Genosid, yaxud sоyqırımı – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, bu Konvensiyada “soyqırımı” dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür: bu cür qrupun üzvlərinin öldürülməsi; bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Konvensiyanın preambulasında soyqırım yalnız “beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət” hesab edilmir, həmçinin “bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız böyük itkisi” sayılır.
Müəllif :
Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi
Nəşr tarixi : 2023
Son zamanlar Azərbaycan alimləri, jurnalistləri və ictimai xadimləri viktimlik məsələlərinə xüsusi diqqət yetirirlər. Cinayətkarlıqla mübarizədə, onun qarşısının alınmasında viktimoloji aspektlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, milli mentalitet baxımından bu məsələlər təhlil obyekti olur. Həmin təhlil və baxışlardan ayrı-ayrı sahələr üzrə bir neçəsini misal kimi göstərmək olar.
Müəllif :
Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri
Nəşr tarixi : 2022
Cовременное развитие региональных процессов подтверждает огромное значение трансграничного сотрудничества. Это совместные конструктивные действия, направленные на развитие отношений между территориями или властями в юрисдикции двух или более государств. В международных отношениях трансграничное сотрудничество неизбежно становится многосторонним, включая не просто количество государств, но и многообразие субъектов сотрудничества.
Müəllif :
Аскерова Нигяр Аловсат кызы Старший прокурор Отдела стратегического планирования и определения рисков НаучноУчебного Центра Генеральной Прокуратуры
Nəşr tarixi : 2022
Məqalədə qeyd olunur ki, dövlətin iqtisadi siyasətinin, ölkənin iqtisadi fəaliyyətinin əsasını konstitusiya hüququ təşkil edir. Daha sonra məlum olur ki, müasir sosial dövlətlərdə iqtisadi konstitusiyalar sosial yönümlü bazar iqtisadiyyatının konstitusiya-hüquqi əsasına çevrilmişdir. Bundan əlavə, “iqtisadi konstitusionalizm” termininə də rast gəlinir. Bu gün konstitusiyalar sosial-iqtisadi münasibətləri qoruyur və inkişaf etdirir. Sonda bildirilir ki, dövlətin iqtisadi siyasəti qısamüddətli və uzunmüddətli olmaqla yanaşı, iqtisadi məqsədəuyğunluğu ilə yanaşı, dövlətin konstitusiya quruluşunun reallıqlarını da əks etdirir. Bu isə onu göstərir ki, konstitusiyanın iqtisadi sahədə müddəaları ümumiləşdirilmiş və sosial əhəmiyyətli tənzimləmə potensialına malikdir.
Müəllif :
Günay Məmmədov - Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Məqalədə dənizlə beynəlxalq yükdaşımaların xüsusiyyətləri və hüquqi tənzimlənməsi ilə bağlı məsələlər tədqiq olunmuşdur. Hazırda ən çox mübahisəli məsələlər beynəlxalq dəniz nəqliyyatının həyata keçirilməsində yaranır. Bu, beynəlxalq gəmiçilik sahəsində hüquqi münasibətlərin çox müxtəlif olması, habelə fərdi hüquqi münasibətlərin qanunvericiliklə tənzimlənməsi mənbələrinin özünəməxsus təbiəti ilə əlaqədardır Bu gün beynəlxalq dəniz yük daşımalarının hüquqi tənzimlənməsi dörd sənədə əsaslanır: bunlar Haaqa Qaydaları, Haaqa-Visbi Qaydaları, Hamburq Qaydaları və Rotterdam Qaydalarıdır. Rotterdam Qaydaları qəbul edilənə qədər Haaqa Qaydalarının dəyişdirilmiş variantı olan Haaqa-Visbi Qaydaları qüvvədə olan əsas hüquqi akt idi, Hamburq Qaydaları isə müqayisəli mütərəqqi olmasına baxmayaraq geniş istifadə olunmurdu.
Müəllif :
Vüsal Aslanov - doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022
Dövlətlərin ərazi bütövlüyünün zorakı yollarla parçalanması cəhdləri qloballaşma dövründə beynəlxalq sülh və təhlükəsizlik üçün ən başlıca təhdidlərdən biridir. Sözügedən fenomen beynəlxalq təhlükəsizlik hüququnda “ərazi separatçılığı” adlanır. Azərbaycan Respublikası bu təhdidlə üzləşən dünya dövlətlərindən biridir. Sözügedən təhdidlə mübarizənin ən optimal yol və variantları, heç şübhəsiz ki, beynəlxalq hüququn prinsip və normalarında əksini tapmışdır. Bu səbəbdən, giriş, iki hissə və nəticədən ibarət hazırkı məqalə ərazi separatçılığı fenomeninə, ərazi separatçılığının ən “parlaq” nümunələrindən biri Dağlıq Qarabağ münaqişəsinə və həmin münaqişənin həlli istiqamətində atılmış addımlara, xüsusilə də 44 günlük müharibəyə və onun beynəlxalq hüquqi əsaslarına həsr edilmişdir.
Müəllif :
Ramin Əliyev - Gəncə Dövlət Universiteti
Nəşr tarixi : 2022
В статье рассматриваются вопросы ответственности за обеспечение прав человека вследствие деоккупации азербайджанских территорий, находившихся под армянской оккупацией. Анализируются правовые основы ответственности за реализацию положений Европейской Конвенции о защите прав человека и основных свобод 1950 года в свете совместного трехстороннего Заявления от 9/10 ноября 2020 года. Определяются зоны ответственности сторон Заявления и обосновывается позиция автора касательно правовых оснований для обращения в Европейский суд по правам человека. Исследуются перспективы послевоенного миростроительства.
Müəllif :
Тургай Гусейнов - доктор юридических наук, доцент кафедры международного частного права и европейского права Бакинского государственного университета
Nəşr tarixi : 2022
Məqalədə göstərilir ki, müasir tibbdə tibbi genetikanın bir çox üsullarından istifadə olunur. Geneoloji təhlil, test, redaktə, skrininq, genetik terapiya, klonlaşdırma və genetik passport cəmiyyətdə birmənalı qarşılanmır. Belə ki, bu cür proseslərin aparılması birbaşa dövlətlərin və insanların populyasiyası və genofonduna təsir edir. Bu üsulların hər birinin tətbiqi həm mənəvietik, həm də hüquqi problemlərin yaradılmasına yol açır. Beynəlxalq qanunvericiliklə məsələlərin yalnız bir hissəsinin tənzimlənməsi digər hüquqi dilemmaların açıq qalması səbəbi kimi qeyd edilir.
Müəllif :
Pərvinə İsmayılova - doktorant, Bakı Dövlət Universiteti
Nəşr tarixi : 2022