Azərbaycanda həbs yerlərində ədəbiyyatla təmin olunma hüququ: nəzəri və praktiki məsələlər - "Hüquqi elmlər və təhsil" jurnalı № (84) 2026

Description:

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da həbs yerlərində saxlanılan şəxslərin hüquqi və bədii ədəbiyyat, qəzet, jurnal və yazı ləvazimatları ilə təmin edilməsi qanunvericilikdə bu və ya digər formada təsbit edilmişdir. Müəllif məqalədə bu sahədə normativ hüquqi tənzimləmənin yetərli olub-olmamasını araşdırmış, təcrübədə olan problemlərə aydınlıq gətirmiş, yerli və beynəlxalq hüquqi sənədləri təhlil etmişdir. Həmçinin, məqalədə həbs yerlərində saxlanılan şəxslərin ədəbiyyata əlçatımlığı məsələsi Azərbaycanla oxşar hüquq sisteminə malik olan xarici ölkələrintəcrübəsi əsasında müqayisəli şəkildə təhlil edilmişdir. Bundan əlavə, məqalədə tutulmuş və ya həbs edilmiş şəxslərin həbsdə saxlandıqları dövrdə onların rejimə tabe olması və yüksək mənəvi ruhda saxlanması nöqteyi-nəzərindən ədəbiyyat, qəzet və jurnalların əldə edilməsi üzrə qaydalar araşdırılmış, həmin şəxslərin ədəbiyyat təminatı ilə bağlı hüquqi məhdudiyyətlər təhlil edilmiş, müharibəni, zorakılığı, ekstremizmi, terroru və qəddarlığı təbliğ edən, irqi, milli, dini, sosial ədavət və düşmənçiliyi oyadan, habelə pornoqrafiya xarakterlinəşrlərin fərqləndirici xüsusiyyətlərinin müəyyən edilməsi üçün nəzəri əsaslar və praktiki yollar göstərilmişdir. Məqalənin yekununda həbs yerlərində saxlanılan şəxslərin ədəbiyyata əlçatımlıq hüququnun normativ tənzimlənməsində mövcud problemlər təhlil edilərək, əldə olunan nəticələr əsasında təhlil edilən hüququn təmin olunması səviyyəsinin artırılması istiqamətində müvafiq hüquqi və praktiki təkliflər irəli sürülmüşdür.


Müəllif : Günay Abasova
Nəşr tarixi : 2026
Yüklənmə sayı : 4

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir


Top