Məqalə Konstitusiyaya əsaslanan xalq hakimiyyətinin yerlərdə təşkili və həyata keçirilməsi problemlərinə həsr edilmişdir. Konstitusiya və qanunların müddəaları əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlər təhlil edilir, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyətinin təşkili sahəsində həll edilməsi zəruri olan problemlər aşkar edilir və bu problemlərin həlli istiqamətləri nəzərdən keçirilir. “Bələdiyyələrlə yerli icra hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi, bələdiyyə seçkiləri zamanı namizədlərin seçkiqabağı platformalarının mahiyyətinin seçicilər üçün açıqlanması, habelə yerlərdə sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı təkliflər əsaslandırılır.
Müəllif :
Hüseynov S.Z. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2022
Müasir dövrdə korrupsiyaya qarşı mübarizəyə dair məsələ hər bir dövlətin qarşısında duran həlli zəruri olan aktual problemlərdən biri hesab edilir. Buna görə də, müasir dünyanın hər bir ölkəsində və beynəlxalq təşkilatlarda korrupsiyaya qarşı mübarizə geniş vüsət almış, dövlət vəzifəli şəxslərin, o cümlədən dövlət qulluqçularının korrupsiya hüquqpozmalarına görə məsuliyyətinin daha da artırılması, milli və beynəlxalq qanunvericilik bazasının təkmilləşdirilməsi aktual və həlli zəruri olan problemlərdən birinə çevrilmişdir.
Müəllif :
Oruc Məmmədov h.f.d
Nəşr tarixi : 2023
Статья посвящена исследованию вопроса о взаимодействии следователя с различными государственными и общественными организациями в ходе первоначального этапа расследования преступлений, совершенных на почве бытового насилия. Выделяют 2 формы координации: процессуальную и непроцессуальную. Основная цель таких координаций – получить информацию, которая будет способствовать проведению расследования, дающую представление о характере и содержащую сведения о признаках совершенного преступления, а потом ее использовать в ходе раскрытия и расследования преступлений, связанных с бытовым насилием. При этом важно в процессе координации обеспечить надлежащую защиту и безопасность потерпевших лиц в результате применения к ним бытового насилия.
Müəllif :
Мовсумова Ф.Р. Академия Государственного Управления при Президенте Азербайджанской Республики
Nəşr tarixi : 2022
Широко признано, что релятивизм – это проблема, с которой сталкиваются современные общества, поскольку он исключает возможность достижения какого-либо конкретного соглашения о моральных принципах. В самом деле, в своей постмодернистской форме он считает необоснованным любое представление о том, что общество может быть конституировано системой общих ценностей. Существует также либеральная версия этого аргумента о том, что современные общества характеризуются несоизмеримыми убеждениями, что современность предполагает бесконечную конфронтацию мировоззрений.
Müəllif :
Лейла Алиева - доктор философии права Бакинский государственный университет Азербайджан
Nəşr tarixi : 2023
В статье анализируются концепция, содержание принципов судебных разбирательств в качестве формы осуществления судебной власти и порядка рассмотрения дел судебной власти. В связи с этим принципы справедливости (судебных разбирательств) определяются как фундаментальные и определение начала судебного разбирательства, согласно которому осуществляется процессуальная и правовая форма рассмотрения дела Судом. Установлены характерные существенные особенности (свойства) принципов правосудия (судебное разбирательство). Эти особенности (свойства) включают в себя: объективность; универсальность; императив; нормы, последовательность; процедурность; специфичность; стабильность. Кроме того, автор предложил распределение следующих критериев классификации принципов правосудия (разбирательства): источник консолидации (в форме нормативного выражения); филиал правового процесса (разбирательства); область (распределение); природа; предметы, процессуального и правового положения, которое регулируется этими принципами.
