarlara məhkəmələr tərəfindən ittiham irəli sürülərkən və hökm oxunarkən problemlər yaranır, çünki bu cinayətlərə dair hüquqi normalar bu əməlləri əhatə etmir. Hüquq normaları soyuq silaha sahib olmaq və gəzdirmək üçün məsuliyyət müəyyən edir, lakin ondan istifadə aktını əhatə etmir. Ona görə də hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bu cinayətlərlə bağlı maddələri təkmilləşdirilməli, soyuq silahdan və ya silah qismində istifadə edilən əşyadan istifadə etmə hərəkətlərini əhatə etməli, quldurluq və qəsdən adam öldürmə cinayətlərinin tövsif edilməsi zamanı yaranan fəsadları aradan qaldırmalıdır.
Müəllif :
Rəşid Yusifov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının müəllimi, polis baş leytenantı
Nəşr tarixi : 2024
The exploration of crime scene investigations in Islamic jurisprudence has revealed a rich history that resonates with modern practices. From the early Islamic era to contemporary times, the significance of thorough investigations, evidence preservation, and specialized knowledge has been evident. The reliance on specialized teams and expert opinions has been a hallmark of Islamic legal proceedings, emphasizing the importance of relying on scientific advancements and skilled professionals for a comprehensive understanding of legal disputes. Moreover, the integration of legal regulations into crime scene investigations, focusing on both technical methodologies and human rights considerations, underscores the need for a balanced approach that safeguards public security while upholding individual rights and privacy. The inclusion of female experts within investigation teams and the implementation of gender-specific protocols for preserving the sanctity of the deceased reflect the ongoing evolution of investigative practices in accordance with Islamic principles and contemporary legal frameworks.
Müəllif :
İsmayil Amirli - The lecturer of the Criminalistics department at the Police Academy within the Ministry of Internal Affairs, police captain
Nəşr tarixi : 2024
“Axtarış və götürmə” istintaq hərəkəti cinayətlərin araşdırılması və açılması istiqamətində mühüm məsələlərdən biri olan sübut probleminin həlli yolu kimi çıxış edir. Bir çox hallarda məhz bu istintaq hərəkəti vasitəsilə sübutlar aşkar edilir və götürülür. Məhz buna görə də qeyd olunan istintaq hərəkətlərinin aparılması zamanı yaranacaq hüquqi və praktiki problemlər cinayət təqibinin yanlış aparılmasına və iş üzrə sübutların itirilməsinə səbəb ola bilər. Bunun üçün bu istintaq hərəkətinin aparılması ilə bağlı mövcud normativ qanunvericiliyə əməl edilməli və müasir dövrdə həmin normaların təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılmalıdır.
Müəllif :
Fəxrəddin Cəfərov - Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Kriminalistika” kafedrasının müəllimi, polis leytenantı
Nəşr tarixi : 2024
Bu məqalə rəqəmsal kriminalistikanın inkişafının mahiyyətini və perspektivlərini açır. Rəqəmsal kriminalistikanın məzmununa, cinayətlərin rəqəmsal izlərinin və müqayisəli tədqiqat üçün nümunələrinin toplanmasına, rəqəmsal ekspertizaların təyin edilməsinə, o cümlədən kompüterlər, mobil cihazlar və elektron media olan dəlillərin yoxlanılması və götürülməsi üçün müstəntiqlərin iştirakı ilə istintaq hərəkətlərinin aparılması taktikasına xüsusi diqqət yetirilir.
Müəllif :
Rasim İsaqov - Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Kriminalistika” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı
Nəşr tarixi : 2024
Elmi məqalədə kriminalistik fərziyyələrin mahiyyəti, fərziyyələrin qurulması üçün tələblər, tədqiqat mərhələlərində fərziyyələr irəli sürərkən məlumat mənbələri, o cümlədən məntiqi metodlar əsasında fərziyyələrin qurulması və sınaqdan keçirilməsi prosesi araşdırılır. Elmi məqalədə ibtidai istintaqın müəyyən mərhələlərində istintaqın təşkili və planlaşdırılmasında müstəntiqin fəaliyyətinə də diqqət yetirilir. Elmi məqalənin hüquqi məzmununda müəyyən nəticələr çıxarılır, tədqiqatın mövzusu ilə bağlı nəticələr ümumiləşdirilir.
