Hüquqda insan hüquqları və vətəndaş hüquqları kimi iki anlayış fərqləndirilir. Anlayışların qısa məğzi belədir ki, insan hüquqları və azadlıqları hər bir insanın yaşadığı, olduğu məkandan asılı olmayaraq, malik olduğu haqlardır və bu haqları əldə etmək üçün insan fərdinin yaranması kifayətdir, vətəndaş hüquqları və azadlıqları isə hər bir insanın dövlətlə qarşılıqlı hüquqi‐siyasi münasibətindən, vətəndaşlıq faktorundan asılı olaraq yaranır, bir ərazidə bu haqlara malik olan insan başqa dövlətin ərazisində malik olmur.
Müəllif :
Gülşən Cəbi - Hüquqşünas
Nəşr tarixi : 2016
Cinayət hadisəsi törətmiş şəxsin özünün hadisənin gedişində həlak olması, yaxud onun sonradan vəfat etməsi hallarında ibtidai araşdırma orqanları və məhkəmələrin məhz hansı məzmunda prosessual qərarlar qəbul etmələri son illərə qədər mübahisə predmeti olmamışdır. Azərbaycan Respublikasının 2000‐ci ilə qədər qüvvədə olmuş Cinayət‐Prosessual Məcəlləsinin (bundan sonra CPM), habelə hazırda qüvvədə olan CPM‐nin 10.07.2011‐ci il tarixə qədərki redaksiyasının normalarına əsasən bu məsələnin sadə və bizim fikrimizcə məntiqi həlli var idi. Hadisə törətmiş təqsirli şəxsin nə vaxt ölməsindən asılı olmayaraq icraatında iş olan orqan tərəfindən icraata xitam verilirdi. Yalnız ölən şəxsin reabilitasiyasının zəruri olması hallarında icraat davam etdirilirdi. Həm də təqsirli şəxsin reabilitasiyası məqsədilə icraatın davam etdirilməsinə təcrübədə o hallarda yol verilirdi ki, cinayət törətməsi ehtimal olunan şəxs haqqında artıq ittiham aktı, yaxud məhkəmə hökmü mövcud olmuş olaydı. Bir sözlə cinayət hadisəsi törətmiş, lakin hadisənin gedişində, yaxud hadisədən sonra ölmüş şəxslər haqqında heç bir halda ittiham aktı yazılmırdı, onlar məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəməyə verilmirdilər və təbii ki, mühakimə olunmurdular. Hazırda qüvvədə olan CPM‐nin 39.1.5‐ci maddəsi hadisə törətmiş şəxsin ölməsi hallarında onun təqsirinin sübuta yetirilib‐ yetirilməməsindən asılı olmayaraq cinayət təqibini istisna edir. Doğrudur, bəzi hüquqşünaslar hesab edirlər ki, təqsirli şəxs nəinki hadisəni törətdikdən sonra elə hadisəni törədilməsi gedişində də ölə bildiyindən bu maddənin dəqiqləşdirilməsinə eytiyac vardır. Biz hesab edirik ki, bu maddədə düzəliş edilmədən də söhbətin nədən getdiyi aydındır.
Müəllif :
Müzəffər Ağazadə - Əməkdar hüquqşünas
Nəşr tarixi : 2016
Hüquqi, demokratik dövlət quruculuğu şəraitində vəkillik institutunun insan və vətəndaşların hüquqlarının qorunmasında, onların pozulmuş hüquqlarının bərpa edilməsində rolu şəksizdir. Hüquqda hər bir institutun, təsisatın inkişaf istiqamətini müəyyən etmək üçün bu institut və ya təsisat haqqında qanunvericiliyin inkişaf tarixini öyrənmək zəruridir. Ona görə də məqalədə vəkillik institutunun yaranması və inkişafı tarixinə müraciət etməyi lazım bilirik.
Müəllif :
İlham Abbasov - Ədliyyə Akademiyasının baş müəllimi ‐ h.f.d.
