Cinayət işləri üzrə hüquqi yardımın cinayət-prosessual və kriminalistik problemləri

Açıqlama:

Monoqrafiya dövlətlər arasında və beynəlxalq məhkəmələr çərçivəsində xarici elementli cinayət işləri üzrə hüquqi yardım göstərilməsinin, hüquqi yardım göstərilməsi çərçivəsində konkret istintaq, məhkəmə və digər hərəkətlərin aparılmasının hüquqi bazasının və təcrübəsinin təhlilinə, nəzəri və praktiki problemlərin müəyyən edilməsinə, ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə yönəlmiş hüquqi yardım göstərilməsinin cinayət-prosessual, kriminalistik və beynəlxalq əsaslarının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına həsr olunmuşdur. Cinayət işləri üzrə hüquqi yardım göstərilməsinin doktrinal məzmunu müəyyən edilmiş, onun mahiyyətini, elementlərini və perspektiv inkişaf istiqamətlərini müəyyən edən konsepsiya işlənib hazırlanmış, müqavilə və müqaviləsiz əsasda hüquqi yardım göstərilməsinin nəzəri və praktiki problemləri müəyyən edilmiş, bu problemlərin qanunvericilik qaydasında həlli ilə bağlı təkliflər irəli sürülmüşdür. İlk dəfə olaraq Azərbaycan Respublikasında hüquqi yardım göstərilməsinin tarixi inkişafı və evolyusiyası, Qurani-Kərimdə və Məhəmməd Peyğəmbərin müqavilə təcrübəsində hüquqi yardım məsələləri araşdırma predmeti olmuşdur. Monoqrafiya cinayət prosesinin müasir nəzəri və praktiki problemləri, qanunvericilik bazasının təkmilləşdirilməsi ilə maraqlanan müstəntiqlər, prokurorlar, hakimlər, qanunvericilər, mütəxəssislər, hüquq institutlarının tələbələri, magistrlər, doktorantlar və müəllimlərə ünvanlanmışdır.


Müəllif : Mətanət Əsgərova
Nəşr tarixi : 2025
Yüklənmə sayı : 80

Girl in a jacket : Ödənişsiz

Qiymətləndir