Vərəsəlik hüququnda mirasın qəbulu institutu, mülki hüquq nəzəriyyəsin-də və məhkəmə praktikasında önəm-li bir yerə sahibdir. Çünki fiziki şəxsin ölümü ilə ona məxsus olan (mülkiyyətində və sahibliyində olan) əmlak vərəsələrə keçir. Əgər şəxsin ölümü ilə ona məxsus olan əmlak dövlətə keçərək orta-dan qalxsaydı, o halda özəl mülkiyyətdən danış-maq olmazdı.
Müəllif :
Ramil Xəlilov (PhD) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Nəşr tarixi : 2023
İfadənin yerində yoxlanılması kompleks xarakterə malik olan elə bir istintaq hərə-kətidir ki, onun tərkibində digər istintaq hərəkətlərinin (istintaq baxışı,dindirmə, istintaq eksperimenti, tanınma üçün təqdim etmə və s.) elementləri də daxildir. Lakin bununla belə o, qeyd edilən istintaq hə-rəkətlərindən tamamilə fərqlənir.
Müəllif :
Rasim İSAQOV - DİN-in Polis Akademiyasının “Kriminalistika” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı
Nəşr tarixi : 2023
Cinayət prosesinin məqsədlərinə çatması, vəzifələrini yerinə yetirməsi üçün əsas rol oynayan, sübutetmənin məqsədi, məhkəmə icraatının – cinayət mühakimə icraatının konstitusion vəzifəsi olan həqiqətin müəyyən edilməsi ən qədim dövrlərdən bəri fəlsəfi düşüncənin, fəlsəfənin maraq obyekti, əsas məsələsi olan dünya haqqında həqiqətin müəyyən edilməsi, dünyanın, real həyatdakı hadisə və proseslərin dərk edilməsi ilə bağlı yanaşmanın xüsu-si təzahürü, konkret sahəvi xarakter almış formasıdır. Bu baxımdan da belə demək doğru olar ki, cinayət prosesində həqiqətin müəyyən edilməsi ən ümumini tədqiq edən, bütün sahələrin arayışlarının xidmət etdiyi fəlsəfədəki həqiqət kateqoriyasının və həqiqətin müəyyən edilməsi yolunun cinayət prosesinə bu sahənin xarakterik xüsusiy-yətlərinə görə şəkillənmək, formalaşmaqla transformasiyasıdır. Bu məqalə fəlsəfədə həqiqət və həqiqətin müəyyən edilməsinə dair yanaşmalara qısa baxışdır və onun cinayət prosesinə transformasiyasının təsvirini verir.
Müəllif :
Aygün Cəbyiyeva - Bakı Dövlət Universitetinin Kriminalistika və məhkəmə eksprtizası kafedrasının müəllimi, Cinayət prosesi kafedrasının qiyabi doktorantı
Nəşr tarixi : 2023
Dövlətlərin cinayətkarlıqla mübarizə aparması, cinayətkarların ifşa edil-məsi və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi sahəsində cinayət prosessual hü-quq mühümlüyü ilə seçilir. İstər hüquqi nəzəriy-yəyə, istərsə də müxtəlif dövlətlərin qanunverici-liklərinə nəzər yetirsək, başlıca məqsədlər qis-mində cinayətkarlığın qarşısının alınması, törə-dilmiş cinayətlərin mümkün qədər tez müddətdə açılması, nəticə etibarı ilə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən mühafizəsi kimi müddəalar görə bilərik. Azərbaycan qanunvericiliyində də buna rast gəlinir. 2000-ci ildə qüvvəyə minmiş Cinayət Prosessual Məcəllənin (bundan sonra – CPM) “Cinayət mühakimə icraatının vəzifələri” adlanan 8-ci maddəsində qeyd etdiklərimiz əks olunmuşdur
Müəllif :
Rauf Rüstəmov - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, “Cinayət prosesi” kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru
Siyavuş Bağırov - Bakı Dövlət Universiteti, Hüquq fakültəsi, Bakalavr təhsil pilləsi üzrə III kurs tələbəsi
Nəşr tarixi : 2023
Azərbaycan Respublikası Prezidenti-nin 18 aprel 2006-cı il tarixli, 391 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında” (bundan sonra – Ədliyyə Nazirliyi) Əsasnamənin 8.13-cü bəndinə əsasən, qanunveri-ciliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqın aparılması Ədliyyə Nazirli-yinin fəaliyyət istiqamətlərindən biridir. Həmin Əsasnamənin 10.20-ci bəndinə əsasən isə, ibtidai istintaq fəaliyyəti ilə əlaqədar qanunvericiliklə müəyyənləşdirilmiş hüquqları həyata keçirmək Ədliyyə Nazirliyinin hüquqlarından biridir.
Müəllif :
Fərdin Xəlilov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, III dərəcəli ədliyyə qulluqçusu
Nəşr tarixi : 2023
Beynəlxalq tibb hüququnun yaranması-nın əsas genezis elementi – əmələ-gəlmə əlaməti dünyada insanların sağlamlığının qorunması, yüksək səviyyəli tibbi xidmətlərin inkişaf etdirilməsi, müxtəlif xəstəlik-lərə qarşı aparılan mübarizənin qlobal xarakter alması, əhalinin müntəzəm şəkildə tibbi müayinə-lərə cəlb olunması, insanların bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni səhiyyə infrastruktur komplekslərinin yara-dılması, eləcə də sağlamlığın qorunması konteks-tində çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin kütləvi xarakter almasıdır. Başqa sözlə desək, beynəl-xalq tibb fəaliyyətinin ümumdünya universal sə-viyyədə və dövlətlərarası əməkdaşlıq miqyasında həyata keçirilməsi, onun hüquqi cəhətdən tənzim-lənməsi və nizama salınması zərurəti beynəlxalq tibb hüququnun (BTH) yaranmasını şərtləndirir.
Müəllif :
Fatimə Hüseynova - Bakı Dövlət Universiteti “Hüquq fakültəsi “ Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası”nın dosenti, hüquq üzrə fəlsəfə doktoru
Nəşr tarixi : 2023