Müəllif :
Гусейнова Н.Р. Институт Права и Прав человека НАН Азербайджана
Nəşr tarixi : 2022
Məqalədə Azərbaycan Respublikası cinayət qanunvericiliyinə xas olan hüquqi və kriminoloji reallıqlarla əlaqəli olaraq ictimai mənəviyyat əleyhinə yönəlmiş hərəkətlərin kriminallaşdırılması problemi, eləcə də onun müqayisəli təhlili aparılmışdır. Bundan əlavə, hazırkı cinayət qanunvericiliyində ictimai mənəviyyat əleyhinə olan cinayətlərin tövsifedici əlamətlərinə görə sistemləşdirilməsi təklifi və əsaslandırılması həyata keçirilmişdir.
Müəllif :
Həsənov E.H., Kərimov Ş.M. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Polis Akademiyası, Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2022
Məqalədə cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq və bu sahədə ölkələrin bir sıra əməkdaşlıq məsələləri geniş şərh edilir. Eyni zamanda cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən BMT, Beynəlxalq Kriminologiya Cəmiyyəti, İnterpol, Beynəlxalq Sosial Müdafiə üzrə Cəmiyyət, Beynəlxalq Cinayət və Penitensiar Fond kimi təşkilatların fəaliyyəti də məqalədə işıqlandırılmışdır
Müəllif :
Quliyeva N.İ. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2022
Sübutların təsnifatına həsr olunmuş məqalədə sübutlar və onların alınma mənbəyinə xas olan bir sıra obyektiv əlamətlərin elmi cəhətdən qruplaşdırılması araşdırılmışdır. Sübutların təsnifatı onların konkret xassələrinin və sübutetmə prosesində istifadə olunma xüsusiyyətlərinə görə ittihamedici, bəraətverici və neytral sübutlara, alınma mənbəyinə görə isə ilkin və törəmə sübutlara bölünür. Məqalədə təsnifata daxil olan maddi və şəxsi sübutlar mənbəyinin xarakterinə görə araşdırılaraq təhlil edilir
Müəllif :
Feyzullayeva L.N. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2022
Aydındır ki, “qanun” kateqoriyasının özü ictimai həyatda ən geniş yayılmış kateqoriyadır. O, təkcə hüquq elmində və ya hüquq praktikasında deyil, həm də təbiətşünaslıqda, fəlsəfədə və onlarla əlaqəli digər elmlərdə də istifadə olunur. O, hüquqi hadisə və anlayış kimi Qədim Şərq sivilizasiyalarında (Şumer, Xet, Hurri, Misir, Babil, Hindistan, Çin) yaranmışdır. Qədim qanun ilk növbədə ilahi təbiətin xüsusiyyəti ilə fərqlənir. Orta əsr Avropasında isə qanun hökmdarın iradəsi ilə eyniləşdirilirdi. Öz növbəsində, müasir dövrdə qanun xalq suverenliyinin bilavasitə təzahürü, onun ümumi iradəsinin ifadəsi ilə bağlı olmuşdur.
Müəllif :
Qurbanov H.S. AMEA Azad Həmkarlar İttifaqı
Nəşr tarixi : 2022
Məqalə cinayət mühakimə icraatında cinayətlərin açılmasında qeyri-ənənəvi üsulların tətbiqi problemlərinə həsr olunub. Məqalədə dindirmə zamanı qeyri-ənənəvi üsullar olan parakriminalistikanın imkanlarından, distant dindirmədən hipnozdan istifadədən, tibbi preparatlardan, psixi təsirlərdən, narkoanalizin tətbiqindən, qoxu fonundan istifadə etməklə dindirmədən, koqnitiv müşahidə metodunun tətbiqindən, biotermologiyanın imkanlarından, cinayətlərin istintaqı zamanı xəttin psixodiaqnostikasının tətbiqindən istifadə üsulları göstərilir.
Müəllif :
Kərimov Ş.M., Mirzəyev A.A. Milli Aviasiya Akademiyası
Nəşr tarixi : 2022