Müəllif :
Ələkbər Allahverdiyev Azərbaycan Respublikası DİN-in Pоlis Akademiyasının “Kriminalistika” kafedrasının baş müəllimi, pоlis pоlkovniki
Nəşr tarixi : 2024
Məqalədə cinayət prosesində əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən cinayət işlərində sübut kimi istifadə məsələləri müzakirə olunur. Əməliyyat-axtarış fəaliyyətinin resurslarından istifadənin əhəmiyyəti və zəruriliyi barədə alimlərin fikirləri təhlil olunur. Əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin epistemoloji mahiyyətinə görə cinayət-prosessual bilik mövqeyindən əldə edilməsinin yolları araşdırılır. Tədqiqat nəticəsində əldə edilən nəticələr cinayət işinin nəzəriyyəçiləri və praktikantları üçün maraqlı ola bilər. Cinayət prosesində əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin sübut kimi istifadəsinin kriminalistika aspektləri.
Müəllif :
Allahverdi Mahmudov Azərbaycan Respubliкası DİN-in Polis Aкademiyasının “Kriminalistiкa” кafedrasının dosenti
Nəşr tarixi : 2024
Müasir dövrdə innovativ kriminalistik texnologiyalarının inkişaf prosesi ilə bağlı müvafiq texniki vasitələrin və metodların seçilməsi, onların kriminalistik xüsusiyyətlərinin öyrənilməsi, eyni zamanda cinayətlərin açılması və araşdırılmasında tətbiqi zərurəti aktuallıq təşkil edir. Məqalədə cinayətlərin açılması, araşdırılması və qarşısının alınması üçün kriminalistik əhəmiyyətə malik məlumatların əldə edilməsi məqsədilə rəqəmsal texnologiyaların inkişafına uyğun yeni üsul və metodların işlənib hazırlanması və onlardan istifadə imkanları göstərilmişdir. Digər növ cinayətlərdə olduğu kimi, vətəndaşların şəxsi əmlakının talaması ilə bağlı hüquqazidd əməllərin aşkar olunmasında və araşdırılmasında pilotsuz uçuş aparatlarından, 3D modelləşdirmədən, biodetektorlardan, avtomatlaşdırılmış barmaq izi sistemlərindən və s., eləcə də qeyriənənəvi metodlardan istifadə imkanları şərh edilmişdir
Müəllif :
Canpolad Daanov
Nəşr tarixi : 2024
Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ümumilli lider Heydər Əliyevdir. Ümumilli liderin rəhbərliyi altında ölkədə plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.
Müəllif :
İlham İbrahimov - Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının baş müəllimi, polis polkovnik-leytenant
Nəşr tarixi : 2021
Uzun müddət məlumat azadlığı sahəsində beynəlxalq inkişaf ifadə azadlığının kölgəsində qalırdı. 200 ilə yaxındır ki, 1766-cı il tarixli İsveç Məlumat əldə etmə haqqında Qanun demək olar ki, unikal bir sənəd idi. II Dünya Müharibəsindən sonra beynəlxalq azadlıqların inkişafı gücləndirildi və bunlar əsas insan hüquqlarının bir hissəsinə daxil edildi. Məlumat azadlığı ifadə azadlığı ilə yanaşı beynəlxalq konvensiyalara daxil edilmişdir və tədricən demokratik bir cəmiyyətin əsas xüsusiyyətlərindən biri kimi inkişaf etdirilmişdir. Məlumat azadlığı məlumatı axtarmaq və əldə etmək hüquqlarını özündə ehtiva edir və iki elementə malikdir.
Müəllif :
Aysel Hacıyeva - Bakı Dövlət Universiteti Hüquq fakültəsi İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının dissertantı
Nəşr tarixi : 2021