Məqalədə Azərbaycan Respublikasında vətəndaşlıq hüququnun inkişafına beynəlxalq hüquq normalarının təsiri hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyi əsasında geniş təhlil edilir. Qeyd edilir ki, vətəndaşlıq məsələləri sahəsində beynəlxalq hüquq normalarının dövlətdaxili realizəsi daim təkmilləşməlidir. Bu proses həm normativ-hüquqi, həmçinin institusional səviyyədə aparılmalıdır. İlk növbədə, qəbul edilən bütün normativ hüquqi aktlar tam şəkildə insan hüquq və azadlıqları ruhunda əks olunmalıdır. Hər bir dövlət orqanının fəaliyyətində də vətəndaşların hüquqlarının müdafiəsi prioritet məsələ olmalıdır. Bunun üçün dövlət orqanlarının təsis aktlarında da müvafiq dəyişikliklər həyata keçirilməli, burada insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıının bütün sferaları tam əhatə edilməlidir.
Müəllif :
Əsmər Pənahova - Bakı Dövlət Universitetinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının doktorantı
Nəşr tarixi : 2021
Şəxsiyyətin hüquqlarının qanunauyğunluğu və onların arasında bildirilmiş prioritetlər müəyyən dövrün kontekstiylə təyin edilir. Çünki, planetin müxtəlif hissələrində insanlar müxtəlif prosedurlara və təcrübəyə uyğun olaraq, bu və ya digər insan hüquqlarını müdafiə və hörmət edirlər, bu məsələlər tamamilə zamandan, məkandan, şəraitdən və başqa səbəblərin səviyyəsindən asılıdır. Bu halda, tarixi genezisdə insan hüquqlarının nəsilləri vasitəsilə dövlətin və şəxsiyyətin münasibətləri göstərir ki, şəxsiyyətin hüquqlarının inkişafı müddətində ictimai və sosial həyatın müxtəlif sferalarında onların sayı və yayılması, bizim fikirimizcə, yalnız böyüyür. Buna üçüncü və dördüncü nəsil insan hüquqlarının meydana çıxması real şahidlik edir. Şəxsiyyətin digər tərəfdən ahəngdar inkişafı yalnız hüquqi demokratik dövlətdə və inkişaf etmiş vətəndaş cəmiyyətində mümkündür. İnsan hüquqlarının müdafiəsinin beynəlxalq təcrübəsində konseptual olarq adətən insan hüquqlarını üç nəslə bölürlər, insan hüquqlarını dördüncü, beşinci və sonrakı nəsillərə bölgüsü, bizim fikrimizcə “çoxmənalı və dolaşıqdır”, həmçinin bu praktiki həqiqətə zərər vura bilər. Nəsillərə bölgü insan hüquqlarının yalnız siyahısı və məzmununa deyil, həm də onların daşıyıcılarının tərkibinə təsir göstərir. Nəticə çıxarmaq olar ki, insan hüquqlarının dördüncü nəsli - bu, hüquqauyğun davranışın seçimində şəxsin müstəqilliyi və alternativliyidir, hansı ki, vahid hüquq sahəsinin, əxlaq və dini normaların çərçivəsində muxtariyyətə əsaslanır. Amma insanın orqanizminə belə müdaxilənin nəticələrinin tam şəkildə müəyyənləşdirilməsinə qədər hüquq normasında yeni tibbi nailiyyətlərin möhkəmləndirilməsindən çəkinmək lazımdır.
Müəllif :
Xətai Hətəmov - Bakı Dövlət Universitetinin doktorantı
Nəşr tarixi : 2021
Malayziya Cənub-Şərqi Asiyada yerləşən və yerləşdiyi qitədə ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6,5 faizdir və bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. Qeyd olunan sürətli inkişaf nəticəsində yaranmış böyük iqtisadi artım müxtəlif tip maliyyə və korrupsiya cinayətlərinin ortaya çıxmasına səbəb olmuşdur. Korrupsiya ilə mübarizə sahəsində ilk dəfə 1959- cu ildə Malayziya Baş Nazirliyinin tərkibində yaradılmış bölmə işə başlamışdır. Həmin dövrdə istintaq Malayziya Daxili İşlər Nazirliyinin istintaq idarəsi tərəfindən aparılırdı. Həyat səviyyəsinin yüksəlməsi və cəmiyyətin inkişafı bu sahədə də dəyişikliklər tələb edirdi.
Müəllif :
Asiman Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşünas
Nəşr tarixi : 2023
Cinayət prosesində mülki iddia vermək dispozitiv xarakterli hüquqlardan biridir. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.Cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır.
Müəllif :
Qəhrəman Cəfərov - hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti
Nəşr tarixi : 2021
Məqalədə mülki prosesdə nümayəndəlik institutunun konseptual-hüquqi problemləri, anlayışı ilə bağlı nəzəri məsələlər tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik institutu Antik dövrdə yaranmış və cəmiyyətdə hüquq münasibətlərinin inkişaf dinamikasına paralel şəkildə inkişaf etmişdir. Məqalədə mülki prosesdə nümayəndəlik institutunun anlayışı ilə bağlı nəzəri məsələlər də təhlil edilmişdir. Bu istiqamətdə elmi ədəbiyyatlardakı fikir müxtəlifliyi müqayisəli şəkildə tədqiq edilmişdir. Mülki prosesdə nümayəndəlik geniş anlayışdır və hüquqi və fiziki şəxslərin mülki hüquq və azadlıqlarının müdafiəsi və yaxud da pozulduğu halda bərpası məqsədilə fəaliyyət qabiliyyətli şəxslər tərəfindən göstərilən yardım və ya sadəcə təmsilçilikdir. Azərbaycan hüquq sistemində nümayəndəlik institutuna, xüsusilə də mülki prosesdə nümayəndəlik məsələlərinə xüsusi diqqət ayrılmışdır. Konstitusion səviyyəsində bu məsələlər ümumi şəkildə tənzimlənmiş və digər qanunlarda və məcəllələrdə müvafiq sferada məsələlərin hüquqi tənzimlənməsi konkretləşdirilmişdir.
Müəllif :
Hüseyn Əsgərov - Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dissertantı
Nəşr tarixi : 2021
ABŞ Dövlət Departamentinin sabiq mətbuat katibi Christine Shelly Ruandada soyqırım cinayətinin törədilməsi barədə məlumat verərkən müxbirlərdən biri “əməlin soyqırım kimi qiymətləndirilməsi üçün neçə aktın törədilməli” olmasına dair sual vermiş, Shelly isə bu suala cavab verə bilməmişdir. Qeyd edi lən sualın cavablandırılması soyqırım cinayətinin mahiyyətinin aşkarlanması baxımından ən problemli nəzəri-praktiki xüsusatları özündə ehtiva edir və bu məqalə həmin xüsusatların araşdırılmasına həsr edilmişdir. Göstərilən sualı cavablandırmaq daha geniş həcmli tədqiqat tələb etsə də hazırkı məqalədə bu məsələ müxtəsər şəkildə müzakirə olunacaq, nəzəri problemlər və ziddiyyətlərdən daha çox beynəlxalq cinayət hüququnda ümumqəbul edilmiş tezislər diqqətə çatdırılacaqdır.
Müəllif :
Təbriz Musayev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun baş məsləhətçisi
Nəşr tarixi : 2023