Nəşr tarixi : 2016
Hazırda Azərbaycan Republikasında ödənişsiz hüquqi yardım məsələsi dərin və hərtərəfli araşdırma mərhələsindədir. Görülən işlərin başlıca məqsədi bu konstitusion hüququn təmin olunması üçün effektiv mexanizmlərin doktrinal bazasını işləyib hazırlamaq və qanunvericilik səviyyəsndə təsbit etməkdir. Hesab edirik ki, qarşıya qoyulmuş məqsədə nail olunması baxımından qabaqcıl dünya ölkələrinin, xüsusən Avropa Birliyi ölkələrinin yanaşmalarını araşdırmaq, milli təcrübənin yaradılmasında onlara müraciət etmək zəruridir. İndiki məqalə çərçivəsində biz Polşa Respublikasının analoji təcrübəsini nəzərdən keçirəcəyik
Müəllif :
Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü
Nəşr tarixi : 2016
Hazırkı məqalədə Publik hüquqi şəxslər haqqında yeni qanunvericiliyin təhlili və onun tətbiqi perspektivi müzakirə olunur. Bu məqalə çərçivəsində biz «publik hüquqi şəxslər» adlanan institutun tarixi əhəmiyyətindən və ümumi fəlsəfəsindən deyil, qanunun müddəalarının təsvirindən və tətbiqi perspektivlərindən söhbət açacağıq
Müəllif :
Fariz Şirinov - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2016
Məhkəmələrə ən çox əmlak, vərəsəlik, nikahın pozulması və aliment tələbinə dair müraciətlər daxil olur. Əlbəttə, vətəndaşların məhkəmələrə müraciətlərinin artması məhkəmələrə olan inamın bariz nümunəsidir. Bununla yanaşı göstərmək lazımdır ki, məhkəmələrə olan müraciətlərin sayının artması hakimlərin yüklənməsinə səbəb olur və bu da nəticədə baxılan işlərin keyfiyyətinə müəyyən qədər təsir edir. Məhkəmələrə olan müraciətlərin sayının azaldılması, yəni hakimlərin yükünün azaldılması məqsədilə mübahisələrin məhkəmədən kənar alternativ həlli yollarını axtarmaq lazımdır. Xarici ölkələrdə mübahisələrin məhkəmədən kənar alternativ həlli yollarının axtarışı mediasiya – vasitəçilik ideyasını və mediator‐vasitəçi missiyasını meydana çıxarmışdır
Müəllif :
Lalə Nağıyeva Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2016
Subroqasiya “subroqat” sözündən götürülməklə yerini almaq, yerini vermək və ya əvəz etmək kimi
mənaları ifadə edir. Türkiyə qanunvericiliyində subroqasiya hüququ “rücu” hüququ kimi işlədilir.
Ümumiyyətlə, subroqasiya hüququ bir şəxsə başqasına məxsus olan tələb hüququnun keçməsi kimi
də başa düşülə bilər. Mülki hüquqda Subroqasiya hüququna oxşar formalardan tələbin güzəştini
və reqress hüququnu da göstərə bilərik
Müəllif :
Şəhriyar Həbilov - Hüquqşünas
Nəşr tarixi : 2016
Bildiyiniz kimi, Vyana Beynalxaq Alğı‐Satqı Müqaviləsi Konvensiyası 1980‐ci ildə BMT‐nin Beynalxalq Ticarət Hüququ Komissiyası (UNCITRAL) tərəfindən hazırlanıb qəbul edilmişdir. Bu məqalədə yuxarıda adıçəkilən Konvensiyaya üzv olmanın üstünlüklərindən danışılacaq.
Müəllif :
Toğrul Quluzadə, Hüquqşünas
Nəşr tarixi : 2016
Etiraf etmək lazımdır ki, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər vurma ilə nəticələnən əməllərlə bağlı normalar cinayət qanunvericiliyində ən çox mübahisə doğuran normalardandır. Bu fikir həm belə əməllər üçün qanunda cinayət məsuliyyəti müəyyən edilməsi, həm də nəzərdə tutulan cəzaların növləri və hədləri məsələlərinə aiddir.
Müəllif :
Müzəffər Ağazadə - Respublikanın əməkdar hüquqşünası
Nəşr tarixi : 2016
İnsan hüquq və azadlıqları mütləq və məhdudiyyətsiz deyildir və zəruri hallarda qanunla müəyyən olunmuş məhdudiyyətlərə məruz qala bilir. Məhz bu məhdudiyyətlər onların hüquqi müdafiəsini zəruri edir.
Müəllif :
Sadiq Əfəndiyev - Vəkillər Kollegiyasının üzvü
Nəşr tarixi : 2016